Cimi - Wikipedia
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Cimi | |
---|---|
41°03′21″ şm. e. 48°34′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.282 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1209 (2009) nəfər |
Digər | |
[http:// ] | |
Toponimikası
redaktəCimi oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cemi adlandırılmışdır. Əslində isə kənd öz adını ərazidəki min. bulaqların adından almışdır.[1]
Coğrafiyası və iqlimi
redaktə- Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbəsinin inzibati ərazi vahidində yerləşən bu kənd Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir.
Əhalisi
redaktəQədim tarixə malik Cimi kəndinin əhalisini tatlar təşkil edir. Sayları təxminən 1000 nəfərə yaxındır. Əhali əsasən heyvandarlıqla, xalçaçılıq, toxuculuq, arıçılıqla məşğul olur. 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1209 nəfər əhali yaşayır.[2]
Təhsil
redaktəAzərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[3] ilə Quba rayonu Cimi kənd 80 şagird yerlik modul tiplitam orta məktəbin quraşdırılması üçün 390 000 manat vəsait ayrılmışdır[4].
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az (az.)
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |