Dede Qorqud Parki - Wikipedia
Dədə Qorqud parkı — Bakı şəhərində, Nərimanov rayonunda yerləşən park. ADA Universitetinin və Bakı zooparkının yanında yerləşir.
Dədə Qorqud parkı | |
---|---|
| |
Məlumatlar | |
Parkın tipi | park |
Ölkə | |
Yerləşməsi | Ceyhun Hacıbəyli küçəsi, Nərimanov rayonu, Bakı, Azərbaycan |
Koordinatları | 40°23′33″ şm. e. 49°50′48″ ş. u.HGYO |
Sahəsi | 6 ha |
Yaradılıb | 13 dekabr 2013[1] |
Saytı | dedegorgudpark.az |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəHeydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərman imzalamışdı. Daha sonra 2 aprel 2007-ci ildə İlham Əliyevin imzaladığı sərəncamla Nazirlər Kabinetinə həmin fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Aparılan tikinti işlərindən sonra Dədə Qorqud parkı 13 dekabr 2013-cü ildə açılıb.[1] Açılış da İlham Əliyev də iştirak etmişdir.[2]
6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltaraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır.[3]
Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb.[3]
Qalereya
redaktə-
Parkın şəlalələri.
-
İnteryeri.
-
Süni göl.
-
Qışda.
-
Quşlar gölün qırağında.
İstinadlar
redaktə- ↑ 1 2 "Bakıdakı qeyri-adi parkın möhtəşəm görüntüləri - FOTOSESSİYA". Milli.az (az.). 13 dekabr 2013. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
- ↑ "Bakıda Dədə Qorqud parkı açıldı". Kaspi (az.). 13 dekabr 2013. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
- ↑ 1 2 "Bakının 12 əfsanəvi parkı". Azertag (az.). 28 iyun 2016. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
- ↑ ""Dədə Qorqud" parkı da "Pulsuz WiFi"-la təmin olundu". Fins.az (az.). 5 oktyabr 2017. İstifadə tarixi: 2 avqust 2018.[ölü keçid]
Xarici keçidlər
redaktə- dedegorgudpark.az/static/aboutpark/ — Rəsmi saytı