Nar Mobile - Wikipedia
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı.
Nar | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Mobil rabitə operatoru |
Sənaye | Mobil rabitə |
Təsis tarixi | 21 mart 2007 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
Rəhbərlik | |
Rəhbərlik |
Qunnar Panke (Baş İcraçı Direktor) Ruslan Ramazanov (Marketinq direktoru) Fariz Cəfərov (Satış direktoru) Hökümə Kərimova (İctimaiyyətlə Əlaqələr üzrə direktor) |
nar.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%[1]-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Tarixi
redaktəAzerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib[2]. 2007-ci il mart 21-də “Nar Mobil” əmtəə nişanı ilə fəaliyyətə başlayıb (link). 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub[3]. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını “Nar mobile” yerinə sadəcə “Nar” olaraq təsbit etdi.[4]
Tətbiqi
redaktəNar şirkətinin Nar+ adlı tətbiqi var. Bu tətbiqi App Store və Google Play Store-da endirmək əlçatandır. Nar+ 20 avqust 2019-da istifadəyə verilib. 2022-ci ilə əsasən 500 min endirməni aşıb.[5] Tətbiqdə Azərbaycan dili, İngilis dili, Rus dili dəstəklənir.
Əhatə dairəsi
redaktə“Nar” şəbəkəsi Azərbaycan əhaləsinin 99%-ni əhatə edir. Azad edilmiş ərazilər istisna olmaqla, ölkə ərazisinin 97%-ni 3G şəbəkəsi (link),91%-ni 4G şəbəkəsi ilə əhatə edir. Müştəri bazası 2.2M. Bazar payı 21%
Tərəfdaşları
redaktə- Baku Fight Lab
- Azərbaycan Texniki Universiteti
- Azərbaycan Texnologiya Universiteti
- Netty mükafatı
Korporativ Sosial Məsuliyyət Siyasəti
redaktə“Nar”ın əsas korporativ məsuliyyət strategiyasının əsas istiqamətləri: Fiziki məhdudiyyətli şəxslərə , təhsil və maarifin təbliği, idmana dəstək.
Mükafatları
redaktə- IPRA GWA (İnternational Public Relations Assosication Golden World Award) — “Nar” 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosasiyasının Qızıl Dünya Mükafatına layiq görülüb. Mükafat Korporativ məsuliyyət nominasiyasında, “Nar”-ın həyata keçirdiyi “Jestdili.az Azərbaycan dilində elektron jest dili lüğəti” layihəsinə görə təqdim edilib.
İstinadlar
redaktə- ↑ "Media". trend.az. 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- ↑ "Media". marja.az. 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- ↑ ""Nar"ın Baş icraçı direktoru: 5 ildir buradayam, özümü xarici kimi hiss etmirəm — İşgüzar Bakı". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
- ↑ "Media". interfax.az. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- ↑ https://play.google.com/store/apps/details?id=com.nar.ecare (#bare_url_missing_title). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
Xarici keçidlər
redaktə- Rəsmi sayti
- Google+
- Şirkət haqqında Arxivləşdirilib 2014-05-05 at the Wayback Machine