Boyuk Zire - Wikipedia
Böyük Zirə adası[1] — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. Həmçinin "Cəhənnəm adası" və "İlan adası" (səhv salma: Zmeynıy adası) kimi tanınıb.[2][3][4]
Böyük Zirə | |
---|---|
| |
Ümumi məlumatlar | |
Sahəsi | 1.4 km² |
Uzunluğu | 3.1 km |
Eni | 0.9 km |
Sahil uzunluğu | 10.5 km |
Əhalisi | 0 nəfər (2017-ci il) |
Yerləşməsi | |
40°17′40″ şm. e. 49°55′10″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəEtimologiya
redaktəBöyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib. Bu ad Fin körfəzində yerləşən Nargin (estonca, dar boğaz) adasına bənzədiyi üçün verilib. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ada yenidən Böyük Zirə adlandırılmağa başlanılıb.
XIX əsr
redaktəBöyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlayıb.[5] Mayak gecə Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayırdı.[5]
XX əsr
redaktə1915-ci ildən 1940-cı ilədək əvvəlcə Çar Rusiyası, sonra da SSRİ hakimiyyəti Böyük Zirə adasında on minlərlə Qafqaz cəbhəsindən əsir götürülən Osmanlı İmperiyası əsirlərinə və azərbaycanlılara qətlə yetirib.[6] Ada Birinci dünya müharibəsinə qədər Çar Rusiyasının həbs düşərgəsi olmuşdu.[6] 1905-ci ildə burada həbs düşərgələri salınmışdı.[6] Çar Rusiyası ona xəyanət edən, cinayət törədən əsgərini ən ağır cəzaya məhkum edəndə Böyük Zirə adasına sürgün edirdi.[6] Birinci dünya müharibəsi dövründə 10 mindən çox türk əsgəri və mülkü şəxsi Nargin adası həbs düşərgəsinə gətirilmişdi.[6] Xalq yazıçısı Qılman Musayev yazırdı:
Burada taxtadan düzəldilmiş baraklara işıq damdan açılmış pəncərələrdən düşürdü. Bir neçə barakda taxtlar olsa da məhbusların əksəriyyəti quru torpaq döşəmə üstündə yatırdılar. Qış aylarında baraklar qızdırılmırdı. Su çatışmırdı: hərdənbir şəhərdən gətirilirdi. Belə yaşayışdan məhbuslar cana doymuşdular...[6] |
Nəriman Nərimanov Bakı Şəhər Dumasına üzv seçiləndən sonra həmfikirləri ilə Dumada komissiya yaradıb Böyük Zirə adasına göndərilməsi məsələsini tələb etdi.[7] Dumanın "Təhqiqat komissiyası"nın üzvləri — Nəriman Nərimanov, Əbdülbağı Məmmədov, Ağaməhəmməd İbrahimov, Mürsəlov, Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları Böyük Zirə adasına gedir, orada əsirlərin vəziyyətindən və saxlanma şəraitindən dəhşətə gəlmişdilər.[7] Nərimanov adada 700-ə qədər səksən yaşında qocaların, 2 yaşından 15 yaşına qədər körpə uşaqların olduğunu və bunların hamısının Qafqaz cəbhəsindən gəldiklərini bildirərək sözlərini bu cümlələrlə tamamlamışdır:
Bura bir cəzirə deyil, məzardır. Elə bir məzardır ki 1000 nəfərə qədər adam qıraqda oturub ölmək üçün öz növbəsini gözləyir.[8] |
Ertəsi gün Nərimanovun "Hümmət" qəzetində (28 noyabr 1917-ci il) "Göz yaşı tökdürən Cəzirə" məqaləsi dərc olundu. Nərimanov ürəkağrısı ilə yazırdı:
Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. Kaş "əfəndim, su!", "əfəndim, yemək!", "əfəndim, paltar!" sözlərini eşitməyəydim. Kaş çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balaca balalarla söyləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim! Min iki yüz insan balası hazır ölüm növbəsində durubdur. Altı min də bu növbəyə hazırlaşır.
Tifmi, vəbamı və ya bir qeyri-sirayətedici mərəzmi bunları cəzirəyə qurban edəcəkdir Müsəlmanlar: "əfəndim, su!.."- deyib gözlərinizə baxdıqda guya demək istəyirlər: Siz insanmısınız İnsaniyyətə dair qanunlarınız varmı Siz millət balasısınızmı Zavallı millət balalarına cavabınız nədir ...Mən ağladım, mən gündə mərəzlər arasında gün keçirən, gündə dürlü-dürlü xəstələrin ah-naləsini eşidən, onların axır dəqiqələrinə öyrəşmiş, tab gətirə bilməyib ixtiyarsız ağladım. Nargin bir məzardır və bu məzarın kənarında hazır min adam növbədə durubdur və 7 min sağlam adam da bu növbəyə hazırlaşır. Gərəkdir daşürəkli olasan da bu vicdansızlığa davam edəsən: acıqlı, hirsli halında insan insan barəsində bu dərəcə vicdansızlığa meydan versə bəlkə də təbii ola. Fəqət mürür ilə hər saat, hər gün, həftələr, aylar, illərlə bu hərəkətdə bulunmaq insanlıq hərəkəti deyildir. İnsan balası ilə bu tövr rəftar nəinki azad Rusiyada gərəkdir görünməsin, hətta vəhşilər arasında görünməyibdir.[7] |
Duma Nərimanovun rəhbərlik etdiyi komissiyanın Tiflisə, Qafqazın Mərkəzi İnzibati İdarəsinə göndərdiyi təcili teleqramın cavabında Nargin hərbi düşərgəsindən ən ağır xəstələrin çıxarılmasına və adada yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin köməyinə icazə verilirdi.[7] Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində komissiyanın müəyyən etdiyi 300 xəstə — türk, alman, avstriyalı hərbi əsiri şəhərdə 16-cı lazaretdə yerləşdirdi.[7] Nargində əsir sifəti ilə yaşamaqda olan 130 nəfər körpə Bakıya gətirilib Çəmbərəkəndin qabağındakı mülkdə yerləşdirildi.[7] Bunu "Möhtaclara yardım" Cəmiyyəti öz öhdəsinə alıb və hər bir məxarici boynuna götürdü.[7]
1917-ci ildə cəbhədə türk əsgər və zabitlərinə kömək göstərilməsində din xadimi Ağa Əlizadənin müstəsna xidmətləri olub.[9] Məhz onun xalqa müraciətindən sonra insanlar Təzəpir məscidinə gələrək türk əsgərlərinə yardım toplamağa başlayıblar.[9] Bunun nəticəsində, bir həftə ərzində əsirlərə o qədər yardım toplanmışdı ki, ərzaq, dərman və paltarları Böyük Zirə adasına daşımaq üçün bir ay vaxt lazım olmuşdu.[9]
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı fəalları, həm də Stalin repressiyası qurbanlarını Nargin və Bulla adalarında güllələmiş, bəzilərinin cəsədlərini oradan Xəzər dənizə atmışdılar.[10]
Sovet İttifaqı dövründə adada hərbi hava qüvvələrindən müdafiə bazası yerləşirdi və bura ittifaqın mühüm strateji nöqtəsi sayılırdı.[10]
İkinci dünya müharibəsinin əvvəlində Böyük Zirə adasında yerləşən bu mayak alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb.[5] 1958-ci ildə mayak bərpa olunub və indiyədək fəaliyyət göstərir.[5] Mayakın hündürlüyü 18 metrdir.[5] Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib.[5] Mayak günəş batareyaları ilə təmin edilir.[5] 1907-ci ilədək mayakın funksiyasını Bakıda Qız qalası yerinə yetirib.[5]
1950-ci illərdə Nargində xidmət etmiş general-polkovnik Vladimir Dmitriev 2006-cı ildə internet saytına müsahibəsində adanın hərbi əhəmiyyətindən danışır:
1953-54-cü illərdə rəqib ölkələr tez-tez bizim hava sərhədimizi pozurdular. İrandan və Türkiyədən onlarla hava şarları buraxırdılar, bu şarların qarşısını almaq çətin idi. Biz o vaxt müdafiəni Nargində qurmuşduq.[10] |
1980-ci illərin sonlarından başlayaraq Sovet ordusu Nargin adasından çıxmağa başladı.[10] 1990-cı ildə Sovet qoşunları adadan çıxanda Azərbaycan prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov, Nazim Muradasilov və Kamal Amiraqov "Adalar" adında şirkət yaradıb, həm donanmanın rəhbəri, həm də Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin son sədri Sənan Əlizadə ilə müqavilə bağladılar və Nargini 25 illiyinə icarəyə götürdülər.[10]
XXI əsr
redaktəCoğrafiya
redaktəBöyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir.
İstinadlar
redaktə- ↑ Böyük Zirə // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 491. ISBN 978-9952-441-03-1.
- ↑ "Xəzərdə sirli məkan: "Cəhənnəm adası" kimi tanınan NARGİN". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-10.
- ↑ ""Nargin" adası (Böyük-Zirə adası)". Quba Soyqırımı Memorial Kompleksi (az.). 2020-08-24. 2024-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-10.
- ↑ "Böyük Zirə (Nargin): cəhənnəm və ölüm adası".
- ↑ 1 2 3 4 5 6 7 8 "Böyük Zirə mayakı". report.az. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2017.
- ↑ 1 2 3 4 5 6 "Milli tariximiz üçün hüznlü və unudulmaz məkan, yaxud Nargindən kimlər keçdi". www.anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 "Nəriman Nərimanov - alovlu vətənpərvər, böyük türk təəssübkeşi". www.anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2017.
- ↑ "Hümmət" qəzeti 1917-ci il 28 noyabr tarixli sayı
- ↑ 1 2 3 "Feyerbaxı oxuyan, Vyanada çıxış edən din xadimi". anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2017.
- ↑ 1 2 3 4 5 "Narginin əsl sahibi kimdir". www.azadliq.org. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2017.
Xarici keçidlər
redaktə- Mehparə. "Bilinməyən tarix, Nargin adası əsarəti": TRT ortaq tariximizin bir dramını günümüzə gətirir: [kanalın çəkilişlərinə başladığı eyniadlı film haqqında] //Mədəniyyət.- 2015.- 15 iyul.- S.11.