Haci Qayib Hamami - Wikipedia
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam.[1]
Hacı Qayıb hamamı | |
---|---|
40°21′58″ şm. e. 49°50′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, A.Zeynallı küçəsi, 67 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Hacı Bani |
Sifarişçi | Hacı Qayıb |
Tikilmə tarixi | XV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 92 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəHamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur.
Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir.
Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir.
Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur.
2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Sultanova, P. Cismani paklıq mənbəyi mənəvi-mədəni dəyərə çevriləndə...: [XVI əsr memarlıq abidəsi olan Hacı Qayıb hamamı haqqında] //525-ci qəzet. 2011, 13 may, s.6.
- ↑ ""ABAD" sənətkarlıq mərkəzi fəaliyyətə başladı". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.