Qudyalcay - Wikipedia
Qudyalçay — Azərbaycanda çay. Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür.
Qudyalçay | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Keçdiyi ərazilər | Quba, Xaçmaz |
Mənbəyi | Böyük Qafqaz |
Mənsəbi | Xəzər dənizi |
Uzunluğu | 108 km |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 799 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəUzunluğu 108 km, hövzəsinin sahəsi 799 km²-dir. Başlanğıcını Böyük Qafqaz silsiləsindəki Tufan dağının şimal yamacından (3000m) alır. Dağlıq sahədə çaya, soldan Doqquzul (uzunluğu 12 km), sağdan isə Ağçay (uzunluğu 24 km), qovuşur. Quba şəhərindən aşağı çay iki qola ayrılır: sağ qolu Qudyal, sol qolu isə Qimil adlanır.
Axımının əsas hissəsi qar suları hesabına əmələ gəlir: 50%-ni qar, 32%-ni yeraltı, 18%-ni isə yağış suları təşkil edir. Qar suyu hesabına çayda aprel-iyul aylarında böyük daşqınlar əmələ gəlir. Bu dövrdə illik axımının 60-75%-i keçir. Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 21.9 kq/san, lillənməsi isə 3200 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.
Qudyalçayın aşağı axımından suvarma işlərində geniş istifadə olunur. Bundan başqa suyun bir qismi Samur-Abşeron su kanalına axıdılır. Quba şəhəri yaxınlığında çayın üzərində HES qurulmuşdur.[1]
Həmçinin bax
redaktəMənbə
redaktə- Qudyalçay Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Xəzər dənizinə axan çaylar". AZƏRBAYCAN ÇAYLARI. 2006-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-05.