Zire Fk - Wikipedia
Zirə FK — Bakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 2 dəfə — 2015/16, 2023/24 mövsümlərində Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.
Zirə FK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Zirə futbol klubu | |||
Ölkə | Azərbaycan | |||
Ləqəb(lər) | "Qartallar" | |||
Rəng(lər) | mavi, göy | |||
Yaranma tarixi | 28 iyul 2014 | |||
Stadionu | Zirə İdman Kompleksi[1] | |||
Tutumu | 1 500 | |||
Prezidenti | Taleh Nəsibov | |||
Baş məşqçisi | Rəşad Sadıqov | |||
Liqa | Azərbaycan Premyer Liqası | |||
2023-2024 | 2. | |||
| ||||
Rəsmi saytı |
Stadionu
redaktəZirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir.[1] Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb.
Avrokuboklarda
redaktə"Zirə" PFK tarixi ərzində 3 dəfə avrokuboklarda iştirak edib. Komanda 2017/18 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edib. "Qartallar" ilk mərhələdə Luksemburqun "Differdanj" komandasını mübarizədən kənralaşdırsa da, 2-ci mərhələdə Rumıniyanın "Astra" komandasına iki oyunun nəticəsinə görə məğlub olub. "Zirə"nin hücumçusu Riçard Qadze isə komandanın avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.
Klub, növbəti dəfə Avrokuboklara 2021/2022-ci il sezonunda vəsiqə qazanmışdır. Həmin mövsümdə komanda, Azərbaycan Premyer Liqasının üçüncü yerinin sahibi kimi buna nail olmuşdur. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulan Bakının "Zirə FK"-u, bu mərhələdə İsrailin tanınmış klubu olan "Makkabi Təl-Əviv" kollektivi ilə üz-üzə gəldi. Bakıda keçirilən ilk oyunda rəqib komanda 0–3 hesabı ilə qələbə qazandı. 1 həftə sonra İsraildə keçirilən oyunda isə qapılara qol vurulmadı 0–0.
- I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi
- I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ
- s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına
29 avqust 2024-cü il tarixində olan məlumat:
Mövsüm | Turnir | Mərhələ | Rəqib | Ev | Səfər | Nəticə | |
---|---|---|---|---|---|---|---|
2017–18 | UEFA Avropa Liqası | I təsnifat mərhələsi | Differdanj 03 | 2–1 | 2–0 | 4–1 | |
II təsnifat mərhələsi | Astra | 0–0 | 1–3 | 1–3 | |||
2022–23 | UEFA Konfrans Liqası | II təsnifat mərhələsi | Makkabi Təl-Əviv | 0-3 | 0-0 | 0–3 | |
2024–25 | UEFA Avropa Liqası | I təsnifat mərhələsi | Şerif | 1-2 | 1-0 | 2-2 (p. 4-5) | |
UEFA Konfrans Liqası | II təsnifat mərhələsi | DAK 1904 | 4-0 | 2-1 | 6-1 | ||
III təsnifat mərhələsi | Osiyek | 2-2 | 1-1 | 3-3 (p. 2-1) | |||
Pleyoff | Omoniya | 1-0 | 0-6 | 1-6 |
Yarışlara görə
redaktə- O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti
29 avqust 2024-cü il tarixinə olan məlumat:
Sıra | Turnir | O | Q | H | M | Qollar |
---|---|---|---|---|---|---|
1 | UEFA Çempionlar Liqası | 0 | 0 | 0 | 0 | 0–0 |
2 | UEFA Kuboku / UEFA Avropa Liqası | 6 | 3 | 1 | 2 | 7–6 |
3 | UEFA Konfrans Liqası | 8 | 3 | 4 | 1 | 10–13 |
4 | UEFA Kuboklar Kuboku | 0 | 0 | 0 | 0 | 0–0 |
5 | UEFA İntertoto Kuboku | 0 | 0 | 0 | 0 | 0–0 |
- | Cəmi | 14 | 6 | 4 | 4 | 17–19 |
Liqa və kuboklarda
redaktəAzərbaycan Premyer Liqasında
Gümüş medal (2) — 2015/2016, 2023/2024 Bürünc medal (1) — 2021/2022
Azərbaycan Kuboku
Heyəti
redaktə1 iyul 2024-cü il tarixində yenilənib.[2]
|
|
Baş məşqçi: Rəşad Sadıqov
Statistik məlumatlar
redaktəQalın şriftlə adları yazılanlar Zirənin cari futbolçularını göstərirlər.
Ən çox oyun keçirən futbolçular
redaktə- 1 avqust 2024 tarixində yenilənib
Ad | İllər | Liqa | Azərbaycan Kuboku | Qitə | Cəmi | |
---|---|---|---|---|---|---|
1 | İlkin Muradov | 2015–2024 | 134 (3) | 22 (2) | 2 (0) | 158 (5) |
2 | Qismət Alıyev | 2020–h.h | 117 (10) | 17 (0) | 6 (1) | 140 (11) |
3 | Dimitrios Çantakias | 2020–2024 | 108 (6) | 17 (1) | 2 (0) | 127 (7) |
4 | Təmkin Xəlilzadə | 2015–2018 2021–2022 |
103 (8) | 12 (0) | 4 (0) | 119 (8) |
5 | Hacıağa Hacılı | 2020–h.h | 88 (0) | 13 (0) | 6 (0) | 107 (0) |
6 | Adil Nağıyev | 2015 2015–2019 |
96 (6) | 7 (2) | 2 (0) | 105 (8) |
7 | Vüqar Mustafayev | 2016–2019 | 79 (1) | 9 (0) | 3 (0) | 91 (1) |
8 | Viktor İqbekoyi | 2015–2018 | 81 (5) | 5 (0) | 3 (0) | 89 (5) |
9 | Anar Nəzirov | 2015–2019 | 83 (0) | 1 (0) | 4 (0) | 88 (0) |
10 | Yovan Krneta | 2015–2018 | 76 (6) | 6 (0) | 3 (0) | 85 (6) |
Ən çox qol vuran futbolçular
redaktə- 29 avqust 2024 tarixində yenilənib
Ad | İllər | Liqa | Azərbaycan Kuboku | Qitə | Cəmi | |
---|---|---|---|---|---|---|
1 | Davit Volkov | 2020–2022 2024–h.h |
26 (61) | 2 (10) | 4 (8) | 32 (81) |
2 | Nelson Bonilla | 2015–2016 | 14 (29) | 3 (2) | 0 (0) | 17 (31) |
3 | Rafael Utziq | 2024–h.h | 8 (17) | 3 (5) | 5 (8) | 16 (35) |
4 | Xulio Sezar Rodrigez | 2019 | 12 (23) | 3 (5) | 0 (0) | 15 (28) |
4 | Riçard Qadze | 2017–2018 2019-2020 |
13 (46) | 0 (4) | 2 (4) | 15 (54) |
4 | Hamidu Keyta | 2022–2023 | 13 (46) | 2 (6) | 0 (2) | 15 (54) |
7 | Ağabala Ramazanov | 2020–2022 | 12 (47) | 1 (4) | - (-) | 13 (51) |
8 | Rəhim Sadıxov | 2022–2024 | 10 (70) | 2 (9) | 0 (2) | 12 (81) |
8 | Qismət Alıyev | 2020–h.h | 10 (119) | 0 (17) | 2 (10) | 12 (148) |
10 | Milan Duriç | 2016–2018 | 8 (47) | 1 (5) | 0 (4) | 9 (56) |
11 | Vüsal İsgəndərli | 2015–2019 | 6 (60) | 2 (9) | 0 (0) | 8 (69) |
11 | Adil Nağıyev | 2015 2015–2019 |
6 (96) | 2 (7) | 0 (2) | 8 (105) |
11 | Təmkin Xəlilzadə | 2015–2018 2021–2022 |
8 (103) | 0 (12) | 0 (4) | 8 (119) |
11 | Loris Broqno | 2021–2023 | 6 (50) | 2 (6) | 0 (2) | 8 (58) |
Məşqçi | Çalışdığı müddət aralığı | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|
I divizion | |||||||||
Bəhram Şahquliyev | 22 | 13 | 5 | 4 | 36 | - | 12 | 44 | 28.07.2014–05.04.2015 |
Premyer Liqa | |||||||||
Adil Şükürov | 65 | 30 | 15 | 20 | 79 | - | 66 | 105 | 07.04.2015–27.12.2016 |
Ayxan Abbasov | 51 | 22 | 16 | 13 | 62 | - | 51 | 82 | 27.12.2016–29.08.2018 |
Samir Abasov | 37 | 12 | 10 | 15 | 41 | - | 47 | 46 | 29.08.2018–08.10.2019 |
Zaur Həşimov | 16 | 6 | 4 | 6 | 24 | - | 28 | 22 | 09.10.2019–30.06.2020 |
Rəşad Sadıqov | 33 | 11 | 15 | 7 | 37 | - | 32 | 48 | 17.07.2020 — |
İstinadlar
redaktə- ↑ 1 2 Elgiz, Abbasov. "Böyük futbol Zirədə: "Məqsəd - peşəkar komanda formalaşdırmaqdır"". pfl.az. 2014-09-08. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.
- ↑ globalsoft. "Team". ZirePFC (az.). 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
Xarici keçidlər
redaktə- Zirə FK Rəsmi sayti (az.)