Leopold Ve Mstislav Rostropoviclerin Ev Muzeyi - Wikipedia
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi — dünya şöhrətli violonçelist, Mstislav Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yerləşən muzey.[2] Muzey 2002-ci il mart ayının 4-də açılmışdır.[3]
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 2002 |
Açılış tarixi | 2002 |
Mövzu | Azərbaycan musiqisi |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, Rostropoviçlər küç. 31 |
Direktor | Şeyla Heydərova[1] |
Telefon | (+99 012) 497-09-46 |
40°22′10″ şm. e. 49°49′38″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Ekspozisiya
redaktəMuzeyin ekspozisiyasında M. Rostropoviçin uşaqlıq, gənclik, həyat və yaradıcılıq illərinin çiçəkləndiyi dövrləri əks etdirən maraqlı materiallar nümayiş etdirilir.[2]
Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit əks etdirilmişdir. Muzeydə nümayiş olunan eksponatlar arasında Leopold Rostropoviç tərəfindən oğluna yazdığı (1942-ci il) məktub da vardır. Bu məktub M. Rostropoviç üçün hər bir zaman mənəvi dayaq olmuşdur. Ekspozisiyanın ikinci hissəsində M. Rostropoviçin həyat və yaradıcılığının mühüm anları, onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur. Muzeydə M. Rostropoviç haqqında filmlər, maestronun ifası ilə yazılmış audio kasetlər və disklər vardır.[2]
Muzeydə daima olaraq Rostropoviçin ifasında musiqi (Bax, Bethoven) və onun dirijorluğu altında simfonik musiqilər səslənir. Burada Rostropoviçin ən sevimli əsərlərindən biri – Pyotr Çaykovskinin Altıncı simfoniyasının lent yazısı da səsləndirilir. O, bu əsərə 1974-cü ildə Moskva Konservatoriyasının Böyük Zalında Moskvadan xaricə getməzdən əvvəl vida gecəsində dirijorluq edib. Ev-muzeydə saat maestro Rostropoviçin vəfat etdiyi vaxta – 14:08-ə qurulmuşdur.[2]
Qalereya
redaktə-
Muzeyin qarşısında Mstislav Rostropoviçin xatirə lövhəsi.
İstinadlar
redaktə- ↑ "Ulu öndər Heydər Əliyev görkəmli şəxsiyyətlərin ev-muzeylərinin yaradılmasını daim diqqət mərkəzində saxlamışdır". Azertag.az. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
- ↑ 1 2 3 4 "Muzeylər (haqqında, telefonları, internet saytları)". Davam.az. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
- ↑ "Mstislav Leopoldoviç Rostropoviç-XX əsrin ən dahi violençel ifaçısı,dirijor-89". Polemik.az.[ölü keçid]