Bedii Gimnastika Uzre 25 Ci Avropa Cempionati - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı — 2009-cu ildə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir.
2009 Bədii gimnastika üzrə Avropa Çempionatı | |
---|---|
Tarix | 2009 |
Rəsmi açılış edilib | 15 may 2009 |
Rəsmi bağlanış edilib | 17 may 2009 |
Vikianbarda əlaqəli mediafayllar |
İştirakçılar
redaktəYarışa 32 ölkədən 186 gimnast qatımışdır.
Nəticələr
redaktəFərdi yarışların qəhrəmanı rusiyalı Yevgeniya Kanayeva olub. O, hər 4 növdə qızıl medal qazanıb. Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı.
Yeniyetmələrdən ibarət milli komandalar arasında da Rusiya yığması ilk pilləyə sahib çıxıb.
Ev sahibinin nəticələri
redaktəAzərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komanda 2-ci yeri tutub. Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb. O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib. İki il öncə Bakıda Avropa çempionu olmuş Qarayeva fərdi yarışlarda medalsız qalıb. Aliyə 4-cü (halqa və lent), 5-ci (top) və 8-ci (ip) pillədə qərarlaşıb.
Yeniyetmələrdən ibarət milli komanda da uğurla mübarizə aparıb. Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmovadan ibarət kollektiv gümüş medala yiyələnib.
İdman haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |