Quba - Wikipedia
Bu məqalə Quba şəhəri haqqındadır. Quba rayonu üçün Quba rayonu səhifəsinə baxın. |
Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi. Quba Bakıdan 168km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir.
Şəhər | |
Quba | |
---|---|
41°21′55″ şm. e. 48°31′35″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XV əsr |
Mərkəzin hündürlüyü | 556 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 24 653[1] nəfər (2023) |
Milli tərkibi | azərbaycanlılar, tatlar, ləzgilər, ruslar, qrızlar, xınalıqlılar və b. |
Dini tərkibi | müsəlmanlar (şiələr, sünnilər), xristianlar, yəhudilər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 23 |
Poçt indeksi | AZ 4000 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat verən Karl von Pruner həmçinin qədim mənbələrdə Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I Qubadın adından götürüldüyünə inanılır[2] Yaqutun lokallaşdırılmasına görə (1227) "Bab əl-Əbvab, yaxud Dərbənd yaxınlığındakı bu qədim şəhər",[3] ehtimal ki, indiki Qubanın yerində olmuşdur. IX–X və daha əvvəlki ərəb mənbələrində Qubanın adına rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (ö. hicri 774-cü il; miladi 1372–1373-cü illər) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki,[4] bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir.
XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, "dağın yamacında qala olan Quba çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi".[5][6] Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı. S. Aşurbəyli belə hesab edir ki, Quba Xilafətin Azərbaycanı və Dağıstanı istila edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxildir. Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir: "Qədimdə ərəb tayfalarından biri Qubaya köçərək burada məskən salmışdır".[7] Firuz Qubada köçüb gələn ərəblər Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi, onu da tanış olan Quba adı ilə adlandırmışlar.
Məsud ibn Namdar Sədunun (indiki Siyəzən) daxil olduğu nahiyədə Qavadan kəndinin adını çəkir.[8] Burada Qavad adına yer, şəhər və s.bildirən "an" suffiksi artırılmışdır. Ola bilər ki, bu elə həmin Firuz Qubad Qubanın qədim adıdır.[9]
XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış.Hüseynəli xanın oğlu Fətəli xanın (1758–1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.
2012-ci il martın 1-də Qubada baş vermiş etiraza icra hakimiyyəti başçısının yerli əhalini təhqir edən çıxışının YouTube saytına yerləşdirilməsi səbəb olub. Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən bir neçə min sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Ümumi kontekstdə sosial vəziyyətlərindən, məmur davranışından narazı insanlar etiraz aksiyası keçirib. Dinc aksiya sonradan zorakı xarakter alıb. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırıb. Sonra daxili qoşun hissələri ilə qarşıdurma olub. Polis gözyaşardıcı qazdan istifadə edib. Deputat Vahid Əhmədovun vasitəçiliyi etirazları səngidib və icra başçısının vəzifədən azad edilməsi barədə rəsmilərin bəyanatı insanların evlərinə dağılmasına səbəb olub.[10]
Mədəniyyəti
redaktəMemarlıq abidələri
redaktəAzərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür və müasir Quba və Şabran (Dəvəçi) rayonlarının ərazisini əhatə edir.
Dağlıq hissəyə – Qonaqkənd, Xaşı, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar;
Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi məktəbləri; Ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.
Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Tarixi abidələri
redaktəMemarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII–XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov və Zıxır kəndlərində "Ələmu" və "Yeddilər baba" adlı qala və tarixi məscid vardır.
Coğrafiyası və iqlimi
redaktəBöyük Qafqazın şimal-şərq yamaclarında, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə Samur-Dəvəçi ovalığı arasında yerləşir. Rayonun relyefi dağətəyi maili düzənliklər, orta və yüksək dağlıq sahələrdən ibarətdir. Şimal-şərq hissədə Qusar maili düzənliyi və Samur-Dəvəçi ovalığı yerləşir. Cənub-qərb sərhəd Baş Qafqaz silsiləsinin suayrıcısı boyu keçir. Baş Qafqaz silsiləsinə paralel olaraq Yan silsilə uzanır. Burada Yarımsa, Yerfi, Mıxtökən, Təngə silsilələri qollar formasında ayrılır. Rayon ərazisində Qızılqaya (3726 m), Babadağ (3629 m), Şahnəzər (2874 m) zirvələri yüksəlir. Geoloji yaşına görə Yura, Təbaşir, Neogen və Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntılara yanar şist, çınqıl, qum, gil aiddir, mineral bulaqlar səthə çıxır. Düzənlik və dağətəyi sahələrdə yağıntıları bərabər paylanan mülayim isti, yüksək dağlıqda soyuq və dağ-tundra iqlimi hakimdir. Yanvarda orta temperatur −2 °C-dən −14 °C-yə qədər, iyulda 5 °C-dən 23 °C-yə qədərdir. Yağıntıların illik miqdarı düzənliklərdən dağlara doğru 500 mmm-dən 900 mm-ə qədər artır, əsas hissəsi payızda düşür. Rayonun ərazisindən axan Qudyal, Qaraçay, Vəlvələ çayları Xəzər dənizi hövzəsinə aiddirlər. Əsasən torflu və çimli dağ-çəmən, qonur-meşə, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Dağlıq sahələrdə alp və subalp çəmənlikləri geniş sahə tutur, bundan aşağılarda fısdıq, vələs və palıd ağaclarının üstünlük təşkil etdiyi enliyarpaqlı dağ meşələri yayılır.
Əhali
redaktə- 1 yanvar 1885-ci ildə Quba şəhərində 13.412 nəfər yaşamışdır.[11]
Quba şəhərinin etnik tərkibi | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Etnik qrup |
1873-cü il | 1886-cı il | 1897-ci il | 1926-cı il | 1939-cu il | 1959-cu il | 1970-ci il | 1979-cu il | ||||||||
Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | |
türk | 5 900 | 52.9% | 6 486 | 46.6% | 7 134 | 46.4% | 6 168 | 45.3% | 7 839 | 65.4% | 12 545 | 57.0% | 15 436 | 81.8% | 16 444 | 85.5% |
ləzgi | 221 | 1.4% | 84 | 0.6% | 842 | 7.0% | 1 565 | 7.1% | 1 640 | 8.7% | 1 957 | 10.2% | ||||
rus | 141 | 1.2% | 291 | 2.1% | 441 | 2.9% | 697 | 5.1% | 2 349 | 19.6% | 1 686 | 7.7% | 1 442[12] | 7.6% | 593[12] | 3.1% |
ukraynalı | 134 | 1.0% | 125 | 1.0% | ||||||||||||
yəhudi | 5 127 | 45.3% | 6 287[13] | 45.2% | 6 212[14] | 40.4% | 6 285 | 46.2% | 105 | 0.9% | 146 | 0.7% | 71 | 0.4% | 60 | 0.3% |
tatar | 60 | 0.3% | 35 | 0.2% | ||||||||||||
gürcü | 10 | 0.1% | 26 | 0.2% | 9 | 0.1% | 15 | 0.1% | 14 | 0.1% | 9 | 0.0% | 3 | 0.0% | ||
avar | 52 | 0.3% | 1 | 0.0% | 1 | 0.0% | ||||||||||
kürd | 1 | 0.0% | ||||||||||||||
tat | 1 | 0.0% | 30 | 0.1% | 6 | 0.0% | ||||||||||
alman | 4 | 0.0% | 9 | 0.1% | 13 | 0.1% | 39 | 0.3% | ||||||||
fars | 151 | 1.0% | 16 | 0.1% | ||||||||||||
şahdağlı | 43 | 0.3% | ||||||||||||||
polyak | 6 | 0.0% | ||||||||||||||
digər | 62 | 0.5% | 267 | 1.7% | 158 | 1.2% | 529 | 4.4% | 5 916 | 26.9% | 127 | 0.7% | 52 | 0.3% | ||
cəmi | 11 324 | 100% | 13 917 | 100% | 15 363 | 100% | 13 613 | 100% | 11 986 | 100% | 22 003 | 100% | 18 871 | 100% | 19 237 | 100% |
Şəhərin əhalisi əsasən azərbaycanlılardan, qismən ləzgilərdən, az sayda ruslardan, yəhudilərdən və digər etnik qruplardan ibarətdir. |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Qalereya
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.
- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c.50–51, 58–59, 61–63, 67–68, 75–76,213
- ↑ Йaгyт, т.III, c.929.
- ↑ Бaкиxaнoв. c.86.
- ↑ Asik Celebi. Monazir al-Avalim, Ayasofya, N°3466 Nuri Osmaniye JVe3032, Istanbul, v.247a; v.272v
- ↑ Axмeд Зeки. Иcтopичecкaя гeoгpaфия, c.40.
- ↑ H.K.Kepeмoв. Пyтeшecтвeнник и гeoгpaф Зeйнaлaбдин Шиpвaни. Бaкy, 1958, c.50.
- ↑ Mинopcкий и Kaэн, c. 117.
- ↑ S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007
- ↑ Quba hadisələrinin istintaqı ilə bağlı rəsmi məlumat, 10 nəfər həbs edilib Amerikanın Səsi radiosu
- ↑ Кавказский Статистический комитет. Е.Кондратенко. 1886. "Кавказский календарь на 1887 год", стр. 193
- ↑ 1 2 Ruslar və Ukraynalılar birlikdə.
- ↑ Yəhudilər və Dağ yəhudiləri birlikdə.
- ↑ 1897-ci il siyahıya alması zamanı əhalinin yalnız ana dili və etiqad etdiyi din qeydə alınmış, etnik fərqliliyi qeydə alınmamışdır. İudaistlərin 3.775 nəfəri yəhudi, 2.437 nəfəri isə tat dilini ana dili olaraq göstərmişdir.
- ↑ Rusiya imperiyası əhalisinin siyahıya alınması (1897).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1926).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1939).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |