Azerbaycan Dovlet Kukla Teatri - Wikipedia
Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır.[1]
Azərbaycan Dövlət Kukla Teatrı | |
---|---|
40°22′12″ şm. e. 49°50′16″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Neftçilər prospekti, 36 |
Aidiyyatı | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Memar | Yuzef Ploşko |
Tikilmə tarixi | 1910 |
Üslubu | Neoklassik memarlıq |
Vəziyyəti | stabil |
Rəsmi sayt | kuklateatri.com/index.ht… |
İstinad nöm. | 140 |
Kateqoriya | Teatr |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəİndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.
Tamaşalar haqqında
redaktəAzərbaycan Dövlət Kukla Teatrının azərbaycan dili və rus dili bölmələri var. İlk dövrlərdə teatrda Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının pyesləri (sadələşdirilmiş şəkildə), Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər tamaşaya qoyulmuşdur: "Hacı Qara" (M. F. Axundov), "Zorən təbib" (J. B. Molyer), "Almas" (C. Cabbarlı), "Böyük İvan" (S. V. Obraztsov), "İsgəndər və Çoban (tamaşa)", "Cırtdan", "Nərgiz" (M. Seyidzadə) və s.
60-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun qurur. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. "Üç nağıl" (Abdulla Şaiq), "Göyçək fatma" (M. Dilbazi), "Artıq tamah baş yarar" (Ə. Səmədov), "Keçinin qisası" (Ə. Abbasov), "Əkiz qardaşlar" (H. Ziya), "Bu kimin evidir?" (R. Heydər), "Meşə nağıl" (T. Mütəllibov), "Balaca qızcığaz Tino" (L. Babinskaya), "Gözəl Vasilisa" (Y. Z. Çernyak), "Qaravəlli" (Anar), "Üç gombul" (Y. Oleşa), "Pəri cadu" (Ə. Haqverdiyev), "Qarınqulu Zürafə" (Y. Torbai), "Qar qız" (A. A. Ostrovski) və s. teatrın ən yaxşı tamaşalarındandır.
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ "Teatr". 2012-02-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-17.
Xarici keçidlər
redaktə- Azərbaycan Dövlət Kukla Teatrının rəsmi saytı Arxivləşdirilib 2012-12-04 at the Wayback Machine
- Teatr haqqında əlavə məlumatlar Arxivləşdirilib 2013-12-16 at the Wayback Machine
- Kukla Teatrında "Melodiya"
- Səda — "Melodiya" adlı səssiz tamaşanın premyerası keçirilib (28.04.2016)
- Kukla Teatrı Yunanıstanda Azərbaycan mədəniyyəti həftəsində iştirak edib
- Qurban Məsimov və Rəhim Rəhimov "Günə doğru"da
- …
- 86 illik teatr, "Turpun nağılı", nəhəng kuklalar…
- Kukla Teatrının drondan çəkilişi.