Kicik Zire - Wikipedia
Daş Zirə və ya Daş adası[1] — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada.
Daş Zirə | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 0.1 km² |
Uzunluğu | 0,7 km |
Eni | 0,1 km |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
40°17′27″ şm. e. 49°58′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Daş Zirə |
Tarixi
redaktə1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir.
Flora-Faunası
redaktəAdada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu). Sularında nərəkimilərlə zəngindir. Ekoloji vəziyyət neft cirklənməsilə əlaqədar gərgindir.