Emin Sabitoglu - Wikipedia
Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937, Bakı – 18 noyabr 2000, Bakı) — Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000). Bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarıdır.
Emin Sabitoğlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Emin Sabit oğlu Mahmudov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyat yoldaşı | |
Uşağı | |
Atası | Sabit Rəhman |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəEmin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub[1]. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956–1961).
Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.
Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.
Fəaliyyəti
redaktə1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq hələ də əsərləri ilə yaddaşlarda qalıb.
Təltif və mükafatları
redaktə- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 iyun 1978
- Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filminin bəstəkarlığına görə)
- Lenin komsomolu mükafatı — 1968
- "Şöhrət" ordeni — 12 dekabr 1997
- Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı — 2001
Xatirəsi
redaktə5 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].
2022-ci ildə bəstəkarın 85 illik yubileyi Vyanada qeyd olunmuşdur[3].
Filmoqrafiya
redaktəSəs operatoru kimi
- Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film)
Musiqi tərtibatçısı kimi
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film)
- Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film)
- Paltar fabriki (film, 1962) (qısametrajlı sənədli film)
- Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film)
- Sabahın xeyir, Bakı! (film, 1964) (qısametrajlı sənədli film)
- Böyük bostan (film, 1965) (qısametrajlı sənədli film)
- Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film)
- Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film)
Bəstəkar kimi
- Azərbaycanın subtropiklərində (film, 1963) (qısametrajlı sənədli film)
- Kür (film, 1963) (qısametrajlı sənədli film)
- Yollar və küçələrlə (film, 1963) (qısametrajlı sənədli film)
- Dağ meşəsindən keçərkən… (film, 1964) (qısametrajlı bədii film)
- Dəniz (film, 1965) (qısametrajlı sənədli film)
- Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film)
- Azəri teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film)
- Dostların ölkəsində (film, 1966) (qısametrajlı sənədli film)
- O geri çəkilməlidir (film, 1966) (qısametrajlı sənədli film)
- Salam, Azərbaycan! (film, 1966) (qısametrajlı sənədli film)
- Səməd Vurğun (film, 1966) (qısametrajlı sənədli film)
- Azərbaycan çayı (film, 1967) (qısametrajlı sənədli film)
- Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film)
- Poçt qutusu (film, 1967) (qısametrajlı bədii film)
- Sahil bağı (film, 1967) (qısametrajlı bədii film)
- Bizim Cəbiş müəllim (film, 1969) (tammetrajlı bədii film)
- Çiçək yağışı (film, 1971) (qısametrajlı sənədli film)
- Gün keçdi (film, 1971) (tammetrajlı bədii film)
- Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film)
- Qeyri-adi ov (film, 1974) (qısametrajlı sənədli film)
- Dədə Qorqud (film, 1975) (tammetrajlı bədii film)
- Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film)
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)
- Bayquş gələndə... (film, 1978) (tammetrajlı bədii film)
- Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film)
- Od içində (film, 1978) (tammetrajlı bədii film)
- Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film)
- İstintaq (film, 1979) (tammetrajlı bədii film)
- Onun bəlalı sevgisi (film, 1980) (tammetrajlı bədii film)
- Bağlı qapı (film, 1981) (tammetrajlı bədii film)
- Evləri köndələn yar (film, 1982) (televiziya tamaşası)
- Park (film, 1983) (tammetrajlı bədii film)
- Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film)
- Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film)
- Özgə ömür (film, 1987) (tammetrajlı bədii film)
- Yaramaz (film, 1988) (tammetrajlı bədii film)
- Gülüş sanatoriyası (film, 1989) (televiziya tamaşası)
- Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film)
- Balıqların harayı (film, 1990) (qısametrajlı sənədli film)
- Qətldən yeddi gün sonra (film, 1991) (tammetrajlı bədii film)
- Mənim çörəkli dünyam (film, 1991) (qısametrajlı sənədli film)
- Təhminə (film, 1993) (tammetrajlı bədii film)
- Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film)
- Otel otağı (film, 1998) (tammetrajlı bədii film)
Əsərlərindən istifadə olunan filmlər
- Oxuyur Şövkət Ələkbərova (film, 1970) (qısametrajlı sənədli televiziya film-konserti)
- Payız melodiyaları (film, 1974) (tammetrajlı sənədli televiziya film-konserti)
- Azərbaycan elləri (film, 1976) (qısametrajlı sənədli televiziya film-konserti)
- De ki, məni sevirsən! (film, 1977) (tammetrajlı bədii film)
- Nəğməkar torpaq (film, 1981) (tammetrajlı musiqili film)
- Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film)
- Dairə (film, 1989) (qısametrajlı bədii film)
- Qayıdış (film, 1992) (qısametrajlı sənədli film)
- Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
- Evləri göydələn yar (film, 2010) (tammetrajlı bədii film)
- Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film)
- Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film)
İştirak etdiyi filmlər
- Aktrisanın təbəssümü (film, 1974) (tammetrajlı bədii-sənədli film)
- Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film)
Aktyor kimi
- Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film)
- Özgə ömür (film, 1987) (tammetrajlı bədii film)
- Təhminə (film, 1993) (tammetrajlı bədii film)
Haqqında çəkilən film
- Gün keçdi (film, 2012) (qısametrajlı sənədli film)
İstinadlar
redaktə- ↑ "Kayzen.az – Böyük musiqiçilər: Emin Sabitoğlu -kinonun ruhunu duyan bəstəkar". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-08.
- ↑ president.az. ""Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin [[5 avqust]] [[2017-ci il]] tarixli, 3143 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 05.08.2017. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.
- ↑ AzərTAc. "Vyanada Tofiq Quliyev və Emin Sabitoğlunun xatirə konserti keçirilib" (az.). Youtube.com. 30.11.2022. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
Mənbə
redaktə- "Bu dənizin gözü yaşlı sənsiz…" //Xalq.- 2002.- 26 noyabr.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
Xarici keçidlər
redaktə- İlhamə Quliyeva — Çiçək yağışı — sözləri: Vaqif Səmədoğlu
- Mirzə Babayev — Düşüsən yadıma yağanda yağışlar — Vaqif Səmədoğlu
- Yalçın Rzazadə — "Gün keçdi" filmindən bayatılar — sözləri: xalq bayatıları
- Mirzə Babayev — Kəpənək sözləri: Bəxtiyar Vahabzadə
- Zeynəb Xanlarova — Əsir payız küləyi (Köçür durna qatarı) — sözləri: Bəxtiyar Vahabzadə
- Zeynəb Xanlarova — Necəsən? — sözləri: Rüfət Əhmədzadə
- Zeynəb Xanlarova — Gözəldir — sözləri: İbrahim Kəbirli
- Zeynəb Xanlarova — Gözümdə Leylisən — sözləri: Rüfət Əhmədzadə
- Flora Kərimova — Belə ola həmişə — sözləri: Əliağa Kürçaylı
- Flora Kərimova — "Bağışla" ("Onun bəlalı sevgisi" filmindən — sözləri: Ramiz Rövşən
- Akif İslamzadə — Alagözlüm (Neyləyim?) — sözləri: Nigar Rəfibəyli
- Hüseyn Bakılı — Payız gəldi — sözləri: Fikrət Qoca
- Rafiq Babayev — Əlvida — sözləri: Anar
- Anatollu Qəniyev — Balıqçılar mahnısı — sözləri: Rəfiq Zəka
- Hüseynağa Hadıyev — Bu gecə — sözləri: Zeynal Xəlil
- Hüseynağa Hadıyev — Nə gözəldir Azərbaycan — sözləri: İbrahim Kəbirli
- Hüseynağa Hadıyev — Sən olmuşam — sözləri: Gəray Fəzli
- Elmira Rəhimova — Mavidir — sözləri: Nəbi Xəzri
- Şövkət Ələkbərova — Dərələr — sözləri: Nəbi Xəzri
- Şövkət Ələkbərova — Ağ çiçək — sözləri: Nəbi Xəzri
- Gülağa Məmmədov — Bizim Lənkəran — sözləri:
- Azər Zeynalov — Şükriyyə — sözləri: Əhməd Cavad
- "Dədə Qorqud" filmindən Qıpçaq Məliyin evində rəqs
- "Musiqi xəzinəsi" verilişi. Eldar Mansurov, Vaqif Səmədoğlu və bəstəkarın qızı Ceyran Mahmudova Emin Sabitoğlunun yaradıcılığı haqqda danışırlar: I hissə, II hissə, III hissə
- Emin Sabitoğlunun doğum günüdür
- "Nəğməli könül" tamaşası