Baki Telequllesi - Wikipedia
Bakı Televiziya Qülləsi — 1996-cı ildə Bakı şəhərində inşası yekunlaşmış televiziya qülləsi. Qüllənin hündürlüyü 310 metrdir (Xəzər dənizi səviyyəsindən 480 metr). Bu Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 38-ci Televiziya Qülləsidir.
Bakı Televiziya Qülləsi və ya Bakı teleqülləsi | |
---|---|
Bakı Televiziya Qülləsi | |
| |
40°21′05″ şm. e. 49°49′24″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Bakı, Azərbaycan |
Tikilmə tarixi | 1979-1996 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKompleks SSRİ Nazirlər Sovetinin qərarına və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilmişdir. Tikinti işləri 1979-cu ildə başlamışdır. Layihə hesablamalarına görə tikinti işləri 1985-ci ildə tamamlanmalı idi, lakin müəyyən səbəblər üzündən tikinti işləri dayandırılmışdı. Qüllənin tikintisi yenidən 1993-cü, yəni artıq müstəqillik dövründə başlanmışdır və 1996-cı ildə kompleksin rəsmi açılışı mərasimi keçirilmişdir.[1] Ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə 2008-ci il iyul ayının 10-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq, qısa vaxt ərzində kompleksdə əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanmışdır. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunmuşdur.[1]
Fəaliyyəti
redaktəQüllədə Yaponiya istehsalı olan və hər biri 12 nəfərlik iki lift quraşdırılmışdır. Qüllənin 28-ci mərtəbəsində yerdən 180 metr hündürlükdə televiziya və radio yayım avadanlığı, 1712 kilometr uzunluğa malik RRX şəbəkəsinin baş stansiyası, mobil operatorların SDH şəbəkələri yerləşdirilmişdir. 10-cu mərtəbədə isə televiziya və radioverici-yayım avadanlığı, peyk yayımı avadanlığı, audio-video kommunikasiya qurğuları, habelə dispetçer xidməti, radio-rele kommunikasiya qurğuları və digər xidməti avadanlıq yerləşdirilmişdir.[1] Teleqüllədə 2008-ci ildə yenidənqurma işləri aparılıb, 175 metr yüksəklikdə (67-ci mərtəbədə) şəhərin mənzərəsinə baxmağa imkan verən və dövr edən restoran açılmışdır.
Görünüşü
redaktəÜmumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənmişdir. Kompleksdə yeni televiziya vericiləri quraşdırılmışdır ki, bunlar da yayımın keyfiyyətini yüksək standartlar səviyyəsinə qaldırmışdır.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "Teleradio İstehsalat Birliyi Teleqüllə". 17.05.2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2023.
Vikianbarda Bakı Televiziya Qülləsi ilə əlaqəli mediafayllar var.