Baki Medeniyyeti - Wikipedia
Bakı şəhərinin əsası V əsrdə qoyulmuşdur. Azərbaycanın paytaxtı olan bu şəhər müxtəlif dövrlərdə Şirvanşahlar dövləti, Bakı xanlığının və Rusiyanın Bakı quberniyasının mərkəzi olmuşdur.
Bakıda dövrümüzə çatmış ən qədim tikili Qız qalasının təməl hissəsi hesab edilir.[1] Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra şəhərin “Qala” adlandırılan qədim hissəsinin həyatında “kristallaşma” dövrü başlamışdır.[2] XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir. Azərbaycan şəhərlərində messenatların sifarişi ilə çoxsaylı ictimai binalar, məktəb, xəstəxana və yaşayış binaları inşa edilir.
1920-1930-cu illərdə Bakı şəhəri bütün türk xalqlarının mədəni həyatının mərkəzinə çevrilir. Burada Tatarıstan, Özbəkistan, türkdilli Krım, Türkiyə və s. yerlərin görkəmli ziyalıları yaşayır və fəaliyyət göstərirdilər.[3] Onların bir çoxu Stalin repressiyasının qurbanları olmuşdur.[4]
XXI əsrdə Bakı bir çox beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Bunların ən məşhurları 57-ci Avroviziya mahnı müsabiqəsi və dünya tarixində ilk dəfə keçirilən Avropa Oyunlarıdır. Bakı şəhəri 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" seçilmişdir.[5]
Memarlıq
redaktəTarixən Bakı Şərqin iri şəhərlərindən olub, Şərq və Qərb arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Ticarət yollarının üzərində yerləşməsi, sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə səbəb olmuşdur.[6]
Musiqi
redaktəXIX əsrin sonlarında Bakı ziyalılarının musiqi əyləncəsinin əsas forması evlərdə təşkil olunan musiqi axşamları çərçivəsindən kənara çıxmış həvəskar musiqi idi.[7] Musiqi həvəskarları yerli musiqiçilərin, hərbi kapelmeysterlərin, musiqi müəllimlərinin iştirakı ilə kütləvi konsertlər (çox vaxt xeyriyyəçilik məqsədi ilə) təşkil edirdilər.[7]
Bakılıların eşitdiyi ilk opera Aleksey Verstovkinin 1889-cu ilin mayında D. Aqryonov-Slavyanskinin kapellasının konsert ifasında təqdim etdiyi "Askoldun məzarı" operası olmuşdur.[7] Həmin il dekabrın 5-də qastrola gəlmiş Tiflis opera truppasının ifasında Bakıda ilk peşəkar opera tamaşası göstərildi.[7] Açılışda Aleksandr Darqomıjskinin "Su pərisi" tamaşaya qoyulmuşdu.[7] Truppada İoakim Tartakov, Varvara Zarudnaya, Tatyana Lyubatoviç kimi məşhur müğənnilər oxuyurdu.[7] 1894-cü il mayın 16-da Peterburq truppasının ifasında Bakıda ilk peşəkar balet tamaşası göstərildi. Açılışında A. Adanın "Dəniz qulduru" baletinin tamaşası göstərilmişdi.[7] Mayın 16-dan 20-dək göstərilən beş tamaşanın arasında Adolf Adanın "Jizel" və Leo Delibin "Koppeliya" baletləri də vardı.[7]
Bakı musiqiçiləri öz qüvvələrini birləşdirmək üçün 1895-ci ildə teatr və musiqi şöbələri, həvəskar orkestr yaratdılar.[7] Bu orkestr F. Parizekin başçılığı altında 1897-ci ildə Bakıda ilk simfonik konsert mövsümünü açdı.[7]
1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəyovun "Leyli Leyli və Məcnun" operasının Bakıda səhnəyə qoyulmuşdur.[8] Bu Müsəlman Şərqinin ilk operası idi.[8] Bakı 1950-ci illərdən başlayaraq "Caz şəhəri" kimi də tanınır.[9][10][11] Şəhər 11-ci dəfədən çox beynəlxalq caz festivalına ev sahiblik edib.[12] 2012-ci ildə Bakı şəhərində 57-ci Avroviziya Mahnı Müsabiqəsi təşkil olunub.[13]
Bakıda bir çox musiqi janrları, o cümlədən, meyxana, 1960-cı illərdə Caz-muğam, 1980-ci illərin ortalarında rus şansonundan yaranan "Bakı şansonu" yaradılıb.[14][15] Şəhərin mühüm musiqi səhnələrindən Bakı Kristal Zalı, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzini qeyd etmək olar.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ The Grove Encyclopedia of Islamic Art and Architecture, Jonathan M. Bloom and Sheila Blair (2009), «Azerbaijan», Oxford University Press
- ↑ Бретаницкий Л. С., Веймарн Б. В. Искусство Азербайджана IV — XVIII веков / Редактор И. А. Шкирич. — Москва: Искусство, 1976. — 272 с.
- ↑ Ашнин Ф. Д., Алпатов В. М., Насилов Д. М. Репрессированная тюркология Arxivləşdirilib 2022-01-12 at the Wayback Machine. Москва: Издательская фирма «Восточная литература» РАН, 2002, 296 с. ISBN 5020183385
- ↑ Свентоховский Т. Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане // Азербайджан и Россия: общества и государства / Редактор-составитель Д. Е. Фурман. — М.: Летний сад, 2001.
- ↑ "Capitals of Islamic Culture for the years 2005-2025 adopted by the Islamic Conferences of Culture Ministers". 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-02.
- ↑ "Bakının memarlıq inciləri" (az.). portal.azertag.az. 13 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Sitat səhvi: Yanlış
<ref>
teqi;quarter
adlı istinad üçün mətn göstərilməyib - ↑ 1 2 Rzayev, Azer. "Opera in Azerbaijan". www.azer.com. 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
- ↑ "NURU ƏHMƏDOV:Caz – mənim cavanlıq dövrümün musiqisidir". jazzdunyasi.jazz.az. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ "Bakı necə caz şəhəri oldu?". www.makroblog.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ "Bakı – cazın paytaxtı". www.anl.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ "Bakı Caz Festivalı məşhur ifaçıları bir araya gətirib". www.azpress.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ "Eurovision ends in Swedish win and humiliation for Engelbert Humperdinck". www.theguardian.com. 2017-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2017.
- ↑ "Müğənni Səməd Səmədov: "Bakı şansonu məhv olur"". trend.az. trend.az. 15 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2016.
- ↑ "БОКА: «ЕСЛИ БУДЕТ ПРЕДЛОЖЕНИЕ ИЗ БАКУ, ТО Я ЕГО ПРИМУ»". vesti.az. 10 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2014.