Azerbaycanda Yunesko Nun Umumdunya Irsi Obyektlerinin Siyahisi - Wikipedia
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 1972-ci ildə yaradılmış UNESCO-nun Ümumdünya İrs Konvensiyasını imzalayan ölkələr tərəfindən irəli sürülmüş mədəni və ya təbii irs üçün müstəsna universal dəyərə malik Ümumdünya irslərini müəyyən edir.[1] Mədəni irs abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və yaxud yazılı abidələr), bina qruplarından və ərazilərdən (arxeoloji yerlər daxil) ibarətdir. Təbii xüsusiyyətlər (fiziki və bioloji formasiyalardan ibarət), geoloji və fizioqrafik birləşmələr (o cümlədən nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin məskunlaşdığı yerlər) və elm, mühafizə və ya təbii gözəllik baxımından mühüm əhəmiyyət kəsb edən təbiət əraziləri təbii irs kimi müəyyən edilir.[2] Azərbaycan konvensiyanı 16 dekabr 1993-cü ildə ratifikasiya etmişdir.[3]
Siyahıda Azərbaycanın beş irsi obyekti var. Siyahıya ilk əlavə edilən yer 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası da daxil olmaqla İçərişəhər olmuşdur. 2000-ci ildə Bakı zəlzələsində dəymiş ziyana görə bu ərazi 2003-cü ildən 2009-cu ilə qədər təhlükədə olanlar siyahısına salınmışdır.[4] Qobustan Dövlət Tarix-Bədii Qoruğu 2007-ci ildə siyahıya alınmışdır. 2013-cü ildə bu iki irsi obyektə silahlı münaqişə zamanı Mədəni Əmlakın Mühafizəsi Komitəsi tərəfindən gücləndirilmiş mühafizə statusu verilmişdir.[5] Siyahıya ən son əlavə edilən 2023-cü ildə Hirkan meşələri və Xınalığın mədəni mənzərəsi olmuşdur. Hirkan meşələri ölkənin yeganə təbii irsi obyektidir və İranla həmsərhəddir. Bundan əlavə, müvəqqəti siyahıda Azərbaycanın on irsi obyekti yer alır.[3]
Ümumdünya irsi obyektləri
redaktəUNESCO irsi obyektləri on meyar əsasında siyahıya alır. Hər bir giriş meyarlardan ən azı birinə cavab verməlidir. i-dən vi-yə qədər olan meyarlar mədəni, vii-dən x-ə qədər olan meyarlar isə təbiidir.[6]
Adı | Şəkil | Yer | Tarix | UNESCO məlumatı | Təsvir |
---|---|---|---|---|---|
Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər | Bakı | 2000 | 958; iv (mədəni) | İçərişəhərin şəhər ansamblı tarix boyu ərazidə mövcud olmuş zərdüşti, sasani, ərəb, fars, şirvani, osmanlı və rus kimi bir neçə mədəniyyətin təsirini nümayiş etdirir. Müdafiə divarları e.ə. VII–VI əsrlərə aid daha qədim tikililər üzərində tikilmiş Qız qalası kimi XII əsrə aiddir. Şirvanşahlar sarayı XV əsrdə tikilmişdir. 2003-cü ildə ərazi 2000-ci il Bakı zəlzələsində dəymiş ziyan, eləcə də konservasiya siyasətinin olmaması, şübhəli bərpa səyləri və şəhər inkişafının təzyiqləri səbəbindən təhlükədə olan ərazilər siyahısına daxil edilmişdir. İdarəetmə və qorunma sahəsində təkmilləşdirmələrdən sonra 2009-cu ildə təhlükədə olanlar siyahısından çıxarılmışdır.[4][7] | |
Qobustan Dövlət Tarix-Bədii Qoruğu | Qaradağ rayonu və Abşeron rayonu | 2007 | 1076rev; iii (mədəni) | Qobustan qayalarının üzərindəki petroqliflər ərazidə 40.000 il əvvəl insanların yaşadığını təsdiqləyir. Burada insan fiqurlarını, bitkiləri, heyvanları, həmçinin ov və balıqçılıq səhnələrini əks etdirən 6000-dən çox qayaüstü təsvir var. Son buzlaq maksimumundan sonrakı dövrdə ərazinin iqlimi və bitki örtüyü indikindən daha isti və rütubətli olmuşdur. Ərazidə qayaüstü təsvirlərlə yanaşı, yaşayış məskənlərinin qalıqları və dəfnlər də aşkar edilmişdir.[8] | |
Şəki xan sarayı ilə Şəkinin tarixi mərkəzi | Şəki | 2019 | 1549rev; ii, v (mədəni) | Şəki şəhəri Böyük Qafqaz dağlarının altında yerləşir və Qafqazdan keçən ticarət yolları üzərində mühüm şəhər olub. Əvvəlki şəhərin sel nəticəsində dağıdılmasından sonra tikilmiş tarixi mərkəz XVIII əsrə aiddir. Ənənəvi evlərin hündür beşik damları var. Şəhər XVIII əsrin sonu—XIX əsrdə ipəkqurdu saxlanılması və baramalarının ticarəti hesabına zənginləşib. Zənginlik Şəki xan sarayında və tacir evlərində əks olunub.[9] | |
Hirkan meşələri | Lənkəran rayonu və Astara rayonu | 2023 | 1584bis; ix, x (təbii) | Bu enliyarpaqlı meşələr Xəzər dənizinin sahilləri ilə quraq daxili ərazilər arasındadır. Meşələrin təkamülü dördüncü buzlaşma ilə heç vaxt kəsilmədi, bu da heyvan və bitki növlərinin təkamülünə və spesifikasiyasına imkan verdi. Meşələrdə nəsli kəsilməkdə olan fars bəbiri və endemik ağac növləri dəmirağac, göyrüşyarpaqlı yalanqoz və vələsyarpaq azat yaşayır. İrandakı meşələr müstəqil şəkildə 2019-cu ildə, Azərbaycandakı Hirkan Milli Parkının iki meşə sahəsi isə 2023-cü ildə əlavə edilib.[10] | |
Xınalıqlıların mədəni mühiti və köç yolu | Quba rayonu | 2020 | 1696; iii, v (mədəni) | Xınalıq Böyük Qafqaz dağlarında, 2300 metr (7500 fut) yüksəklikdə yerləşən kənddir. İlk insanlar Tunc dövründə burada məskunlaşmışdır. Ərazidə yaşayan insanlar öz dillərində danışır və özünəməxsus mədəni ənənələrə malikdir. Onlar hər il mal-qaranı qış və yay otlaqları arasında gətirmək üçün Köç yolundan istifadə edirlər. Bu yolda çoxlu düşərgələr, məscidlər və məqbərələr var.[11][12] |
Müvəqqəti siyahı
redaktəÜmumdünya irs siyahısındakı obyektlərə əlavə olaraq, üzv dövlətlər namizədliyini nəzərdən keçirə biləcəkləri müvəqqəti obyektlərin siyahısını saxlaya bilərlər. Ümumdünya irsi siyahısına namizədliklər yalnız o halda qəbul edilir ki, ərazi əvvəllər müvəqqəti siyahıya salınıb.[13] Azərbaycanın müvəqqəti siyahısında on irsi obyekt var.[3]
Adı | Şəkil | Yer | Tarix | UNESCO meyarı | Təsvir |
---|---|---|---|---|---|
Atəşgah | Bakı | 1998 | i, iii (mədəni) | Suraxanıdakı alov məbədi tarixdə zərdüştilik dininin əsas mərkəzlərindən biri olmuşdur. Hazırkı tikililər XVII əsrdə tikilmiş və 1883-cü ilə qədər aktiv ibadət yeri olmuşdur. Kompleksin açıq həyəti və ortasında dördbucaqlı qurbangahı olan beşbucaqlı planı var.[14] | |
Naxçıvan türbələri | Naxçıvan MR | 1998 | i, iv (mədəni) | Bu nominasiyaya Naxçıvandakı bir neçə məqbərələr, o cümlədən Qarabağlar türbəsi (şəkildə), Möminə Xatun türbəsi, Yusif ibn Küseyir türbəsi və Gülüstan türbəsi daxildir. Bu türbələr XII əsrdə yerli zadəganlar üçün tikilmişdir. Bəzi türbələr memar Əcəmi Naxçıvani tərəfindən hazırlanmışdır. Türbələr səkkizguşəli plana malikdir və naxışlı kərpiclərlə bəzədilmişdir.[15] | |
Binəqədi IV dövr flora və fauna qəbirstanlığı | Bakı | 1998 | viii, ix (təbii) | Bu nominasiya Bakı ərazisindəki asfalt çuxurlarını əhatə edir. Pliosen dövrünə aid fosillərlə zəngindir. Ərazidə 40 növ məməli və 120 növ quş, o cümlədən 100-dən çox həşərat növü və bir neçə bitki qalığı da daxil olmaqla 50 minə yaxın sümük aşkar edilib. Şəkildə aşkar edilmiş kərgədan skeleti yer alır.[16] | |
Lökbatan palçıq vulkanı | Bakı | 1998 | vii, viii, ix (təbii) | Lökbatan palçıq vulkanı Bakı ərazisində yerləşən palçıq vulkanıdır. İlk sənədləşdirilmiş püskürmə 1864-cü ildə baş verdi, ardınca isə təxminən 20 dəfə püskürmə müşahidə edilmişdir. Vulkanın ətrafındakı yataqlar Pliosen dövrünə aiddir.[17] | |
Bakı dağ mərhələsi | Bakı | 1998 | viii, ix (təbii) | Bakı dağ mərhələsi Bakı ərazisində yerləşən hündürlüyü 70 metr (230 fut) olan stratiqrafik sütundur. Geoloji yataqlar və paleontoloji qalıqlar baxımından diqqətəlayiqdir.[18] | |
Xəzər dənizinin sahilində müdafiə qurğuları | bir neçə obyekt | 2001 | (mədəni) | Azərbaycanın şimal sərhəddi Qafqaz dağları tərəfindən qorunduğu halda, Xəzər dənizinin sahili işğal üçün mümkün yol təqdim edirdi. Müdafiə xətti Dərbənddən (indiki Rusiya ərazisində) Abşeron yarımadasına qədər uzanırdı. Qafqaz silsiləsinin sonu olan Beşbarmaq dağı ilə sahil arasındakı ən dar keçid 11,75 kilometrdir (7,30 mil). XII–XIII əsrlərə aid müdafiə tikililərinin bəzilərinə Qız qalası, hazırda su altında olan Bayıl qalası, Dördkünc Mərdəkan qalası (şəkildə), Dairəvi Mərdəkan qalası, Beşbarmaq səddi, Gilgilçay səddi, Çıraqqala, Nardaran qalası və Ramana qalası daxildir.[19] | |
Şuşa tarixi şəhəri | Şuşa rayonu | 2001 | i, iv, v, vi (mədəni) | Suşa XVIII əsrdə Cənubi Qafqazda yaranmış bir neçə müstəqil xanlıqdan biri olan Qarabağ xanlığının paytaxtı olmuşdur. Dağın zirvəsindəki (ən yüksək nöqtəsi 1600 metr (5200 fut) yüksəklikdədir) müdafiə mövqeyinə əlavə olaraq, divarlar və qüllələrlə möhkəmləndirilmişdir. Şəhər Böyük ipək yolu üzərində mühüm dayanacaq idi.[20] | |
Ordubad tarixi şəhəri | Naxçıvan MR | 2001 | i, iv, v (mədəni) | Ordubad Zəngəzur dağlarının altında yerləşir. Şəhər Böyük ipək yolunun mühüm dayanacağı idi. İlk şəhər Qala XV əsrdə Ordubadçayın sahilində salınmışdır. XVII–XVIII əsrlərdə ticarət fəaliyyəti çayın o biri tərəfinə keçdi. Dövrün memarlığına məscidlər, bazar meydanları, hamamlar və karvan talvarları daxildir.[21] | |
Azıx və Tağlar mağaralarının ibtidai dövrə aid məntəqələri | Xocavənd rayonu | 2021 | i, iii (mədəni) | Bu iki mağara arxeoloji əhəmiyyətinə görə namizəd göstərilib. Azıx mağarasında bir milyon ildən əvvəl burada məskunlaşmış erektusunyaratdığı ibtidai daş alətlər və kaminlər tapılıb. Sonrakı təbəqələrdə homo heidelbergensis və neandertallara aid qalıqlar, həmçinin heyvan qalıqları ortaya çıxarıldı. Tağlar mağarası Mustye mədəniyyətinə mənsub insanlar tərəfindən zəbt edilmişdir (şəkildə çaxmaqdaşı alətlər).[22] | |
Xudafərin körpüləri və əlaqəli obyektlər | Cəbrayıl rayonu | 2021 | ii, iv (mədəni) | Bu iki körpü Araz çayından keçir. Onbeşaşırımlı körpü (şəkildə) XI–XII əsrlərə aiddir və çox güman ki, əvvəlki bünövrələr üzərində inşa edilmişdir. Bir neçə dəfə dağıdılıb və yenidən tikilib. Onbiraşırımlı körpü XIII əsrdə tikilmişdir. 1930-cu illərdə dağıdıldığına görə yalnız üç tağı qaldı. Tarixən bu iki körpü Böyük ipək yolu karvanları tərəfindən istifadə edilib və müxtəlif dövrlərdə imperiyaları birləşdirib.[23] |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "The World Heritage Convention". UNESCO World Heritage Centre. 27 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2010.
- ↑ "Convention Concerning the Protection of the World Cultural and Natural Heritage". UNESCO World Heritage Centre. 1 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2021.
- ↑ 1 2 3 "Azerbaijan". UNESCO World Heritage Centre. 26 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ 1 2 "World Heritage Committee removes Baku from Danger List welcoming improvements in the ancient city´s preservation". UNESCO World Heritage Centre. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.
- ↑ "Five World Heritage sites in Azerbaijan and Belgium granted "enhanced protection" in the event of armed conflict". UNESCO World Heritage Centre. 3 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.
- ↑ "UNESCO World Heritage Centre – The Criteria for Selection". UNESCO World Heritage Centre. 12 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2018.
- ↑ "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". UNESCO World Heritage Centre. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.
- ↑ "Gobustan Rock Art Cultural Landscape". UNESCO World Heritage Centre. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.
- ↑ "Historic Centre of Sheki with the Khan's Palace". UNESCO World Heritage Centre. 8 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.
- ↑ "Hyrcanian Forests". UNESCO World Heritage Centre. 8 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2023.
- ↑ "Khinalig – medieval mountainous village". UNESCO World Heritage Centre. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ "Cultural Landscape of Khinalig People and "Köç Yolu" Transhumance Route". UNESCO World Heritage Centre. 19 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2023.
- ↑ "Tentative Lists". UNESCO World Heritage Centre. 1 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ "Surakhany, Atashgyakh (Fire – worshippers, temple – museum at Surakhany)". UNESCO World Heritage Centre. 12 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ "The mausoleum of Nakhichevan". UNESCO World Heritage Centre. 1 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ ""Binegadi" 4th Period Fauna and Flora Deposit". UNESCO World Heritage Centre. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ ""Lok-Batan" Mud Cone". UNESCO World Heritage Centre. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ ""Baku Stage" Mountain". UNESCO World Heritage Centre. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ "The Caspian Shore Defensive Constructions". UNESCO World Heritage Centre. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ "Susha historical and architectural reserve". UNESCO World Heritage Centre. 22 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ "Ordubad historical and architectural reserve". UNESCO World Heritage Centre. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2021.
- ↑ "Prehistoric sites of the Azykh and Taghlar caves". UNESCO World Heritage Centre. 11 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2023.
- ↑ "Khudafarin Bridges and related sites". UNESCO World Heritage Centre. 29 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2023.