Anatoli Banisevski - Wikipedia
Anatoli Andreyeviç Banişevski (23 fevral 1946[1], Bakı – 10 dekabr 1997, Bakı) — Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi.
Anatoli Banişevski | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||
Tam adı | Anatoli Andreyeviç Banişevski | ||||||||||||||||||||||||
Ləqəbi | Banya | ||||||||||||||||||||||||
Doğum tarixi | 23 fevral 1946[1] | ||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||
Vəfat tarixi | 10 dekabr 1997 (51 yaşında) | ||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||
Dəfn yeri | |||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
||||||||||||||||||||||||
Boyu | 1.74 m | ||||||||||||||||||||||||
Çəkisi | 78 kq | ||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.
Həyatı
redaktəErkən illəri
redaktəAnatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub.[2]
Futbolçu karyerası
redaktəKlub karyerası
redaktəUşaq futboluna Bakının "Lokomotiv" klubunda başlayıb.[3] Razində (indiki Bakıxanov qəsəbəsi) "Lenin komsomolu" adına stadionda "Lokomotiv"lə "Spartak"ın oyunu keçirilirdi. "Neftyanik" (indiki "Neftçi") baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər.[3] Lokomotiv 4:3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına vurulan topun üçünü də Banişevski vurmuşdu.[3] Banişevskinin böyük futbola sıçrayışı bax, həmin oyundan başladı.[3] 16 yaşında "Neftyanik"ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib.[4] O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib.[4] "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub.[4] 1966-cı ildə "Neftyanik" bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi.[3]
Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.[4]
Milli komanda karyerası
redaktəBanişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib.[4] 1965-ci ildə Moskvada keçirilən SSRİ – Braziliya oyununda Banişevski oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu əvəz elədi.[3] Bu onun ilk debütü oldu.[3] Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb.[4] Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunda da iştirak edib.[4] 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib.[4]
Məşqçi karyerası
redaktəKaryerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb.[4] Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib.[4] O, 1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.[4] Bu illər Afrika ölkəsinin siyasi həyatın burulğanlı dövrünə təsadüf edirdi. Hətta bir dəfə silahlı üsyançılar futbol matçı zamanı meydana soxulublar, onun gözünün qarşısında ölkənin ali rəhbərlərindən kimisə vəhşicəsinə qətlə yetiriblər. Həmin hadisədən sonra dəhşətli qorxu hissi keçirən Anatolidə şəkərli diabet xəstəliyi gücləndi.[5]
Son illəri
redaktəBanişevski 1978-ci ilin sonlarında karyerasının bitirdi. Banişevskinin əsas problemlərindən biri idman rejimini qorumaması idi. Zərərli vərdişlərə hədsiz meyilli olması, spirtli içkilərdən imtina edə bilməməsi, onun təkcə karyerasına yox, səhhətinə də ciddi zərbə vurdu. Artıq 33 yaşında Banişevskidə şəkər xəstəliyinin əlamətləri hiss olunmağa başladı. Bir tərəfdən xəstəlik, bir tərəfdən işsizlik Banişevski üçün ciddi fəsadlar yaratdı. 1979-cu ildən başlayan şəkərli diabet ona çox əziyyət verirdi.[3] 1988-ci ildə xəstəlik onda artıq kəskinləşdi.[3] Hətta komaya da düşdüyü vaxtlar olurdu.[3] O, iynədən dəhşətli dərəcədə qorxurdu.[3] Ona spirtli, soyuq içkilər, yağlı və qızardılmış yeməklər olmazdı. Lakin, o, evdən kənarda bunlara nəzarət etmirdi.[3] Banişevski Afrikadan qayıdarkən artıq Bakıda da ictimai-siyasi vəziyyət xeyli pisləşmişdi və onun müalicəsinə təsir edirdi. Bakıya döndükdən sonra müalicəsiylə ciddi məşğul olmaması, həkimlərin tələb etdiyi pəhriz qaydalarına əməl etməməsi, onun səhhətini daha da pisləşdirir. Anatoli yaddaşının pozulmasına görə bəzən evdən çıxır və hara gedəcəyini də unudurdu. Evə dönərkən çətinlik çəkəndə ətrafdakıların ona kömək etməsi üçün ünvanı yazılmış kağız parçasını həmişə cibində gəzdirirdi.
Ölümü
redaktəAnatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Şəxsi həyatı
redaktə1966-cı ildə Anatoli Banişevski İrina Banişevskaya ilə ailə həyatı qurmuş və 1996-cı ildə boşanmışdı.[3] Milena və Marina adlı qızları var.[3] Boşandıqdan sonra Anatoli evini itirir və spirtli içkilərə aludə olur. Lakin onu bu çətin vəziyyətdən ömrünün son illərində ona qayğı göstərən köhnə tanışı və pərəstişkarı Səidə adlı xanım xilas etdi. Anatoli və Səidə bir müddət sonra evlənirlər.[6] Nəvəsi Əli Babayev Banişevski də futbolçudur. Neftçi U-16 komandasında[7], Şuşa Qalası FK və MOİK klublarında oynayıb.[8]
Aktyor Andrey Mironov və müğənni Vladimir Vısotski ilə çox yaxın münasibətləri vardı.[3]
İrsi
redaktə2 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.[9]
Ədəbiyyatda
redaktə2013-cü ildə futbol yazarı Rasim Mövsümovun (Mövsümzadə) müəllifi olduğu "Bir qolun tarixçəsi" adlı araşdırma kitabı nəşr olunub.[10] Bu kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında SSRİ yığmasının heyətində Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.
Haqqında çəkilən filmlər
redaktə- 9 nömrəli oyunçu (film, 2007)
- Azərbaycan futbolunun əfsanələri. Anatoli Banişevski (film, 2012)
SSRİ milli futbol komandasının heyətində vurduğu qollar
redaktə# | Tarix | Məkan | Rəqib | Hesab | Nəticə | Turnir |
---|---|---|---|---|---|---|
1. | 3 Oktyabr 1965 | Georgios Karaiskakis stadionu, Pirey, Yunanıstan | Yunanıstan | 0–2 | 1–4 | 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi |
2. | 3 Oktyabr 1965 | Georgios Karaiskakis stadionu, Pirey, Yunanıstan | Yunanıstan | 1–3 | 1–4 | 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi |
3. | 3 Oktyabr 1965 | Georgios Karaiskakis stadionu, Pirey, Yunanıstan | Yunanıstan | 1–4 | 1–4 | 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi |
4. | 17 Oktyabr 1965 | Kopenhagen İdman Parkı, Kopenhagen, Danimarka | Danimarka | 0–2 | 1–3 | 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi |
5. | 27 Oktyabr 1965 | Ninian Park, Kardiff, Uels | Uels | 0–1 | 2–1 | 1966 FİFA Dünya Kubokunun seçmə mərhələsi |
6. | 21 Noyabr 1965 | Marakana stadionu, Rio-de-Janeyro, Braziliya | Braziliya | 2–1 | 2–2 | Yoldaşlıq oyunu |
7. | 1 Dekabr 1965 | Monumental stadionu, Buenos-Ayres, Argentina | Argentina | 0–1 | 1–1 | Yoldaşlıq oyunu |
8. | 4 Dekabr 1965 | Sentenario stadionu, Montevideo, Uruqvay | Uruqvay | 1–2 | 1–3 | Yoldaşlıq oyunu |
9. | 18 May 1966 | Generali Arena, Praqa, Çexoslovakiya | Çexoslovakiya | 0–1 | 1–2 | Yoldaşlıq oyunu |
10. | 18 May 1966 | Generali Arena, Praqa, Çexoslovakiya | Çexoslovakiya | 1–2 | 1–2 | Yoldaşlıq oyunu |
11. | 5 İyun 1966 | Mərkəzi Lenin stadionu, Moskva, SSRİ | Fransa | 2–2 | 3–3 | Yoldaşlıq oyunu |
12. | 12 İyul 1966 | Eyrsom Park, Midlsbro, Birləşmiş Krallıq | Şimali Koreya | 2–0 | 3–0 | 1966 FİFA Dünya Kuboku |
13. | 16 İyul 1967 | Tbilisi Mərkəzi stadionu, Tbilisi, SSRİ | Yunanıstan | 1–0 | 4–0 | UEFA Avro 1968 seçmə mərhələsi |
14. | 16 İyul 1967 | Tbilisi Mərkəzi stadionu, Tbilisi, SSRİ | Yunanıstan | 3–0 | 4–0 | UEFA Avro 1968 seçmə mərhələsi |
15. | 6 Sentyabr 1967 | Kupittaan stadionu, Turku, Finlandiya | Finlandiya | 2-3 | 2–5 | UEFA Avro 1968 seçmə mərhələsi |
16. | 31 Oktyabr 1967 | Georgios Karaiskakis stadionu, Pirey, Yunanıstan | Yunanıstan | 0-1 | 0-1 | UEFA Avro 1968 seçmə mərhələsi |
17. | 7 İyun 1971 | Mərkəzi Lenin stadionu, Moskva, SSRİ | Kipr | 5-1 | 6-1 | UEFA Avro 1972 seçmə mərhələsi |
18. | 19 Aprel 1972 | Olimpiya Milli İdman Kompleksi, Kiyev, SSRİ | Peru | 1-0 | 2-0 | Yoldaşlıq oyunu |
19. | 13 May 1972 | Mərkəzi Lenin stadionu, Moskva, SSRİ | Yuqoslaviya | 2-0 | 3-0 | UEFA Avro 1972 seçmə mərhələ 1/4 final |
Təltif və mükafatları
redaktə- "Qriqori Fedotov klubu"nun üzvü
- 1966 — Futbol üzrə SSRİ çempionatının bürünc medalçısı: 1966
- 1972 — UEFA Avropa Kuboku 1972 gümüş medalçısı
- 1996 — "Şöhrət" ordeni[11]
- 2004 — UEFA versiyasına görə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu
- 2004 — Apasport.az saytının variantına görə "Azərbaycanın 100 illik futbol tarixi ərzində ən yaxşı futbolçusu"[12]
İstinadlar
redaktə- ↑ 1 2 Anatoliy Banishevskiy // FBref (çd.).
- ↑ "Anatoli Banişevski - 70". news.atv.az. news.atv.az. 3 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ""Anatoli Banişevski əvvəl hərəkət edir, sonra fikirləşirdi"". www.anspress.com. www.anspress.com. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Azərbaycanın futbol əfsanəsi - Banişevski". muallim.edu.az. muallim.edu.az. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2016.
- ↑ Qaradağlı, Süleyman. "Ulduz, məşhur "doqquz" və sonsuz sevgi". qol.az (az.). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
- ↑ Верность и мастерство[daimi ölü keçid] Lua xətası modul Modul:In_lang, sətir 41: attempt to call local 'name_from_tag' (a nil value).
- ↑ "Anatoli Banişevskinin nəvəsi Əli Babayev "Neftçi" klubunun sıralarına qoşulmuşdur". İstifadə tarixi: 4 mart 2024.
- ↑ "Azerbaijan - Ə. Banişevski - Profile with news, career statistics and history - Soccerway". uk.soccerway.com. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2024.
- ↑ "Bu gün Anatoli Banişevskinin yubileyidir". report.az. report.az. 3 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ ""Bir qolun tarixçəsi" adlı kitabı nəşr olunmuşdur// """. 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
- ↑ "A.A.Banişevskinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". idman.com.az. idman.com.az. 2015-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ "Anatoli Banişevski Azərbaycanda yüzilliyin futbolçusu seçildi". news.lent.az. news.lent.az. 10 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2016.