Jumeirah Bilgah Beach Hotel - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
"Bilgah Beach Hotel" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri, Bilgəh qəsəbəsində beşulduzlu otel. "Absheron Hotel Group"a məxsusdur.
Bilgah Beach Hotel | |
---|---|
40°34′37″ şm. e. 50°03′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Bilgəh |
Tikilmə tarixi | 2011 |
Aidiyyatı | Abşeron Otel Qrup |
Memarlıq quruluşu | Modern |
Vəziyyəti | Fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Bilgah Beach Hotel" kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan "Jumeirah Group"un MDB məkanında ilk hoteli idi.[1] Dörd ilə tikilən hotelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır.[1]
Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır.[1]
Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir.[1]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 28 dekabr 2011-ci il tarixində "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışında iştirak ediblər.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 İlham Əliyev Bakıda "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışında iştirak etmişdir Arxivləşdirilib 2020-09-27 at the Wayback Machine. president.az, 28.12.2011 (az.)