Pirallahi - Wikipedia
Pirallahı (əvvəlki adı: Artyom) — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Artyom qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Artyom şəhər tipli qəsəbə Pirallahı şəhər tipli qəsəbə, Artyom qəsəbə inzibati-ərazi vahidi Pirallahı qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır.[3] Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Pirallahı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Pirallahı qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Pirallahı qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.[4]
Pirallahı | |
---|---|
40°28′15″ şm. e. 50°19′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPirallahı Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan və Bakı şəhərinin Pirallahı rayonu ərazisində yerləşən ən böyük adadır.
Əvvəlcə Pirallahının adı rus dilinə tərcümə olunaraq ("bojya svyatınya") "Svyatoy" formasını almışdır. 1936-cı ildə ada inqilabçı F. A. Sergeyevin gizli partiya ləqəbinin şərəfinə "Artyom adası" adlandırılmışdır.
1990-cı ildə rəsmən köhnə adı bərpa edilmişdir.
Coğrafiyası və iqlimi
redaktəPirallahı adası Abşeron yarımadasından şərqdə Xəzər dənizində ən böyük adalardan biridir. Adanın sahəsi 17,56 (1755,49 ha) km2, uzunluğu 12 km, eni 0.2 km-dən 4 km-ə qədərdir.
Pirallahı adasında yeni neft yataqlarının istismara başlanması, 2-ci dünya müharibəsi illərinə təsadüf edir. Neftə daha çox ehtiyac olduğu nəzərə alınaraq Pirallahı adasına dövlət səviyyəsində maraq daha da artır.
1939-cu ildə Azərneftyağ sənaye Nazirliyi tərəfindən Moskva şəhərində "Damba" körpüsünün tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahillə birləşdirən körpünün tikintisi 1941-ci ildə başlanmış, 1944-cü ildə başa çatmışdır.
1941-ci ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb. Bu vaxta qədər ada ilə sahil arasında gəmi və katerlərdən istifadə olunub.
Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan vermişdir ki, adada yeni obyeklərin tikintisi aparılsın, yaşayış evləri salınsın.
Çilov — Xəzər dənizinin Abşeron körfəzində eyni adlı arxipelaqa aid olan adadır. Adanın sahəsi 11,4 (1100,40 ha) km-dir. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis (fars adıdır) adlanıb.
Neft Daşları -dünyanda ilk neft platformasıdır. Sahəsi 600,0 ha təşkil edir . Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.
1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Hələ XIX əsrin əvvələrində (1798–1830-cu illər) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı.
Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə başlamışdır. Bu yataqlar şərti olaraq, dəniz yataqları adlandırıla bilər, çünki onlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur.
Əhalisi
redaktəƏhalisi 21302 nəfərdir.
Yerli əhali əsasən azərbaycanlılar olsa da, burada ləzgi, tatar, rus, avar, və başqa xalqların nümayəndələri də yaşayır. Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və məcburi köçkün düşmüş 232 ailə-884 nəfər soydaşımız hazırda rayonun pansionat, sanatoriya və uşaq düşərgələrində, bağ sahələrində məskunlaşmışlar.
İstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://web.archive.org/web/20110930003927/http://azizbeyov-ih.gov.az/ru.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı". 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası. Bakı: 2007, səh. 39.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |