Baki Tramvayi - Wikipedia
Bakı tramvayı — Azərbaycanın paytaxtı Bakı şəhərində 1924–2004-cü illərdə fəaliyyət göstərən ictimai nəqliyyat növü.
Bakı tramvayı | |
---|---|
| |
Tramvay sistemi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Sistemin tipi | sərnişin |
Açılış tarixi |
1889 Bakı konkası 8 fevral 1924 Elektrikli tramvay |
Bağlanma tarixi | 2004 |
Marşrutların sayı | 6 |
Tramvay parklarının sayı | 1 |
Dəmir yolunun eni | 1.524 mm |
Qida növü | hava əlaqə məftili ilə elektrik |
Kontakt şəbəkəsinin gərginliyi | 600 V |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ictimai nəqliyyat növünün inklişafına tələbat yaratdı. 1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda "konka" (polad rels xəttiylə işləyən fayton) tikilmişdi. Lakin nə faytonlar, nə də konka neft paytaxtının tələbatını ödəmirdi.
1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə Şəhər Dumasına təklif gəldi. Bu təklifin reallaşması 20 il ləngiyirdi. Nəhayət, 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bildi. Şəhərdə tramvay xətlərinin tikintisinə başlandı. Əvvəl lazımi vəsait olmadığından, relslər Rusiyanın bir neçə zavodunda sifariş olundu.
Şəhərdə ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi.
Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub. Xatirələrində yazır ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib. Əgər 1920-ci ildə "konka" 9,9 milyon sərnişin aparırdısa, 1925–26-cı ildə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşıyırdı. 1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında trolleybus xətti salındı, 1960-cı ildən tramvay parkının nəzdində funikulyor fəaliyyətə başladı. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı.[1]
2012-ci ilin fevral ayında Azərbaycan Hökuməti, Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb. "Ağ Şəhər" layihəsi reallaşdıqdan sonra tramvay xətti bərpa ediləcək. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir.[2]
Marşrutlar (1980-ci illərin sonuna)
redaktə- Şah İsmayıl Xətai (keçmiş Stepan Şaumyan) — Dəmiryolu vağzalı — Ceyhun Hacıbəyli küçəsi (köhnə Fabrisius) — Sahib Zeynalov küçəsi (keçmiş Mir-Qasımov) — Ceyhun Səlimov küçəsi (keçmiş Papanin küçəsi) — keçmiş Tağızadə küçəsi (1,5-ci mkr)
- Şah İsmayıl Xətai (keçmiş Stepan Şaumyan) — Dəmiryolu vağzalı — Ceyhun Hacıbəyli küçəsi (köhnə Fabrisius) — Həsən Əliyev küçəsi (keçmiş İnqilab) — Təbriz küçəsi (keçmiş Çapayev) — Şah İsmayıl Xətai (keçmiş Stepan Şaumyan) (dairəsi xətt)
- Şah İsmayıl Xətai (keçmiş Stepan Şaumyan) — 8 noyabr prospekti (keçmiş Fəhlə prospekti) -NZS qəsəbəsi — 8-ci km qəsəbəsi — keçmiş Çernişevski küçəsi (8-ci km)
- Şah İsmayıl Xətai (keçmiş Stepan Şaumyan) — 8 noyabr prospekti (keçmiş Fəhlə prospekti) — Zığ limanı
- Keçmiş Vorovski qəsəbəsi — 3-cü mikrorayon — keçmiş Salam Adil küçəsi — Ceyhun Səlimov küçəsi (keçmiş Papanin küçəsi) — Sahib Zeynalov küçəsi (keçmiş Mir-Qasımov) — Həsən Əliyev küçəsi (keçmiş İnqilab) — Ağa Nemətulla küçəsi — Keçmiş Çaykovski küçəsi (Montin bazarı)
- Şah İsmayıl Xətai (keçmiş Stepan Şaumyan) — Dəmiryolu vağzalı — Təbriz küçəsi (keçmiş Çapayev) — Keçmiş Çaykovski küçəsi (Montin bazarı)
- Şah İsmayıl Xətai (keçmiş Stepan Şaumyan) — Dəmiryolu vağzalı — Təbriz küçəsi (keçmiş Çapayev) — Həsən Əliyev küçəsi (keçmiş İnqilab) — Ceyhun Hacıbəyli küçəsi (keçmiş Fabrisius) — Dəmiryolu vağzalı — Şah İsmayıl Xətai (keçmiş Stepan Şaumyan) (dairəsi xətt)
İstinadlar
redaktə- ↑ "Bakı tramvayı". 2021-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-14.
- ↑ "Tramvay Bakıya qayıdır". 2014-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-27.