Qara Su - Wikipedia
Qara Su — Xəzər dənizində, Bakı arxipelaqında[1] Azərbaycana məxsus ada.
Qara Su adası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 25 ± 1 m |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
39°50′00″ şm. e. 49°32′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
Ümumi məlumat
redaktəMəskunlaşma yoxdur. Qara su vulkan-tektonik məşəllidir. Adanın uzunluğu 900 m, eni isə 600 metr təşkil edir. Sahildən 8 km aralıdır. Bakı arxipelaqında ən iri vulkan məşəlli adadır. Qarasu adası palçıq vulkanında XIX əsrin ikinci yarısında 1876-cı cı ilin fevral, mart aylarında iki püskürmə baş verir. Bu, vulkanın insanların hafizəsində qalan ilk püüskürmə olur. 1977-ci ildə aprel ayında ən intensiv və uzun müddətli (2 gün) püskürmə olub.
Ada qaz, su, neft pərdəcikli lilli su verən coxlu sayda qrifon və salzalar vardır. Torpaqları əsasən palcıq, lil, qum və gil məhlulunun vulkan vasitəsilə səthə çıxaraq bəkiməsi nəticəsində əmələ gəlib. Sahil sularında yosunlar vardır. Dəniz quşları, Xəzər suitisi adaya qonaq olurlar. Sahil sularında Xəzər dənizinə xas balıqlar var.
Etimalogiyası
redaktəAdanın belə adlanması vulkan püskürməsi ilə adada əmələ gələn lil və gilli sudan qaynaqlanır. Ruslar adaya Los (Sığın) adını vermişlər. Səbəb isə adanın yuxarı hissələrinin yüksək, cənuba dogru isə alcaq olması kazaklara sığının kürəyini xatırladırmış.
İstinadlar
redaktə- ↑ "General information". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.