Azeri Ciraq Gunesli - Wikipedia
Azəri–Çıraq–Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı.
Azəri-Çıraq-Günəşli azərb. Azəri-Çıraq-Günəşli | |
40°01′04″ şm. e. 51°15′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Xəzər dənizi |
Kəşfi | 1985 |
İstismarı | 1997 |
Ehtiyatı | 5,000 million barrel |
Hasilatçılar: | AIOC BP, Chevron, SOCAR, INPEX, Statoil, ExxonMobil, TPAO, Devon Energy, Itochu, ONGC Videsh Ltd |
Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır.
İnkişaf mərhələləri
redaktəƏməliyyat[1] | Tarixi |
---|---|
Azəri–Çıraq–Günəşli müqaviləsi imzalandı | Sentyabr 1994 |
Çıraq yatağında qazma işləri görülür | Avqust 1997 |
Çıraq yatağında ilk neft hasil olunur | Noyabr 1997 |
Bakı-Supsa neft boru kəməri fəaliyyətə başlayır | Fevral 1999 |
Neft yatağına suvurma layihəsi başlayır | 1999 |
Çıraq yatağında qazma texnologiyası yenilənir | 2000 |
Azəri–Çıraq–Günəşli layihəsinin Faza-1 tam inkişafı | Avqust 2001 |
Azəri yatağında qazma işlərinə hazırlıq başlayır | İyun 2002 |
Azəri–Çıraq–Günəşli layihəsinin Faza-2 tam inkişafı | Sentyabr 2002 |
Çıraq yatağı və Səngəçal terminalı genişləndirilir | Mart 2003 |
Çıraq yatağından çıxarılan ümumi neft — 200 mln barrel | May 2003 |
Qərbi Azəri yatağında quyu qazılır | May 2003 |
Mərkəzi Azəri yatağı üçün platformanın yaşayış hissəsi Bakıya gətirilir | İyul 2003 |
Mərkəzi Azəri yatağı üçün platformanın qazma hissəsi Bakıya gətirilir | Sentyabr 2003 |
Mərkəzi Azəri yatağı üçün platformanın quraşdırılması başa çatdırılır | Mart 2004 |
Şərqi Azəri yatağında qazma işlərinə hazırlıq başlanır | İyun 2004 |
Mərkəzi Azəri yatağına qaz kəməri çəkilir və hasilat başlanır | İyul 2004 |
Çıraq yatağından çıxarılan ümumi neft — 250 mln barrel | Avqust 2004 |
Qərbi Azəri yatağı üçün platformanın qazma hissəsi Bakıya gətirilir | Avqust 2004 |
Mərkəzi Azəri yatağında platforma quraşdırılır | Oktyabr 2004 |
Mərkəzi Azəri yatağında hasilat başlanır | Fevral 2005 |
Azərbaycan neft ixracına başlayır | Mart 2005 |
Qərbi Azəri yatağında üçün platformanın quraşdırılması başlanır | May 2005 |
Mərkəzi Azəri yatağından qaz kondensatı əldə olunur | May 2005 |
Çıraq yatağından çıxarılan ümumi neft — 300 mln barrel | İyun 2005 |
Şərqi Azəri yatağı üçün platformanın qazma və yaşayış hissələri Bakıya gətirilir | İyun 2005 |
Qərbi Azəri yatağında platforma quraşdırılır | Sentyabr 2005 |
Günəşli yatağında qazma işlərinə hazırlıq başlanır | Dekabr 2005 |
Qərbi Azəri yatağında hasilat başlanır | Yanvar 2006 |
Şərqi Azəri yatağında platforma quraşdırılır | Mart 2006 |
Günəşli yatağı üçün platformanın qazma və yaşayış modulunun tikintisi Bakıda başlanır | İyun 2006 |
Şərqi Azəri yatağında platforma işə salınır | İyul 2006 |
Şərqi Azəri yatağında hasilat başlanır | Oktyabr 2006 |
Platformalar
redaktə2011-ci ilin məlumatına görə AÇG yatağında beş platforma fəaliyyət göstərir. ABƏŞ konsorsiumunun sifarişi əsasında Qərbi Çıraq yatağı üçün növbəti, altıncı platformanın tikintisinə 2010-cu ildə başlanılıb. Platformanın tikintisinın 2013-cü ilin mart ayında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır.[2]
- Çıraq platforması — Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma Azəri–Çıraq–Günəşli (AÇG) yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır. Çıraq platformasında həm hasilat, həm də neft çıxarılmasını artırmaq üçün laya su vuran su vurma quyuları vardır.
- Mərkəzi Azəri platforması — Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə bir dəniz hasilat, qazma və yaşayış platforması. Bu platforma Azəri–Çıraq–Günəşli (AÇG) yatağından neft hasilatı üçün inşa edilmişdir. Platforma gündə 420 000 barel neftin texnoloji çıxarılıb texnoloji emal edilməsi üçün layihələşdirilib. Hasilat, qazma, yaşayış platformasından əlavə, yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə Mərkəzi Azəridə bir kompressor və suvurma platforması (KvəSP) quraşdırılmışdır və körpü ilə hasilat, qazma, yaşayış platformasına birləşdirilmişdir. Mərkəzi Azəri platforması 2005-ci ilin fevralından istismardadır.
- Kompressor və suvurma platforması — Körpü ilə Mərkəzi Azəri platformasına birləşdirilmiş KvəSP Mərkəzi, Qərbi və Şərqi Azəri platformalarına su və qazvurma xidmətlərini yerinə yetirir, səmt qazının ixracını idarə edir, eləcə də 10 "Rolls Roys" turbinindən istifadə etməklə elektrik enerjisini təmin edir.
- Qərbi Azəri platforması — Xəzər dənizində Bakıdan 100 kilometr aralı suyun dərinliyinin 120 metr olduğu yerdə dəniz hasilat, qazma və yaşayış platforması (HQYP). Bu platforma Azəri–Çıraq–Günəşli yatağından neft hasil etmək üçün inşa edilmişdir. Qərbi Azəri 2005-ci ilin dekabr ayının sonundan istismardadır.
- Şərqi Azəri platforması — Xəzər dənizində Bakıdan 100 kilometr aralı yerləşən dəniz hasilat, qazma və yaşayış platforması (HQYP). Bu platforma Azəri yatağının şərq hissəsindən neft hasil etmək üçün tikilmişdir. Şərqi Azəri 2006-cı ilin noyabr ayından istismardadır.
- Dərinsulu Günəşli — Dərinsulu Günəşli (DərSG) Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri–Çıraq–Günəşli (AÇG) yatağının işlənməsinin üçüncü fazasıdır. AÇG yatağından HPBS müddətində hasil ediləcəyi gözlənilən ehtiyatlar təxminən 176 milyon tondur (təxminən 1,25 milyard barel). DərSG kompleksindən birinci neft 10 öncəqazma quyusundan 2008-ci ilin aprel ayının 20-də alındı. Maksimum hasilatın sabit dövründə DərSG kompleksindən gündə təxminən 320 000 barel neft hasil ediləcək. DərSG kompleksi Günəşli yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. Hasil edilən məhsul bu kompleksi Azəri yatağında yerləşən əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirən 30 düymlük iki neft kəməri və 28 düymlük tək qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir. Bundan əlavə, AÇG layihəsinin qalan hissəsindən fərqli olaraq, DərSG işlənməsində üç sualtı suvurma quyusu quraşdırılmışdır. DərSG-dən hasilat Xəzərdə ilk dəfə istifadə olunan əlamətdar sualtı suvurma metodla — DərSG kollektorunun təzyiqinin artırılması üçün ona dəniz suyunun vurulması ilə neft hasilatını artırmağı nəzərdə tutan. Dərinsulu Günəşli 2008-ci ilin aprel ayından istismardadır.[3]
- Mərkəzi-Şərqi Azəri — 19 aprel 2019-cu ildə AÇG-nin işlənməsi üzrə Rəhbər Komitə yatağın işlənməsinin növbəti mərhələsi olan yeni platformanın layihəsini təsdiqləyib. 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln.barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir. Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərzində AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 mlrd. dollardan çox investisiya qoyulub. Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək.
AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir:
- BP (30.37%)
- SOCAR (25.0%)
- Chevron (9.57%)
- INPEX (9.31%)
- Equinor (7.27%)
- ExxonMobil (6.79%)
- TPAO (5.73%)
- ITOCHU (3.65%)
- ONGC Videsh Limited (OVL) (2.31%)[4]
2019-cu ilin noyabr ayında Macarıstanın MOL şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac kəməri — Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində pay almaq üçün saziş imzalayıb. "MOL Group" ABŞ-nin "Chevron" şirlətinin AÇG-dəki 9,57% və BTC-dəki 8,9%-lik payını almaq üçün razılaşıb. Müqavilənin dəyəri 1,57 mlrd. ABŞ dolları təşkil edir. Sövdələşmənin başa çatması ilə MOL AÇG-nin üçüncvü ən böyük tərəfdaşı olacaq.[5]
Hasilat
redaktəmln. ton[6] | |
---|---|
1997-ci ildə hasilatın başlandığı vaxtdan 2012-ci il avqustun sonunadək AÇG-dən – 280.1 milyon ton (2 milyard 067,7 milyon barel) neft hasil edilib. 2011-ci ilin sonunadək AÇG layihəsinə ümumilikdə 27 milyard dollardan artıq sərmayə qoyulub. AÇG-də mənfəət neftinin satışından ARDNF-ə vəsait 2001-ci ildən daxil olur.[13] Təkcə 2008-ci ildə Azərbaycan AÇG layihəsindən təqribən $14.4 milyard gəlir əldə edib. Bütövlükdə isə 1999-cu ilin dekabrından 2009-cu ilin iyuluna qədər AÇG-dən Azərbaycan Dövlət Neft Fonduna $23 milyard daxil olub. 2007-ci ildə BP-nin dünyadakı ən böyük 10 hasilat quyusundan 4-ü, 2008-ci ildə isə BP-nin dünyadakı ən böyük 15 hasilat quyusundan 3-ü və 2011-ci ildə ən böyük 20 hasilat quyusundan 5-I AÇG yatağında olub. AÇG layihəsi çərçivəsində — 1 platforma (Çıraq-1) modernləşdirilib və 6 yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri tikilib və Xəzərin dibində çox mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi yaradılıb. Çıraq Neft Layihəsi (ÇNL) ilə bağlı tikinti işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib və ümumilikdə iş həcminin 73,1%-i artıq tamamlanıb. Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq Qərbi Çıraq platformasının quraşdırma işləri 100% ölkə daxilində həyata keçirilir. AÇG yatağında indiyədək 86 quyu qazılıb.[14]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azəri-Çıraq-Günəşli Lahiyəsinin Tarixi (1994-2006)". Azerbaijan International. 2006. 2010-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-25.
- ↑ "AÇG "ailəsində" artım gözlənilir — bp.com saytı". 2012-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-03.
- ↑ "Azəri-Çıraq-Günəşli". 2010-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-13.
- ↑ "AÇG-nin yeni platformasının investisiya qərarı qəbul olunub". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ "Macarıstan şirkəti "Chevron"un AÇG və BTC-dəki payını alıb". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-04.
- ↑ Чемпион теряет форму Arxiv surəti 10 iyun 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine
- ↑ Затраты на разработку блока АЧГ в Азербайджане в 2012 г выросли на 23,3%, до $3,22 млрд. [ölü keçid]
- ↑ "В 2013 году с «Азери-Чираг-Гюнешли» добыто 32,2 млн. тонн нефти". 2014-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ "В 2014 году добыча нефти с Азери-Чираг-Гюнешли снизилась на 2,2%". 2015-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ "В 2016 году добыча нефти с блока «Азери-Чираг-Гюнешли» на Каспии незначительно снизилась". 2017-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ "Добыча нефти на блоке АЧГ в 2017г сократилась на 7%". 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ Turan. "Добыча нефти на блоке АЧГ в 2018г сократилась на 0,6%". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- ↑ "ARDNF bu il AÇG-dən 2,2 milyard dollar gəlir əldə edib". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
- ↑ ""Azəri-Çıraq-Günəşli" layihəsi barədə mühüm faktlar açıqlandı". 2013-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.