Baki Fond Birjasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bakı Fond Birjası (ing. Baku Stock Exchange) — Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası.
Bakı Fond Birjası | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Qapalı Səhmdar Cəmiyyəti |
Təsis tarixi | 27 avqust 1997 |
Baş qərargahın yeri | Bakı, Həsən Bəy Zərdabi küçəsi 2A (Şokolad Tower) AZ1141 |
Rəhbərlik | |
İdarə heyəti | Ruslan Xəlilov (Sədr) |
bse.az |
Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 1997-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur.
Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası QSC çıxış edir. Onun yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
Səhmdarlar
redaktəBakı Fond Birjasının əsas səhmdarları aşağıdakılardır:[1]
1. | "Kapital Bank" ASC |
2. | "Borsa İstanbul A. Ş" |
3. | "Unicapital İnvestisiya Şirkəti" ASC |
4. | "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC |
5 | "Dəmir İnvestisiya Şirkəti" QSC |
6 | "İnvest-AZ İnvestisiya Şirkəti" QSC |
7 | "Azərbaycan Sənaye Bankı" ASC |
8 | "Azər-Türk Bank"ASC |
9 | "Kapital Partners" MMC |
10 | "Respublika İnvest" MMC |
11 | "Xalq Kapital" MMC |
13 | "Brokdil-Az" MMC |
14 | "Caspian Financial LTD" |
15 | "Mars İnvestment" MMC |
16 | "Global Menkul Değerler A. Ş." |
17 | "Yapı kredi İnvest" MMC |
18 | "Yunayted Kredit Bank ASC |
19 | "Azərbaycan Beynəlxalq Bankı" ASC |
20 | "InvestAz" Yatırım Menkul Değerler |
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Səhmdarlar". 2016-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-18.