Park Bulvar - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Park Bulvar — Bakı bulvarında yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. Mərkəz Baku Plaza Ltd tərəfindən 41.5 milyon dollara 7.500 kvadrat metrlik ərazidə tikilib. Park Bulvar Bakı metropoliteninin sahil stansiyasının yaxınlığında, Hökumət Evi ilə üzbəüz yerləşir. Ümumi ərazisi 17.000 kvadrat metr təşkil edir. 550 yerlik dayanacaq yeri var[2]. Mərkəzdə 99 mağaza fəaliyyət göstərir. Hər birinin ərazisi 50 kvadrat metrdən 370 kvadrat metrə qədər dəyişir. Burada eləcə də 1207 kvadrat metr ərazisi olan supermarket, 6 kinoteatr, planetarium, 3D kinotetr, Happy Land uşaq meydançası, foto studiya, Bakı körfəzinə baxan restoranlar, boulinq və digər obyektlər yerləşir. 3-cü və 4-cü mərtəbələrdə Türk, Rus, İtalyan, Çin, Meksika və Azərbaycan mətbəxindən olan təamları təklif edən restoranlar yerləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ticarət mərkəzinin açılışında iştirak etmişdir. Park Bulvar 700 nəfəri işlə təmin edir[1]
Park Bulvar | |
---|---|
40°22′15″ şm. e. 49°50′59″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Tikilmə tarixi | 20 iyul 2010[1] |
Mərtəbə sayı | 6 mərtəbə |
Aidiyyatı | Baku Plaza Ltd |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas mağazalar
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "İlham Əliyev "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılışında iştirak etmişdir". www.president.az. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-12.
- ↑ Evgrashina, Lada; Antidze, Margarita. "Park Bulvar". www.neharada.com. 2012-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-12.
Xarici keçidlər
redaktə- parkbulvar.az — Rəsmi saytı