Qaz - Wikipedia
Qaz (nid. gas) — maddənin əsas dörd aqreqat halından biridir. Qazları təşkil edən molekullar arasındakı məsafələr onların öz ölçülərindən çox-çox böyükdür. Onu təşkil edən hissəciklər (molekullar, atomlar və ionlar) bir-biri ilə çox zəif əlaqədədir. Qaz molekulları yerləşdikləri mühitdə-qabda, otaqda, havada fasiləsiz olaraq sərbəst hərəkət edir və hər yerə yayılır. Qaz molekulları hərəkət edərkən bir-biri ilə toqquşur. Bu zaman onların hərəkət istiqamətləri dəyişir və Xaotik (qarmaqarışıq) olur. Qaz buxardan fərqli olaraq temperatur təzyiqinin yüksəlməsi zamanı mayeyə çevrilmir. Bu əlamətə görə qaz buxardan fərqlənir.
İlk dəfə bu termin Yan van Helmontom tərəfindən elmə gətirilmişdir.[1][2][3]
Qazın növləri
redaktə- Şadlandırıcı qaz (azotun hemoksidi) NO2 – xoş iyli, keyləşdirici vasitədir.
- Generator qazı — bərk yanacağı qaz genertorunda qazlaşdırma nəticəsində əldə olunan qazşəkilli maddələrin qarışığı.
- Şəhər qazı (məişət qazı) — təbii və digər yanıcı qazlardan ibarət maddələrin qazşəkilli qarışığı v ə adorontlar; məişətdə yanacaq kimi istifadə olunur.
- Gurultulu qaz — iki hissə hidrogen, bir hissə oksigendən ibarət olan maddələrin qazşəkilli qarışığı; isitdikdə qığılcımdan partlayış verərək su buxarı əmələ gətirir; lampada yandırılaraq qaz qaynağında, metalları kəsməkdə, kvars və platini əritməkdə istifadə olunur.
- Yağlı qaz — neft qazı, tərkibində metan, etan, bir qədər yüksək molekullu karbohidrogenlər və merkaptonlar olur.
- Koks qazı — daş kömürü kokslaşdırdıqda alınan qazşəkilli məhlul.
- Kükürd qazı (SO2) — rəngsiz, kəskin iyli qaz, atmosferin əsas çirkləndiricisi hesab olunur. Kükürd qazı – turşulu yağışların əsas səbəbkarı hesab olunur.
- Maye (duru) qaz — neft qazı, əsas komponentləri propan, butan və bir qədər karbohidrogenlər hesab olunur.
- Qarışıq qaz — bərk yanacağın qazlaşdırılması, hava və su buxarı qarışığından ibarət qazşəkilli məhlul.
- Dəm qazı, karbon oksidi (CO) — yanacağın tam yanmamasından əmələ gəlir. Dəm qazı insan üçün çox təhlükəlidir, belə ki, hemoqlobinlə 260 möhkəm birləşmə yaradaraq ondan oksigeni çıxarır, bununla da hemoqlobinin qan sistemində hərəkətinə mane olur. CO havada 0,08%dən artıq olduqda insan üçün ölümcül sayılır.Kəskin boğucu iyli qazdır.
- Karbon qazı — karbon 4-oksidin başqa adı, karbonun baş oksidi; rəngsiz qazdır, sıxlığı 0,0019 q/sm3-dir, -56,6°C-də mayeləşir, 78,5°C-də d ə donur. Adi təzyiqdə -78,5°C-də mayeləşmədən birbaşa bərkiyib qaraoxşar ağ kütləyə (“quru buz”a) çevrilir. 2000°C-dən yuxarı temperaturda dissosiasiya olunaraq, karbon 2-oksidlə və oksigenə ayrılır. Suda nəzərə çarpacaq qədər (20°-də kütləcə 0,169%) həll olur və qismən reaksiyaya girib karbonat turşusu əmələ gətirir. Karbon qazı yanmır və yanmaya kömək etmir. Közərdilmiş kömürlə reaksiyadan (CO2 + C = 2CO) metallurgiyada geniş istifadə olunur. Mis 2-oksidin iştirakı ilə hidrogenlə reaksiyaya girib metana çevrilir. Havanın həcmcə 0,03%-i SO2-dir, hidrosferdə onun miqdarı 1,4 ⋅ 1014 tondur. Bitkilər fotosintez prosesində havadan CO2 alır. Karbon qazlı su, pivə və şəkər istehsalında, “quru buz” hazırlanmasında, yanğının söndürülməsində və s. işlədilir. İnsan və heyvan orqanizmində CO2 tənəffüs və qan dövranının tənzimlənməsində iştirak edir. Havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək, hipoksiyaya səbəb olur. Tərkibində 1,535 CO2 olan hava ilə uzun müddət (bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır. Karbon 2 6%-dən çox olduqda isə tənəffüs yavaşıyır, ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır. Belə hallarda zəhərlənmiş adamı havaya çıxarmaq və süni tənəffüs vermək lazımdı.[4]
Qazların növləri
redaktəQazlar mənşəyindən asılı olaraq, 2 növdü: təbii və süni (neft emalından alınan qazlar).
Təbii qaz yataqları üç qrupa bölünür:
- qaz-neft (təbii qaz neftdə həll olunur və ya sərbəst vəziyyətdədir, rezervuarın artan hissəsini - qaz qapağını doldurur)
- qaz kondensatı (artan təzyiq səbəbiylə 25-30 MPa-ya çatan qazlarda, müəyyən miqdarda yüksək temperaturda qaynayan karbohidrogenlərdə qaz kondensatında həll olunur)
- sırf qaz yataqları.
Dünyanın təbii qaz ehtiyatı (kəşf edilmiş) – 50•1012m3. Proqnozlaşdırılan ehtiyatlar -200•1012m3. Hər il dünyada 1,5•1012m3 qaz hasil edilir.
Təbii qazın kimyəvi tərkibi (%-lə)
redaktə- Nadir qazlar (He, Ar və s.) – 0,6÷2
- CH4 - 80 ÷ 90 Metan
- C2H6 – 0,2 ÷9 Etan
- C3H8 - 0,1 ÷ 4 Propan
- C4 və yuxarı 0,1 ÷ 8
- CO2 - 0,1 ÷ 0,3 Carbon
Təbii qazın tərkibi əsasən metandan ibarətdi, qaz kondensatı yataqlarının qazları, rezervuardan çıxarılan benzin və kerosin qazlı neft fraksiyalarını ehtiva edir. (1m3 qazda 10-dan 500cm3 –dək). Təbii qaz nəqli üçün hazırlanır (mexaniki qarşıqlardan, su buxarından və ağır karbohidrogenlərdən). Təbii qaz nəql olunmaq üçün lazım olarsa, ilk əvvəl kükürdlü birləşmələrdən təmizlənir. Qaz kondensatı neft və qaza ayırmaq üçün neft emalı zavodlarına verilir. Qazın emalı, neftdən ayrılması və emala verilməsi:
- H2S –dan təmizlənməsi və qurudulması;
- stabil olmayan benzindən ayrılması (C3 və yuxarı karbohidrogenlər);
- təmizlənmiş qazın istehlakçıya vurulması üçün lazım olan təzyiqə qədər sıxılması.
Bir cox ГПЗ zavodlarında qeyri sabit benzin karbohidrogenlərə ayrılır – propan, izobutan, n-butan və stabil benzin. Başqa zavodlarda isə qeyri sabit benzin qazayrıcılara verilirki karbohidrogen fraksiyalarına ayrılsın.
İstinadlar
redaktə- ↑ "Adelung, Grammatisch-kritisches Wörterbuch der Hochdeutschen Mundart, II (1811), Art. Gas". 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
- ↑ Matthias De Vries, Woordafleidingen, in: De Taalgids 1 (1859), S. 247-282 Arxivləşdirilib 2008-10-28 at the Wayback Machine, hier S. 262-265
- ↑ "Deutsches Wörterbuch der Brüder Grimm, Art. Gas". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |