Qafqaz Daglari - Wikipedia
Qafqaz – Xəzər və Qara dəniz arasında dağ sisteminin əmələ gətirdiyi, Avropa ilə Asiya qitəsinin sərhəddində yerləşən coğrafi rayon. Böyük Qafqaz sıra dağları bölgəni Şimali Qafqaz və Cənubi Qafqaza ayırır. Ən yüksək nöqtəsi Elbrus dağındadır (5642 m). Bölgə əhalisi mürəkkəb etnik və linqvistik tərkibə malikdir. Ərazinin zəngin neft- qaz yataqları vardır.
Qafqaz dağları | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 5642 m |
Uzunluğu |
|
Eni | 160 km |
Sahəsi |
|
Hündür nöqtəsi | Elbrus dağı |
Yerləşməsi | |
42°30′ şm. e. 45°00′ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Florası
redaktəPalıd, palıd-vələs meşə-kolluqları
redaktəBu landşaft kompleksi Böyük Qafqazın Cənub-Şərq yamacında 500–550 m-dən 800–900 m yüksəkliyə kimi bir-birindən izolə olunmuş çay dərələri yamaclarında yayılmışdır. Bu ərazilərin relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən meyilli terraslanmış yamaclardan ibarətdir. Dağ yamacları qalın delüvial çöküntülərlə örtülmüşdür. Alçaqdağlığın bitki örtüyü iqlim şəraitinə uyğun olaraq quraqlıq sevən bitkilərdən ibarətdir.
Alçaqdağlığın meşə landşaftı insanların təsərrüfat fəaliyyəti nəticəsində kəskin pozulmuşdur. Qırılmış meşə sahələrinin yerində ya əkin sahələri ya da yaşayış məntəqələri salınmışdır.
Alçaqdağ meşə landşaftının iqlim şəraiti bir sıra amillərdən, xüsusilə düzənlik sahələrdə həmsərhədlilik, yamacların səmtliyindən və s. asılı olaraq formalaşmışdır. Alçaqdağlığın meşə landşaft qurşağında radiasiya balansı 50 kkal/sm2 il, yağıntıların ortaillik miqdarı 400–500 mm, 100-dən artıq aktiv temperatur cəmi 35000 təşkil edir. Ərazinin cənub-qərb yamacında cənub-şərq yamacına doğru rütubətlənmə dərəcəsi dəyişir, iqlimin kontinentallığı (Şamaxıda) göstəricisi orta illik 58%, ilin isti dövrü 37% təşkil edir. Bunun nəticəsi olaraq meşələr kserofit kolluqlarla əvəz olunur.
Aridləşmə
redaktəBöyük Qafqazın Cənub-Şərq yamacında mütləq yüksəkliyin alçalması ilə əlaqədar landşaftların aridləşməsi prosesi gedir. Alçaqdağlığın nisbətən quraq iqlimli qurşağına seyrək palıd-vələs, palıd meşələri və əsasən palıd, vələs, zoğal, qarağac və s. kolluqlar xarakterikdir. Bu tip meşə, kolluq ərazilərdə qəhvəyi dağ-meşə torpaqları formalaşmışdır. Qəhvəyi dağ-meşə torpaqları bu qurşaqdan yuxarıda yerləşən qonur dağ-meşə torpaqlarında daha çox məhsuldardır. Bu torpaqlarda humusun miqdarı 2,5%-dən 7–8%-ə qədər dəyişir.və ərazinin əsasən Şamaxı rayonu 800 m yüksəkliyə qədər qalxır.
Meşəbərpa
redaktəAlçaqdağ meşələri sistemsiz şəkildə qırılmış və kortəbii otarma nəticəsində meşəbərpa prosesi getmir. Bunun nəticəsində ərazidə su ehtiyatı tükənmiş, torpaqların eroziyası güclənmişdir. Buna görə də ərazidə sistemsiz meşəqırma, kortəbii otarmanın nizamlanmasına böyük ehtiyacı vardır.[2]
Arid meşə-kol landşaftları
redaktəLandşaft kompleksinin əhatə etdiyi ərazidə yayı quraq keçən mülayim isti və qışı quraq keçən mülayim isti iqlim tipi hakimdir. Havanın orta illik temperaturu +6–140, 100-dən artıq aktiv temperaturun illik cəmmi 1600–33000 təşkil edir. Orta illik atmosfer yağıntılarının miqdarı 400–600 mm arasında dəyişir.
Dağ-meşə-kol landşaftı daxilində çay şəbəkəsi daha alçaq mütləq yüksəklikləri əhatə edən çöl və yarımsəhra landşaftlarına nisbətən yaxşı inkişaf etmişdir. Burada çay şəbəkə sıxlığı 0,4–0.6 km/km2 təşkiledir.
Böyük Qafqazın cənub-şərq yamacının alçaq və orta dağlığın hamar, az meyilli relyef sahələrində meşə örtüyü qırılaraq müxtəlif aqrolandşaftlarla əvəz edilmişdir. Buna görə də Pirsaatçaydan şərqə doğru meşənin areallı məhdudlaşır. Burada yalnız Qozluçay hövzəsində çayın yuxarı axınında palıd-vələs meşələri talalar şəklində mövcuddur.[3]
Cənub-şərq hissəsinin dağ-meşə landşaftları
redaktəBöyük Qafqazın cənub-şərq hissəsində dağ-meşə landşaft kompleksləri 600–700m və 2000–2200 m mütləq yüksəkliklər arasında olan sahələri əhatə edərək, əsasən Girdimançayla-Pirsaatçay arasındakı ərazilərdə yayılmışdır. Ərazinin Qobustan-Dübrar zonasında meşə zolağının arealının kəsilməsi iqlimin aridləşməsi, litoloji əsas və həmçinin tarixi dövr ərzində əhalinin təsərrüfat fəaliyyəti ilə əlaqədardır.
Böyük Qafqazın cənub-şərq hissəsində dağ meşə kompleksləri yamac prosesləri sürüşmə, uçqun və təsərrüfat fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. Meşə qurşağında xüsusilə Girdimançay, Ağsuçay hövzələrində sürüşmə prosesləri geniş inkişaf etmişdir.[4]
İqlimi
redaktəDağ-meşə landşaft kompleksi soyuq rütubətli qışı, yağıntıları bərabər paylanan mülayim isti və quru soyuq qış iqlimi ilə xarakterizə olunur. İllik günəşli günlərin cəmi 1900–2200. İllik günəş radiasiyası 120–135 kkal/sm2, illik radiasiya balansı 20–45 kkal/sm2 təşkil edir. Orta yanvar temperaturu −2 −100S arasında tərəddüd edir. Orta iyul temperaturu 150−250S təşkil edir. Ərazidə orta illik temperatur yuxarıdan aşağıya doğru 6–100 arasında artır. Mütləq minimum −260S, mütləq maksimum temperatur 400S təşkil edir. Qarla örtülü günlər qarın qalınlığından asılı olaraq 120–40 gün təşkil edir. Ərazinin dağ yamaclarının hündürlüyündən asılı olaraq 100-dən artıq temperatur cəmi dəyişir. Belə ki, mütləq yüksəkliyi 600 m olan yamacda 37000, 2300 m-də isə 8000 təşkil edir. Yağıntıların illik miqdarı 2300–200 m yüksəkliklədə 1350–440 mm-dir. Bu ərazidə nisbi nəmlənmənin paylanmasında öz əksini belə tapır −260-dan 45% kimi.[5]
Qurşaqlar
redaktəBöyük Qafqazın cənub-şərq hissəsində təbii şəraitində olan müxtəliflik, xüsusilə temperatur və rütubətlənmə münasibətindən asılı olaraq meşə qurşağında 3 yarımqurşaq ayırmaq mümükündür.
Yüksək dağlığın çəmən-meşə yarımqurşağı
redaktəBu qurşaq meşə qurşağının 2400–2300–1800 m yüksəklikləri əhatə edir. Yüksək dağ çəmən meşələri ərazidə, Girdimançay, Pirsaatçay, Qozluçayın yuxarı axarında, Lahıc çökəkliyində yayılmışdır. Bu tip meşələrin yayıldığı ərazinin relyefi intensiv parçalanmış, Girdimançay, Pirsaatçay hövzələrində yamacların meyilliyi 400-dən artıqdır.
Meşələrin yuxarı sərhəddi bir sıra amillərin təsirindən asılı olaraq zonallıq təşkil edir. Dağlıq şəraitində meşə örtüyü müəyyən yüksəkliyə qədər yayılır. Həmin yüksəklikdən yuxarıda ağac bitkisinin inkişafı üçün şərait pisləşir və meşənin yerinin subalp, alp bitkiliyi tutur. Meşələrin yuxarı sərhəddinin müəyyən olunması ilə əlaqədar çoxsaylı mütəxəssislər hesab edirlər ki, meşənin yuxarı sərhəddi 100-lik iyul izoterminə uyğun gəlir. Yəni iyulun orta temperaturu 100 olan yüksəklikdən yuxarı, artıq meşə bitkisinin inkişafı üçün şərait olmur, onu çəmən və ya bozqır bitkiləri əvəz edir. doğrultmur. Bu qanunauyğunluğu respublikamızın ayrı-ayrı dağlıq vilayətlərinə tətbiq etsək, yəni 100 iyul izoterminini meşənin iqlimi sərhəddi qəbul etsək, qışı rütubətli keçən və soyuq iqlimə malik olan Böyük Qafqazın cənub-şərq yamacında bu sərhəd 2600–2650 metrdir, soyuq iqlimə malik olan Kəlbəcər və Laçın rayonlarında 2800 metrdən yayı quraq keçən kontinental iqlimli Naxçıvan zonasında isə 3000 metrdən keçməlidir. Respublikamızda, xüsusilə Böyük Qafqazın cənub-şərq yamacında insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində meşənin yuxarı iqlim sərhəddi böyük dəyişikliyə uğramışdır. Hazırda demək olar ki, meşənin təbii sərhəddi hər yerdə antropogen amillərin təsiri nəticəsində pozulmuş, aşağı salınmışdır. Ərazidə mövcud meşənin yuxarı sərhəddindəki hündürlük iyul ayının orta temperaturu 14–170 olan yüksəkliyə uyğun gəlir.
Böyük Qafqazın cənub-şərq hissəsində bütün dağ-meşə qurşağında meşə örtüyü daha intensiv antropogen dəyişikliyə məruz qalmışdır. Pirsaatçay hövzəsində yuxarı dağ-meşə qurşağı tamamilə sıradan çıxarılmışdır, orta dağ-meşə qurşağı isə yalnız sağ sahil yamacda qalmışdır. Qozluçay hövzəsində meşə ilə örtülmə dərəcəsi 5%-dən aşağıdır. Burada 1400–1800 m mütləq yüksəkliklərdə güclü pozulmuş kiçik meşə sahələrinə rast gəlinir. Qozluçaydan şərq ərazilərdə Çikilçay və Çebotarçay hövzəsində yalnız törəmə tipli kolluqlardan ibarətdir.
Orta dağlığın fısdıq-vələs meşələri
redaktəBu landşaft kompleksi tədqiq olunan ərazinin (1200–1600)-900(1000) m yüksəkliklərinin əhatə edərək məhsuldar meşə bitkiləri olan fısdıq-vələs meşələrindən ibarətdir. Bu qurşağın optimal iqlim şəraiti meşənin inkişafı üçün çox əlverişlidir. Yüksək dağ-çəmən landşaft qurşağından fərqli olaraq bu qurşaqda bitki örtüyü sıxlıq təşkil etdiyinə görə denudasion proseslər zəifdir. Uçqun, sürüşmə, eroziya proseslərinin intensivliyi zəifdir. Münasib iqlim şəraiti ərazidə qalın, əsasən dağ-meşə-qonur, dağ-meşə qəhvəyi torpaq örtüyünün formalaşmasına şərait yaradır.
Orta dağlığın meşə qurşağı landşaftı iqlim şəraiti özünün spesifik xüsusiyyətləri ilə fərqlənir. Ərazidə istilik və rütubətin paylanma xüsusiyyəti bioloji kütlənin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu qurşaqda orta illik yağıntıların miqdarı 1350–950 mm təşkil edir. Nisbi nəmlənmə 230–130%-dir. 100-dən artıq illik temperatur cəmi 2000–1000 m yüksəkliklərdə 1300–30000 təçkil edir.
Böyük Qafqazın cənub, cənub-şərq makroyamacında termik şərait və rütubət ehtiyatı kifayət qədər olduğundan bu landşaft kompleksinin inkişafı üçün optimal şərait yaradır, lakin ərazinin cənub qurtaracağında iqlimin kontinenetallığı və aridliyin arrtması sayəsində ərazidə nazik gövdəli meşələr və kolluqlar formalaşmışdır.[6]
İstinadlar
redaktə- ↑ https://www.peakbagger.com/range.aspx?rid=38.
- ↑ M. Y. Xəlilov. Azərbaycan Respublikasının Coğrafiyası I cild, Bakı 2014
- ↑ S. M. Zeynalova. Azərbaycan Respublikasının Coğrafiyası. I cild. Bakı: 2014.
- ↑ Azərbaycan Respublikasının Coğrafiyası I cild. Bakı 2014.
- ↑ Б.А.Будагов. Современные естественные ландшафты Азербайджанской ССР. Баку 1988.
- ↑ М.А.Мюсеибов. Ландшафты Азербайджанской Республики. Баку, 2013.