Beton - Wikipedia
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir.
Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır. Müxtəlif xassəli dolduruculardan istifadə edərək, öz fiziki-mexaniki göstəricilərinə görə fərqlənən beton növləri (yüngül, ağır, odadavamlı və s.) almaq olar. Beləliklə, bərkiməsindən əvvəl beton səmərəli şəkildə seçilmiş və əsaslı qarışdırılmış mineral yapışdırıcı (sement), su, doldurucu, və, lazım olduqda, plastifikator və bərkimənin sürətləndiriciləri kimi xüsusi əlavələrdən ibarət beton qarışığıdır. Hər hansı digər maddə kimi, beton qarışığı istehsal olunan betonun keyfiyyət və xüsusiyyətlərini qabaqcadan müəyyən edən müxtəlif kimyəvi və fiziki-kimyəvi xassələrə malikdir.[1]
Vibropresləmə — yarım quru (bərk) beton qarışığın sıxlaşdırılması üsuludur: press-qəlibdə beton aşağıdan titrəməyə məruz qalaraq eyni zamanda üstdən sıxlaşdırılır. Olduqca məhsuldar olan bu üsul avtomatlaşmanın yüksək dərəcəsini nəzərdə tutur, həmçinin bərk beton qarışığından istifadə etmək imkanını yaradır, və bu da beton məhsulların yüksək möhkəmlik və şaxtaya davamlılığını təmin edir.
Beton və dəmir-beton konstruksiyalara dair ümumi tələblər
redaktəBeton və dəmir-beton konstruksiyaların bütün növləri təhlükəsizlik, istismara yararlılıq, uzunömürlülük və həmçinin layihələndirmə tapşırığında göstərilən əlavə tələbləri təmin etməlidir.
Təhlükəsizlik tələblərinin təmin edilməsi üçün konstruksiyalar elə ilkin xarakteristikalara malik olmalıdırlar ki, bina və qurğuların tikintisi və istismarı prosesində müxtəlif hesablama təsirlərindən, insanların sağlamlığına, əmlak və həyatlarına, habelə ətraf mühitə, heyvan və bitki aləminə ziyan verə biləcək hər hansı xarakterli dağılmalar və ya istismara yararlılığın pozulması halları baş verməsin.
İstismara yararlılıq tələblərinin təmin edilməsi üçün konstruksiyalar elə ilkin xarakteristikalara malik olmalıdır ki, müxtəlif hesablama təsirlərindən konstruksiyalarda çatların əmələ gəlməsi və ya çatların həddindən artıq açılması, həmçinin çox böyük yerdəyişmələr, rəqslər və normal istismarı çətinləşdirən başqa zədələnmələrin (konstruksiyanın xarici görünüşünə olan tələblər, avadanlıq, mexanizmlərin normal işləməsinə texnoloji tələblər, elementlərin birlikdə işləməsinə konstruktiv tələblər və layihələndirmədə nəzərdə tutulan digər tələblərin pozulması) yaranması baş verməsin.
Konstruksiyalar lazım olan hallarda istilik mühafizə, səs-izolyasiya, bioloji müdafiə və başqa tələbləri təmin edən xassələrə malik olmalıdır.
Çatların əmələ gəlməməsinə görə tələblər dəmir-beton konstuksiyalarının kəsiyi tam dartıldıqda sukeçirməzlik (maye və ya qazların təzyiqi altında olduqda, radiasiya təsirinə məruz qaldiqda və s.), uzunömürlülük üzrə yüksək səviyyəli tələblərə cavab verən unikal konstruksiyalara, həmçinin güclü aqressiv mühitdə istismar olunan konstruksiyalara aid edilir (TNvəQ 2.03.11).
Digər dəmir-beton konstruksiyalarda çatların əmələ gəlməsinə yol verilir və onlara çatların eninin məhdudlaşdırılması şərtləri şamil olunur.
Uzunömürlülüyə görə tələblərinin təmin edilməsi üçün konstruksiya elə ilkin xarakteristikalara malik olmalıdır ki, təyin olunmuş uzun müddət ərzində konstruksiyanın həndəsi xarakteristikalarına və materialların mexaniki xarakteristikalarına müxtəlif hesablama təsirləri (yükün uzunmüddətli təsirləri, əlverişsiz iqlim, texnoloji temperatur və nəmlik təsirləri, növbə ilə donma və donunu açma, aqressiv təsirlər və s.) nəzərə alınmaqla istismara yararlılıq və təhlükəsizlik tələblərini təmin etsin. Beton və dəmir-beton konstruksiyaların təhlükəsizliyi, istismara yararlılığı, uzunömürlülüyü və layihə tapşırığı ilə təyin olunan digər tələblər:
— beton və onun tərkib hissələrinə dair tələblərin;
— armatura olan tələblərin;
— konstruksiyanın hesablanmasına dair tələblərin;
— konstruktiv tələblərin;
— texnoloji tələblərin;
— istismar üzrə tələblərin yerinə yetirilməsi ilə təmin olunmalıdır.
Yük və təsirlərə, odadavamlılığın həddinə, keçirməzliyə, şaxtayadavamlılığa, həddi deformasiyanın göstəricilərinə (əyilmələrə, yerdəyişmələrə, rəqslərin amplitudlarına), havanın xarici temperatur və ətraf mühitin nisbi nəmlik göstəricilərinə, inşaat konstruksiyalarının aqressiv mühitin təsirindən mühafizəsinə aid və digər tələblər müvafiq normativ sənədlər ilə təyin olunur (AzDTN 2.3–1*, MSN 3.03–07, TNvəQ 2.01.07, TNvəQ 2.03.11, TNvəQ 2.02.01, TNvəQ 2.01.01)
Beton və dəmir-beton konstruksiyalar layihələndirilərkən konstruksiyanın etibarlılığı bina və qurğuların məsuliyyət səviyyəsi nəzərə alınmaqla yüklərin və təsirlərin hesablama qiymətlərindən, beton və armaturların (və yaxud konstruksiya poladının) hesablama xarakteristikalarından istifadə edilməsi ilə DÜİST 27751 standartına müvafiq olaraq yarım ehtimal metodu ilə müəyyən edilir.
Yük və təsirlərin normativ qiymətləri, yükə görə etibarlılıq əmsallarının qiymətləri, konstruksiyanın təyinatına görə etibarlılıq əmsalları, həmçinin yüklərin daimi və müvəqqəti (uzun-müddətli və qısamüddətli) yüklərə bölünməsi tikinti konstruksiyaları üçün müvafiq normativ sənədlərə (TNvəQ 2.01.07) müəyyən edilir.
Yük və təsirlərin hesablama qiymətləri hesablama həddi halların və hesablama vəziyyətin növündən asılı olaraq qəbul olunur.
Materialların xarakteristikalarının hesablama qiymətlərinin etibarlılıq səviyyəsi hesablama vəziyyətindən və təhlükəli həddi hallara çatma ehtimalından asılı olaraq müəyyən edilir və beton və armatura (və ya konstruksiya poladına) görə etibarlılıq əmsalı ilə tənzimlənir.
Beton və dəmir-beton konstruksiyaların hesablanması hesablama aslılığına daxil olan əsas amillərin dəyişkənliyi haqqında kifayət qədər məlumatlar olduqda, hesablamanın tam mümkünlüyü əsasında verilmiş etibarlılıq qiymətinə görə aparıla bilər.
Beton və dəmir-beton konstruksiyaların hesablamaları DÜİST 27751 standartının tələblərinə müvafiq olaraq aşağıdakı həddi hallara görə aparılmalıdır:
— Birinci qrup həddi hal — konstruksiyaların istismarını tam yararsız vəziyyətə gətirən hal;
— İkinci qrup həddi hal — konstruksiyanın normal istismar olunmasını çətinləşdirən və ya bina və qurğuların istismar müddəti ilə nisbətdə uzunömürlüyünü azaldan hal;
Hesablamalar bina və qurğuların bütün istismar müddətində etibarlılığını təmin etməlidir, həmçinin işlərin görülməsi müddətində onlara göstərilən tələblərə müvafiq olaraq aparılmalıdır.
Birinci qrup həddi hallara daxildir:
— möhkəmliyə görə hesablama;
— formanın dayanıqlılığına görə hesablama (nazikdivarlı konstruksiyalar);
— vəziyyətin dayanıqlılığına görə hesablama (aşma, sürüşmə və sairə).
Beton və dəmir-beton konstruksiyaların möhkəmliyə görə hesablamaları ilkin gərginlikli hal nəzərə alınmaqla (əvvəlcədən gərginləşdirmə, temperatur və başqa təsirlər) müxtəlif təsirlərdən konstruksiyada yaranan qüvvə, gərginlik və deformasiyaların normativ sənədlərlə müəyyən edilmiş müvafiq qiymətlərdən çox olmaması şərti ilə aparılmalıdır.
Konstruksiyanın formasının dayanıqlılığına görə, həmçinin vəziyyətinin dayanıqlılığına görə hesablamaları (konstruksiyanın əsas ilə birlikdə işini, onların deformasiya xüsusiyyətləri, konstruksiyanın əsasla kontaktı üzrə sürüşməyə müqaviməti və digər xüsusiyyətlər nəzərə alınmaqla) konstruksiyanın ayrıca növlərinə dair normativ sənədlərin göstərişlərinə müvafiq olaraq aparılmalıdır.
Zəruri hallarda, konstruksiyanın növü və təyinatından asılı olaraq, bina və qurğuların istismarının dayandırılması zərurətini yaradan amillər (böyük deformasiyalar, birləşmələrdə sürüşmələr və başqa hadisələr) ilə əlaqədar həddi hallara hesablamalar aparılmalıdır.
İkinci qrup həddi hallara görə hesablamalara daxildir:
— çatların əmələ gəlməsinə görə hesablama;
— çatların açılmasına görə hesablama;
— deformasiyaya görə hesablama.
Beton və dəmir-beton konstruksiyalarında çatların əmələ gəlməsinə görə hesablama, müxtəlif təsirlərdən konstruksiyalarda yaranan qüvvə, gərginlik və deformasiyaların çatlar əmələ gələn anda onların konstruksiyaların qəbul etdiyi müvafiq həddi qiymətlərindən çox olmaması şərti ilə aparılmalıdır.
Beton və dəmir-beton konstruksiyaların çatların açılmasına görə hesablanması müxtəlif təsirlərdən konstruksiyada yaranan çatların eninin, konstruksiyanın istismar şəraitindən, ətraf mühitin təsirindən və armaturun korroziyaya uğrama xüsusiyyətlərini nəzərə almaq şərti ilə materialların xarakteristikalarından (xassələrindən) asılı olaraq onun təyin edilən həddi qiymətindən çox olmaması şərti ilə yoxlanılmalıdır.
Beton və dəmir-beton konstruksiyaların deformasiyalara görə hesablanması müxtəlif təsirlərdən konstruksiyaların əyilməsi, dönmə bucağı, yerdəyişmələri və rəqslərinin amplitudları müvafiq olaraq onların həddi buraxıla bilən qiymətlərindən çox olmaması şərti ilə aparılmalıdır.
Çatın yaranmasına yol verilməyən konstruksiyalar üçün çatların olmamasına görə tələblər təmin olunmalıdır. Bu halda çatların açılmasına görə hesablamalar aparılmır.
Çat yaranmasına yol verilən başqa konstruksiyalar üçün çatların əmələ gəlməsinə görə hesablama çatların açılmasına görə hesablamaların aparılması və deformasiyalara görə hesablamada çatların açılmasının nəzərə alınması zəruriliyinin müəyyən edilməsi üçün aparılmalıdır.
Beton və dəmir-beton konstruksiyaların (xətti, müstəvi, fəza, massiv) birinci və ikinci qrup həddi hallara hesablanması xarici təsirlərdən konstruksiyalarda və onların əmələ gətirdiyi bina və qurğu sistemlərində fiziki qeyri-xətliliyi və lazım olan hallarda anizotropluğu, həndəsi qeyri-xətliliyi (deformasiyanın konstruksiyalarda qüvvələrin dəyişməsinə təsiri), zədələnmələrin toplanmasını nəzərə almaqla yaranan gərginliklərə, qüvvələrə, deformasiyalara və yerdəyişmələrə görə aparılmalıdır.
Fiziki qeyri-xəttilik və anizotropluq gərginliklə deformasiyalar (və ya qüvvə ilə yerdəyişmələr) arasında müəyyən edilmiş nisbətlərdə, həmçinin materialların möhkəmlik və çatadavamlılıq şərtlərində nəzərə alınmalıdır.
Statik həll olunmayan konstruksiyalarda çatların yaranması və elementdə beton və armaturun həddi halının yaranmasına qədər qeyri-elastik deformasiyalarının inkişafı nəticəsində sistemin elementlərində qüvvələrin yenidən paylanılması nəzərə alınmalıdır. Dəmir-betonun qeyri-elastik xassələrini nəzərə alan hesablama metodları olmadıqda, həm də dəmir-betonun qeyri-elastik xassələrini nəzərə alaraq statik həll olunmayan sistem və konstruksiyaların ilkin hesablamalarında qüvvə və gərginliklərin dəmir-beton elementlərinin elastik işi fərz edilərək təyin olunmasına yol verilir.
Bu halda fiziki qeyri-xətliliyin təsirini eksperimental tədqiqatlar, qeyri-xətti modelləşdirmə, analoji obyektlərin hesablanma nəticələri və ekspert qiymətləndirilmələri əsasında düzəlişlər etmək yolu ilə nəzərə alınması tövsiyə olunur.
Konstruksiyaların möhkəmliyə, deformasiyalara, çatların əmələ gəlməsi və açılmasına görə hesablanması sonlu elementlər üsulu əsasında aparıldıqda konstruksiyanın hissələrinin bütün sonlu elementlərində möhkəmlik və çatadavamlılıq şərtləri, həmçinin böyük yerdəyişmələrin yaranması yoxlanılmalıdır. Həddi halda möhkəmliyə görə hesablama şərtinə qiymət verildikdə bu elementlər bina və qurğuların tədricən dağılmasına şərait yaratmırsa və baxılan yükün təsiri qurtardıqdan sonra bina və qurğular istismara yararlılığını saxlayarsa, yaxud bərpa olunarsa bəzi sonlu elementlərin dağılması qəbul oluna bilər.
Beton və dəmir-beton konstruksiyaların həddi qüvvələrinin və deformasiyalarının təyini elə hesablama sxemləri (modelləri) əsasında aparılmalıdır ki, onlar baxılan həddi halda konstruksiya və materialların işinin real fiziki xüsusiyyətlərinə cavab versin.
Böyük plastik deformasiyalara məruz qaldığı hallarda (xüsusi halda, fiziki axma həddinə malik armaturlar istifadə olunduqda) dəmir-beton konstruksiyaların yükdaşıma qabiliyyətinin həddi müvazinət üsulu ilə təyin olunmasına yol verilir.
Beton və dəmir-beton konstruksiyalarını həddi-hallara hesablayarkən, DÜİST 27751 standartına müvafiq müxtəlif hesablama vəziyyətlərinə, o cümlədən hazırlanma, nəql olunma, tikilmə, istismar və qəza hallarına baxılmalıdır.
Beton və dəmir-beton konstruksiyalarının hesablamaları bina və qurğuların funksional təyinatına cavab verən bütün yük növləri, ətraf mühitin təsirlərini (iqlim təsirləri və konstruksiyanı su əhatə etdikdə suyun təsiri), zəruri hallarda yanğının təsirini, texnoloji temperaturu, nəmlik təsirlərini və aqressiv kimyəvi mühiti nəzərə almaqla aparılmalıdır.
Beton və dəmir-beton konstruksiyalar əyici momentlər, normal və kəsici qüvvələr və burucu momentlərin təsirinə, o cümlədən yükün yerli təsirinə hesablanmalıdır.
Yığma konstruksiyaların elementləri, onların qaldırılması, quraşdırılması, nəqli zamanı yaranan qüvvələrin təsirinə hesablanarkən, elementin çəkisindən yaranan yüklər nəql zamanı 1,6-ya, qaldırılma və quraşdırma zamanı 1,4-ə bərabər olan dinamik əmsalla qəbul edilməlidir. Müəyyən olunmuş qaydada dinamik əmsalların daha kiçik qiymətlərinin qəbul edilməsinə (1,25-dən az olmamaq şərtilə) yol verilir.
Beton və dəmir-beton konstruksiyaların hesablanmasında müxtəlif növ beton və armaturun xassələrinin xüsusiyyətləri, onlara yüklərin təsir xarakterini və ətraf mühiti, armaturlanma üsullarını, beton ilə armaturun birgə işini (armatur ilə betonun ilişgənliyi olduqda və ilişgənlik olmadıqda), bina və qurğuların dəmir-beton elementlərinin konstruktiv növlərinin hazırlanması texnologiyası nəzərə alınmalıdır.
Qabaqcadan gərginləşdirilmiş dəmir-beton konstruksiyaların hesablanması armatur və betonda ilkin (qabaqcadan) gərginlik və deformasiyaları, armaturda gərginlik itkilərini və qabaqcadan yaradılan gərginliyin betona ötürülmə xüsusiyyətlərini nəzərə almaqla aparılmalıdır.
Monolit konstruksiyalarda konstruksiyaların möhkəmliyi betonlanmanın işçi tikişləri nəzərə alınmaqla təmin olunmalıdır.
Yığma konstruksiyalar hesablanarkən yığma elementlərin düyün və qovuşuq birləşmələrinin möhkəmliyi polad qoyma detallarının, armatur çıxıntılarının birləşdirilməsi və betonla monolitləşdirilməsi yolu ilə təmin olunmalıdır.
İki qarşılıqlı perpendikulyar istiqamətdə qüvvələr təsirinə məruz qalan müstəvi və fəza konstruksiyalarının hesablanmasında müstəvi və fəza konstruksiyalarından ayrılmış kiçik elementar müstəvi və fəza hissəciklərin yan tərəflərinə təsir edən qüvvələrə ayrıldıqda baxılır. Çatlar olduqda bu qüvvələr çatların yaranma vəziyyətindən asılı olaraq, armaturun sərtliyi (oxboyu və tangensal) və başqa xüsusiyyətlər nəzərə alınmaqla müəyyən edilir. Çatlar olmadıqda qüvvələr bütöv cisimdə olduğu kimi müəyyən edilir.
Çatlar olduqda bu qüvvələrin dəmir-beton elementin elastik işi fərz olunaraq müəyyən edilməsinə yol verilir.
Elementlərin hesablanması elementə təsir edən qüvvələrin istiqamətinə nəzərən bucaq altında yerləşən daha təhlükəli kəsiklər üzrə çatdakı dartılan armaturun və müstəvi gərginlikli halda olan çatlar arası betonun işini nəzərə alan hesablama modeli əsasında aparılmalıdır.
Müstəvi və fəza konstruksiyaların hesablanmasına bütövlükdə konstruksiyanın həddi müvazinət üsulu ilə, o cümlədən dağılma anında deformasiya halını nəzərə almaqla yol verilir.
Üç qarşılıqlı perpendikulyar istiqamətdə qüvvələr təsirinə məruz qalan massiv konstruksiyaların hesablanmasında konstruksiyadan ayrılmış kiçik həcmli elementin yanlarına təsir edən qüvvələrə baxılır. Bu halda qüvvələr müstəvi elementləri üçün qəbul edilmiş analoji fərziyyələr əsasında müəyyən edilir (bənd 5.1.11).
Elementlərin hesablanması elementə təsir edən qüvvələrin istiqamətinə nəzərən bucaq altında olan ən təhlükəli kəsik üzrə fəza gərginlikli halda betonun və armaturun işini nəzərə alan hesablama modeli əsasında aparılmalıdır.
Mürəkkəb konfiqurasiyalı konstruksiyalar üçün (məs. fəza konstruksiyaları üçün) yükdaşıma qabiliyyətini, çatadavamlılığı və deformasiyaları qiymətləndirən hesablama metodlarından başqa, həmçinin fiziki modellərin sınaqlarının nəticələrindən istifadə edilə bilər.
Beton və dəmir-beton elementlərin möhkəmliyə hesablanmasına tələblər
redaktəBeton və dəmir-beton elementlərin möhkəmliyə hesablanması:
— normal kəsiklərə görə (əyici moment və normal qüvvələr təsir etdikdə) qeyri-xətti deformasiya modeli ilə, lakin konfiqurasiyanın sadə elementləri üçün-həddi qüvvəyə görə;
— maili kəsiklər üzrə (kəsici qüvvənin təsirinə), fəza kəsiklər üçün (burucu moment təsir etdikdə), yükün yerli təsirinə (yerli sıxılma, basılmaya)-həddi qüvvələrə görə aparılır.
Qısa beton və dəmir-beton elementlərin hesablanması (qısa konsol və başqa elementlər) karkas-mil modeli əsasında aparılır.
Beton və dəmir-beton elementlərin həddi qüvvələrə görə baxılan kəsikdə hesablanması xarici yüklərdən və təsirlərdən burada yaranan ən böyük qüvvə F , kəsiyin qəbul edə biləcəyi həddi qüvvədən ult F çox olmaması şərti ilə aparılır.
Beton elementlər onların iş şəraitindən və onlara göstərilən tələblərdən asılı olaraq, normal kəsiklər üzrə həddi qüvvəyə görə betonun dartılan zonasının müqaviməti nəzərə alınmadan (bənd 5.2.4.) və ya nəzərə alınmaqla (bənd 5.2.5.) hesablanmalıdır.
Dartılan zonadakı betonun müqavimətini nəzərə almadan, mərkəzdənxaric sıxılan beton elementlərinin hesablanması, normal qüvvənin ekssentrisitetinin kəsiyin ağırlıq mərkəzindən ən çox sıxılan lifə qədər məsafənin 0,9-dan çox olmayan qiymətində aparılır. Bu halda element tərəfindən qəbul edilən həddi qüvvə betonun sıxılmada hesablama müqaviməti b R ilə, kəsiyin şərti sıxılan zonasının ağırlıq mərkəzinin normal qüvvənin tətbiq olunan nöqtəsinin eyni olması şərti ilə təyin olunur.
Massiv beton konstruksiyalar üçün betonun sıxılmada b R hesablanma müqavimətini aşmadan sıxılan zonada üçbucaq gərginlik epürü qəbul olunur. Bu halda normal qüvvənin ağırlıq mərkəzinə görə ekssentrisiteti ağırlıq mərkəzindən ən çox sıxılan liflərə qədər olan məsafənin 0,65 qiymətindən çox olmamalıdır.
Betonun dartılan zonasının müqaviməti nəzərə alınmaqla mərkəzdənxaric sıxılan beton elementlərin bu bölmənin bənd 5.2.4.-də göstərilən normal qüvvənin ekssentristetindən böyük, əyilən beton elementlərin (tətbiqinə yol verildikdə), həmçinin mərkəzdənxaric sıxılan elementlərin bənd 5.2.4.-də göstərilən normal qüvvənin ekssentristeti ilə, lakin istismar şərtlərinə görə çatların əmələ gəlməsinə yol verilməməklə hesablanması aparılmalıdır. Bu halda elementin kəsiyinin qəbull edəcəyi həddi qüvvə, ən böyük dartıcı gərginlik, betonun dartılmada müqavimətinə bt R -ə bərabər olmaqla elastik cisim kimi müəyyən olunur.
Mərkəzdənxaric sıxılan beton elementləri hesablayarkən təsadüfi ekssentrisiteti və boyuna əyilməni nəzərə almaq lazımdır.
Dəmir-beton elementlərin həddi qüvvələrə hesablanması normal kəsiklərdə beton və armaturun qəbul edə biləcəyi həddi qüvvə aşağıdakılar əsasında müəyyən edilərək aparılmalıdır:
— betonun dartılmaya müqaviməti sıfıra bərabər qəbul olunur;
— betonun sıxılmaya müqaviməti betonun sıxılmada hesablama müqavimətinə bərabər və betonun şərti sıxılan zonada bərabər paylanmış gərginliklər qəbul edulir;
— armaturda dartılan və sıxılan gərginliklər müvafiq olaraq armaturun sıxılmada və dartılmada hesablanma müqavimətindən çox olmayaraq qəbul edilir.
Dəmir-beton elementlərin qeyri-xətti deformasiya modeli əsasında hesablanması beton və armaturun hal diaqramları və müstəvi kəsiklər fərziyyəsi əsasında aparılır. Normal kəsiklərin möhkəmlik meyarlarında beton və armaturda deformasiyaların həddi nisbi deformasiyalara çatması şərti qəbul olunur.
Mərkəzdənxaric sıxılan elementlərin hesablanmasında təsadüfi ekssentrisitet və boyuna əyilmənin təsiri nəzərə alınmalıdır.
Dəmir-beton elementlərin maili kəsiklər üzrə möhkəmliyə hesablanması maili kəsik üzrə kəsici qüvvənin, maili kəsik üzrə əyici momentin və maili kəsiklər arasındakı zolaq üzrə kəsici qüvvənin təsirinə aparılır.
Dəmir-beton elementlərin maili kəsiklər üzrə kəsici qüvvənin həddi qiymətinin təsirinə görə möhkəmliyə hesablayarkən, maili kəsiyin qəbul edə biləcəyi həddi kəsici qüvvə maili kəsikdə beton və maili kəsiyi kəsən eninə armaturların qəbul edəcəyi kəsici qüvvələrin cəmi kimi müəyyən olunur.
Dəmir-beton elementləri maili kəsiklər üzrə əyici momentə görə möhkəmliyə hesabladıqda maili kəsiyin qəbul edə biləcəyi həddi moment, maili kəsiyi kəsən eninə və boyuna armaturların sıxılan zonanın ağırlıq mərkəzindən keçən qüvvələrin əvəzləyicisinin tətbiq nöqtəsinə nəzərən momentlərin cəmi kimi təyin olunur. Dəmir-beton elementi maili kəsiklər arası zolaq üzrə kəsici qüvvə təsirinə hesabladıqda, elementin qəbul edə biləcəyi həddi kəsici qüvvəni zolaq boyu sıxıcı qüvvələrin və maili zolağı kəsən eninə armaturlardan dartıcı qüvvələrin təsiri altında olan maili beton zolağın möhkəmlik şərtindən təyin etmək lazımdır.
Dəmir-beton konstruksiyaların fəza kəsiklərini möhkəmliyə görə hesabladıqda elementin qəbul edə biləcəyi həddi burucu moment elementin hər üzündə yerləşən eninə və boyuna armaturların qəbul etdiyi həddi momentlərin cəmi kimi təyin olunur. Bundan əlavə, dəmir-beton elementin fəza kəsikləri arasında yerləşən beton zolağı möhkəmliyə görə zolaq istiqamətində sıxıcı qüvvələrə və zolağı kəsən eninə armaturlarda dartıcı qüvvəyə hesablamaq lazımdır.
Dəmir-beton konstruksiyalar yüklərin yerli sıxılmasına hesablandıqda element tərəfindən qəbul edilə bilən həddi sıxıcı qüvvə, ətrafı hesabına yaradılan həcmi gərginlik halında betonun və əlavə armaturların (əgər nəzərdə tutulmuşdursa) müqavimətlərindən istifadə edərək
təyin olunmalıdır.
Müstəvi dəmir-beton elementlərin (tava) basılmaya hesablanması ümumi topa yükün və momentin təsirinə aparılmalıdır. Dəmir-beton konstruksiyaların basılıb sıxılmada qəbul edə biləcəyi həddi qüvvə betonun və sıxılan zonada yerləşən eninə armaturların qəbul edəcəyi həddi qüvvələrinin cəmi kimi təyin olunur. Dəmir-beton konstruksiyalar üçün betonun sıxılmada möhkəmliyinə görə sinfini B15 — dən az olmayaraq qəbul etmək tövsiyə olunur. Qabaqcadan gərginləşdirilmiş dəmir-beton konstruksiyalar üçün betonun sıxılmada möhkəmliyə görə sinfini, gərginləşmiş armaturun növü və sinfindən asılı olaraq, B20 -dən az olmayaraq qəbul etmək tövsiyə olunur. Betonun bp B ötürmə möhkəmliyi (betonu sıxan anda möhkəmliyi, betonun sıxılmada möhkəmliyinə nəzarət olunmağa analoji olaraq) B15 -dən az və qəbul olunan betonun sıxılmada möhkəmliyinin 50%-dən az olmayaraq qəbul olunur.
Xırdadənəl betonun xüsusi eksperimental əsaslandırma olmadan çoxsaylı təkrar yüklərə məruz qalan dəmir-beton konstruksiyalarda, həmçinin p B, B və K sinifli məftil armaturla armaturlandıqda aşırımı 12 m -dən çox olan qabaqcadan gərginləşdirilmiş konstruksiyalarda istifadə olunmasına yol verilmir. Korroziyadan mühafizə etmək və konstruksiyanın səthində və yuvalarda yerləşdirilmiş gərginləşmiş armaturla betonun ilişməsini təmin etmək məqsədilə istifadə olunan xırdadənəli betonun sıxılmada möhkəmliyə görə sinfi B20 -dən və kanalları doldurmaq üçün isə B25 -dən aşağı olmamalıdır.
Şaxtayadavamlılığı görə beton markaları konstruksiyalara olan tələblərdən, istismar rejimindən və ətraf mühitin şəraitindən asılı olaraq qəbul olunmalıdır (TNvəQ 2.03.11). Yerüstü konstruksiya, ətraf mühitin atmosfer təsirlərinə məruz qaldıqda,soyuq vaxtlarda xarici havanın hesablama tempraturu mənfi 50C-dən mənfi 400C-yə qədər olduqda betonun şaxtayadavamlılığa görə markası F 75-dən az olmayaraq qəbul edilir. Xarici havanın hesablama temperaturu mənfi 50 C-dən çox olduqda yerüstü konstruksiyalar üçün betonun şaxtayadavamlılığa görə markaları normalaşdırılmır. Digər hallarda betonun şaxtayadavamlılığa görə markaları konstruksiyanın təyinatından və ətraf mühitin xüsusi şəraitlərindən asılı olaraq təyin olunur.
Sukeçirməzliyə görə betonun markaları konstruksiyaya dair tələblərdən, onların istismar rejimindən və ətraf mühitin şəraitindən asılı olaraq qəbul olunmalıdır.
İstinadlar
redaktə- ↑ "Ağır beton sinifləri". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.