Heyder Eliyev Adina Idman Arenasi - Wikipedia
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri.[1]
Heydər Əliyev adına İdman-Konsert Kompleksi | |
---|---|
Heydər Əliyev adına İdman-Konsert Kompleksi | |
40°23′30″ şm. e. 49°49′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Nəsimi rayonu |
Şəhər | Bakı |
Yerləşir | Abşeron |
Tikilmə tarixi | 1977 - 1990 |
Aidiyyatı | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Memar |
Yuzef Qədimov Tələt Xanlarov Tahir Abdullayev |
Memarlıq quruluşu | Modern |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəİdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir.
Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.
Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur.[1]
İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib. Kompleksdə həmçinin 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə Ümummilli lider Heydər Əliyevin adı verilib.
Gənclər və İdman Nazirliyinin qərarı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksi 2009-cu ilin yekunlarına görə ilin ən yaxşı idman qurğusu elan edilib.
Kompleksin struktur mühəndisi G.İ.Belidir.[2]
2009-cu ildə kompleks qeyri-müəyyən müddətə təxirə salınan Üçüncü Avroviziya Rəqs Müsabiqəsi[3] üçün də seçilib.[4]
Bakıda keçirilmiş I Avropa Oyunları ərəfəsində əvvəlcə 2014-15-ci illərdə yenidən qurulmuş[5], bu vaxt və 2017-ci ildə yenə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında bir müddət Heydər Əliyev adına İdman Arenası[6][7][8] adlandırılıb.
Əlamətdar idman hadisələri
redaktə- Bədii gimnastika üzrə 23-cü və 25-ci Avropa çempionatları
- 2005-ci il Bədii Gimnastika üzrə Dünya çempionatı
- 2007-ci il Güləş üzrə Dünya Çempionatı
- 2007-ci il Taekvondo üzrə Avropa çempionatı
- 2011-ci il Boks üzrə dünya çempionatı
- 2015-ci il Avropa Oyunları (Cüdo, güləş, sambo)
- 2017-ci il İslam Həmrəyliyi Oyunları (Cüdo, güləş, sambo)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Heydər Əliyev adına İdman Konsert Kompleksi" (az.). https://www.mys.gov.az. Archived from the original on 2022-08-07.
- ↑ "Radical renovation to make Heydar Aliyev Sports and Exhibition Complex sparkle". www.insidethegames.biz. 18 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2014.
- ↑ Bakker, Sietse. "Dance Contest 2009 to Baku, Azerbaijan". European Broadcasting Union. 2009-02-02. 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-28.
- ↑ Bakker, Sietse. "3rd Eurovision Dance Contest postponed to 2010". European Broadcasting Union. 2009-05-28. 2009-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-28.
- ↑ "Arenadakı dəyişiklik hər kəsi təəccübləndirdi – Dopinqə xüsusi nəzarət olacaq – FOTOLAR". publika.az (az.). 2015-05-14. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
- ↑ "Heydər Əliyev adına İdman Arenası Avropa standartlarına uyğun yenidən qurulur". Azərtac. 2015-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
- ↑ "Cüdo-Final (Heydər Əliyev Adına İdman Arenası)". Amerikanın səsi (az.). 2015-06-25. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
- ↑ "İslamiada: VII yarış günündə 10 idman növü üzrə yarışlar keçiriləcək". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
Xarici keçidlər
redaktə- Heydər Əliyev adına İdman və Konsert Kompleksinin rəsmi saytı Arxivləşdirilib 2011-05-17 at the Wayback Machine
- "Heydər Əliyev adına İdman Konsert Kompleksi" (az.). https://www.mys.gov.az. 19.12.2022 tarixində arxivləşdirilib.