Madde - Wikipedia
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq, fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir.[1] Cisimlər maddədən əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranıb. Onları ancaq xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardıb.
Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur.
Maddələrin xassəsi
redaktəMaddələr tərkibi, quruluşu və xassələrinə görə bir-birindən fərqlənirlər. Müxtəlif maddələri fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə maddələrin xassəsi deyilir.
Maddələr iki cəhətdən xarakterizə olunur — fiziki və kimyəvi. Maddənin aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, istiliyi və elektriki keçirmə qabiliyyəti, ərimə və qaynama temperaturu və s. onun fiziki xassələrini, maddənin çevrilməsi, yaxud başqa maddələrlə reaksiyaya daxil olması isə kimyəvi xassələrini müəyyən edir.
Maddənin özəllikləri
redaktəMaddələr bir çox özəlliklərinə görə bölüşdürülür.
Məsələn:
1. Aqreqat halına görə - Maddələrin 4 aqreqat halı var: qatı(bərk), suyuq(maye), buğ(qaz), plazma.
a) Qatı maddələri oluşduran molekullar çox sıx yerləşdiyi üçün qatı halda olan maddələrin biçimləri də, tutumları da dəyişməzdir. Qızıl, gümüş, dəmir, alüminium, nikel, almaz, qalay, mis və s qatı maddələrdir.
b) Suyuqları əmələ gətirən molekullar isə dağınıq yerləşirlər. Ona görə də suyuqlar yerləşdikləri yerin formasını alırlar. Ancaq onların tutumu dəyişməzdir. Su, brom, aseton, civə, sirkə, spirt və s. suyuqlara örnəkdir.
c) Buğları əmələ gətirən molekulların arasındakı aralıqlar özlərindən qat-qat böyükdür. Onlar düzənsiz tərpənirlər. Hidrogen, oksigen, helium,azot, ozon, karbon və s. buğ halında olan maddələrdir.
2. Arı (saf) maddələr və qarışıqlar - Maddələr içindəkilərə görə 2 yerə bölünürlər:
- a) Arı(saf) maddələr - dəyişməz fiziki xüsusiyyətləri olan maddələrə arı maddələr deyilir. Qızıl, gümüş, mis, qrafit, soda, almaz, xörək duzu, azot, karbon, oksigen və s arı(saf) maddələrdir.
- b) Qarışıqlar - 2 və daha artıq arı maddənin birləşməsindən yaranan sistemlərə qarışıqlar deyilir.
Su, neft, spirt, qum, hava, mərmər, təbaşir, tunc, bürünc və s. qarışıqlardır.
3. Bəsit və mürəkkəb maddələr.
- a) Bəsit maddə - eyni element atomlarından ibarət olan maddələrə deyilir. Azot, oksigen, hidrogen, karbon, fosfor, almaz, qalay, kükürd, qızıl, nikel, qrafit, gümüş, civə və s. bəsit maddələrdir. Hər hansı bir kimyəvi elementin bir və ya bir neçə bəsit maddə əmələ gətirməsi allotropiya, əmələ gələn maddələr isə allotropik şəkildəyişmələr adlanır. Ona görə də, bəsit maddələrin sayı kimyəvi elementlərin sayından çoxdur.
- b) Mürəkkəb maddə - bir neçə element atomlarından ibarətdir. Su, xörək duzu, aseton, spirt, şəkər, yağ və s. bunlara aiddir. Bütün üzvi maddələr mürəkkəb maddələrdir.
Mürəkkəb maddələrə başqa sözlə kimyəvi birləşmələr də deyilir.
Maddənin təsnifatı
redaktəMaddənin aqreqat halları
redaktəMaddənin 4 aqreqat halı var: qatı (bərk), suyuq (maye), buğ (qaz) və plazma. Bütün maddələrdə molekullar var. Molekullar atomların birləşməsindən yaranıblar. Atom və molekullar daim hərəkət edirlər və molekullar arasında itələmə, cəzbetmə qüvvələrinin qarşılıqlı təsirləri mövcuddur.
- Qatı - Qatı maddələri əmələ gətirən molekullar nizamlı quruluşa malikdir. Onlar bir-birlərindən uzaqlaşa bilmirlər. Ona görə də qatı cisimlər forma və tutumlarını saxlaya bilirlər. Çünki onlarda diffuziya həddən artıq yavaş gedir. Qatı maddələrin sıxma dərəcəsi 90°-dir. Qızıl, gümüş, qrafit, mis, sink, almaz, qalay, nikel və s. qatı maddələrdir.
- Suyuq - Suyuqların xüsusi bir quruluşu yoxdur. Onlar yerləşdiyi mühitin formasını alırlar. Bunun bir səbəbi var: suyuqların molekulları yerlərini sərbəst dəyişirlər. Ona görə də, suyuqlarda biçim dəyişkən, tutum isə dəyişməzdir. Su, kerosin, spirt, civə, sirkə və s. Suyuqun sıxma dərəcəsi 70–80°-dir. Suyuqlarda diffuziya asanlıqla gedir.
- Buğ - Buğları əmələ gətirən molekullar nizamsız hərəkət edirlər. Buğlar yerləşdiyi ortamda tutumlarını saxlaya bilmirlər. Ümumiyyətlə bu maddələrdə nə quruluş, nə də tutum dəyişməz deyil. Hidrogen, oksigen, karbon, azot və s. bu halda olan maddələrə aiddir.
- Plazma - Plazma ionlaşmış maddədir. Günəş, alov və ulduzlar plazmadır. Maddənin ən az yayılan halıdır.
İstinadlar
redaktə- ↑ Abbasov, Vaqif; Məhərrəmov, Abel. Ümumi kimyanın əsasları. Bakı: Azərbaycan Ensiklopediyası NPB. 2000. səh. səh. 6. ISBN 5-9600-275. (#accessdate_missing_url)