Seyavus Aslan - Wikipedia
Səyavuş Məmmədağa oğlu Aslan (5 sentyabr 1935, Saray – 27 iyun 2013, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, komik,[1] faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenləri laureatı.
Səyavuş Aslan | |
---|---|
Doğum tarixi | 5 sentyabr 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyun 2013 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | kino aktyoru, teatr aktyoru, aktyor |
Fəaliyyət illəri | 1954-cü ildən |
Teatr | Azərbaycan Dövlət Musiqili Komediya Teatrı |
Mükafatları |
|
IMDb | ID0039518 |
Həyatı
redaktəAzərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir.[2] 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur.
Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.
Rolları
redaktə- Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov),
- İbişov ("Özümüz bilərik", Şıxaəli Qurbanov),
- Fürzuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə),
- Şubay ("Ulduz", Sabit Rəhman),
- Dadaşbala ("Hicran", Sabit Rəhman),
- Qəmzəli ("Qaçırılmış qız", Cahangir Məmmədov),
- Misir Nəsir ("Lənət sənə, kor şeytan", Firudin Aşurov),
- Orduxan bəy ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov)
Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb:
- Mindilli ("Nişanlı qız", Sabit Rəhman),
- Hüseynbala ("Cahargah fantaziyası", Kərim Kərimov),
- Luka ("Həyatın dibində", Maksim Qorki),
- Romul Avqustul ("Böyük Romul", Fridrix Dürrenmatt),
- Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı),
- Ağaəli ("Günah", Rəhman Əlizadə),
- Mirzə Həbib ("Sərgüzəşti-vəziri-xani Lənkəran", Mirzə Fətəli Axundzadə),
- Fəriş ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev),
- Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
- Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev),
- Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev),
- Qərib Qulam ("Mənsiz dünya", Nəbi Xəzri),
- Mikayılov ("Tufandan əvvəl", Arif Süleymanov),
- Əsdulla ("Ah, Paris… Paris!..", Elçin),
- Kişi ("Mənim ərim dəlidir", Elçin),
- Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
- Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),
- Poloni ("Hamlet", Uilyam Şekspir),
- Sarı ("Varlı qadın", Əli Əmirli),
- Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani)
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974[3]
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982[4]
- "Şöhrət" ordeni — 9 dekabr 1995[5]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 iyul 2002[6]
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 3 sentyabr 2010[7]
- "Şərəf" ordeni — 25 iyun 2013[8]
Filmoqrafiya
redaktə- 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100)
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- Adam ol! (film, 2005) (tammetrajlı bədii film)-rol: Səyavuş
- Adam ol! 3 (film, 2007) (tammetrajlı bədii film)(Lider tv)
- Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası)(Aztv)
- Aktrisanın təbəssümü (film, 1974)
- Bankir adaxlı (film, 2008)
- Belə lazımdır (film, 1982)
- Bəyin oğurlanması (film, 1985)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Cin mikrorayonda (film, 1985)
- Dəvətnamə (film, 2003)
- Evlənmək istəyirəm (film, 1983)
- Evləri göydələn yar (film, 2010)
- Evləri köndələn yar (film, 1982)
- Əhməd haradadır? (film, 1963) — rol: Saqqal Ramiz
- Əzablı yollar (film, 1982)
- Fırıldaqçı (film, 1983)
- Girişmə, öldürər! (film, 1990)
- Hacı Qara (film, 2002)
- Xüsusi vəziyyət (film, 1986)
- Köç (film, 1986)
- "Qayınana" əməliyyatı (film, 1999)
- Qəm pəncərəsi (film, 1986)
- Qırmızı qatar (film, 1993)
- Laplandiyalı qonaq (film, 2009)
- Metranpaj
- Mən sənin dayınam (film, 2001)
- Mənim ağ şəhərim (film, 1993)
- Musiqi müəllimi (film, 1983)
- Nakəs (film, 1991)
- O dünyadan salam (film, 1991)
- Romeo mənim qonşumdur (film, 1963)
- Sabiqlər (film, 1999)
- Sabiqlərin yeni sərgüzəştləri (film, 2000)
- Sevdagül və Şarlotta (film, 1986)
- Sehrli çıraq (film, 1987)
- Ulduz (film, 1964)
- Ünvansız eşq (2011)
- Üzr istəyirəm (film, 1985)
- Yaşıl eynəkli adam (film, 1987)
- Yaşıl eynəkli adam-2 (film, 1999)
- Yaxşı qurtardıq (film, 1985)
- Yay gününün xəzan yarpaqları (film, 1986)
- Yeganə çıxış yolu (film, 1980)
- Yol əhvalatı (film, 1980)
- Yuxu (film, 2001)
- Həmyerlilər (film-tamaşa,1998)
Xatirəsi
redaktə2004-cü ildə Səyavuş Aslanın 70 illiyinə Əsgər Əsgərov tərəfindən 70-dən 1-ə… 1-dən 70-ə adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
İstinadlar
redaktə- ↑ Unudulmaz gülüş ustası: Səyavuş Aslan //Ekran-efir.- 2015.- 3 iyul.- S. 13.
- ↑ "Səyavuş Aslanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-16.
- ↑ Respublikanın incəsənət işçilərinə Azərbaycan SSR-in fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1974-cü il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrının artistlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ S. M. Aslanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1995-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2019.
- ↑ "S.M. Aslanovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2019.
- ↑ "Azərbaycan Respublikası teatr xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2019.