Ag Seher - Wikipedia
Bakı Ağ Şəhər — Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "2006–2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının" təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycanda həyata keçirilən ən böyük miqyaslı şəhərsalma layihələrindən biridir.[1][2]
Ağ Şəhər | |
---|---|
40°22′43″ şm. e. 49°53′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 24 dekabr 2011 |
İlk məlumat | 2011 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1025 |
Digər | |
bakuwhitecity.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Layihə, 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (Qara Şəhərin) bərpa və inkişafı, həmçinin, Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur ki, bu da investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır.
Bakı Ağ Şəhər layihəsinin Baş Planı 10 universal şəhər tipli rayonun yaradılmasını nəzərdə tutur. Bu rayonlardan hər birində sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait mövcud olacaqdır.
Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti "Atkins[3]" (Böyük Britaniya) çıxış etmişdir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur "Fosters + Partners[4]" memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, Amerika Birləşmiş Ştatlarının tanınmış "F+A Architects" arxitektura bürosu cəlb edilmişdir.
Tarixi
redaktəDünyanın qədim neft sənayesi mərkəzi olan Bakı qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə etmişdir.
İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, Qara Şəhər 19-cu əsrin sonunda, Bakının şərq hissəsində yaranmışdır. Sonradan o, "qara qızılın" emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamışdır.
Hazırda, Bakı buxtasının mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi üçün indiyə kimi görünməmiş perspektiv yaranmışdır. Paytaxtın mərkəzinin şərq hissəsində, dinamik inkişafda olan şəhər infrastrukturu ilə əhatə olunmuş 1650 ha ərazinin yeni təyinatlı şəhər kimi canlanması və investisiyalar üçün ən cəlbedici imkanlardan birinə çevrilməsi şansı yaranmışdır.
İdeyanın möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çixarir.
Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcəkdir.
Təməlqoyma mərasimi
redaktə24 dekabr 2011-ci il tarixində Bakı Ağ Şəhər layihəsinin təməlqoyma mərasimi baş tutdu. Mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdir.[5]
24 dekabr 2016-cı ildə Bakı Ağ Şəhər təməl qoyulmasının 5-ci il dönümünü ilk yaşayış kvartalı olan Yaşıl Ada-nın açılışı ilə qeyd etdi. Prezident İlham Əliev və birinci xanım Mehriban Əliyeva da burada iştirak etdmişdir.[6] Bu mərasimdə həmçinin yeni Fəvvarələr Meydanı kvartalında parkın təməli qoyulmuşdur.
Bakı Ağ Şəhər Ofis Binası
redaktəBakı Ağ Şəhər-in ilk landmark binası və giriş qapısı sayılan Bakı Ağ Şəhər Ofis Binası A səviyyəli biznes mərkəzidir. Bu binanın açılışı 24 dekabr 2014-cü ildə baş tutdu. Biznes mərkəzinin aşılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişdir.
Bina Böyük Britaniyanın "Atkins" memarlıq bürosu tərəfindən layihələndirilmişdir. Ekoloji standartlara uyğun tikilmiş Ofis Binası Azərbaycanın və regionun BRE Global müstəqil dəyərləndirmə orqanı tərəfindən BREEAM ekoloji sertifikatına layiq görülmüş ilk binadır.
Ofis Binası həmçinin bir sıra Azərbaycanın və beynəlxalq memarlıq yarışmalarının mükafatlarına layiq görülmüşdür.[7]
Qalereya
redaktə-
Yaşıl Ada kvartalında yaşayış binası
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "«Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2017.
- ↑ Muradov, İlkin. "Xətainin icra başçısı prezidentin tapşırığına qarşı (Fotosessiya)". 2013-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2017.
- ↑ "Arxivlənmiş surət". 2018-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-22.
- ↑ "Arxivlənmiş surət". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-11.
- ↑ "Arxivlənmiş surət". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
- ↑ "Arxivlənmiş surət". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
- ↑ "Arxivlənmiş surət". 2017-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.