Zabitler Parki - Wikipedia
Zabitlər parkı – Azərbaycanın paytaxtı Bakı şəhərində, Nəsimi rayonunda yerləşən park. Sahəsi 4 hektardır.
Zabitlər parkı | |
---|---|
Məlumatlar | |
Parkın tipi | park |
Yerləşməsi | Səməd Vurğun küçəsi 77, Nəsimi, Bakı, Azərbaycan |
Koordinatları | 40°23′07″ şm. e. 49°50′11″ ş. u.HGYO |
Sahəsi | 4 ha |
Yaradılıb | 2011 (yenidən) |
Tarix
redaktəŞəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib. 2009-cu ildə parkda abadlaşdırma işlərinə başlanılıb[1] və Zabitlər parkı 16 mart 2011-ci ildə yenidən açılıb.[2] Yenidən açılışında İlham Əliyev və Mehriban Əliyeva iştirak edib.[1]
Xüsusiyyətlər
redaktəBəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub: fikrə dalan və gedişini planlaşdıran şahmatçı, çayxana girişində gülərüz çayçı və s. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf heykəli, bir az aralıda çiçək satan qız heykəli yerləşir.[2]
Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var.[2] Parkda pulsuz Wi-Fi şəbəkəsi quraşdırılıb.[3]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "İlham Əliyev Bakıda Zabitlər parkının açılış mərasimində iştirak etmişdir". President.az (az.). 16 mart 2011. 2018-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.
- ↑ 1 2 3 "Bakının 12 əfsanəvi parkı". Azertag (az.). 28 iyun 2016. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.
- ↑ "Bakıda pulsuz "Wi-Fi" şəbəkəsinə daha bir park qoşuldu". Fins.az (az.). 1 noyabr 2017. 2017-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.