Azerbaycan 2015 Avropa Oyunlarinda - Wikipedia
Azərbaycan — 2015-ci ildə baş tutan I Avropa Oyunlarında. 12–28 iyun tarixlərində baş tutan I Avropa Oyunları Azərbaycan Milli Komandası 29 idman növü üzrə 289 idmançı ilə təmsil olundu. Azərbaycan I Avropa Oyunlarını 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) başa vurdu. Bu nəticələrə əsasən Azərbaycan medal sıralanmasında Rusiyadan sonra 2-ci pillədə qərarlaşdı.
Azərbaycan 2015 Avropa Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 289 idmançı (29 idman növündə) | ||||||||
Bayraqdar | Elmar Qasımov (açılış mərasimi) | ||||||||
Medallar Yer: 2 |
| ||||||||
Avropa Oyunları | |||||||||
2015 • 2019 • 2023 |
Azərbaycan idmançıları 29 idman növündən 12-də medala sahib oldu. Karateçilər Firdovsi Fərzəliyev, Rafael Ağayev, İrina Zaretsja və Ayxan Mamayev, yunan-roma güləşçiləri Rəsul Çunayev və Elvin Mürsəliyev, qadın güləşçiləri Mariya Stadnij və Anjela Doroqan, sərbəst güləşçilər Toğrul Əsgərov və Xetaq Qazyumov, taejvondoçular Ayxan Tağızadə, Milad Beygi və Radij İsayev, idman gimnastı Oleq Stepjo, bojsçular Teymur Məmmədov, Elvin Məmişzadə, Lorenso Sotomayor, Albert Səlimov, Pərviz Bağırov və Abdulqədir Abdullayev, para-cüdoçu İlham Zəjiyev I Avropa Oyunlarının qalibləri oldular.
Medalçıların siyahısı
redaktəAzərbaycan Milli Komandası I Avropa Oyunlarını 25 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) başa vurdu.
Firdovsi Fərzəliyev | Karate | Kişilər, Kumite, −60 kq | 13 iyun | |
Rəfael Ağayev | Karate | Kişilər, Kumite, −75 kq | ||
Rəsul Çunayev | Güləş | Kişilər, yunan-roma, 71 kq | ||
İrina Zaretska | Karate | Qadınlar, Kumite, −68 kq | 14 iyun | |
Ayxan Mamayev | Karate | Kişilər, Kumite, −84 kq | ||
Elvin Mürsəliyev | Güləş | Kişilər, yunan-roma, 75 kq | ||
Mariya Stadnik | Güləş | Qadınlar, sərbəst, 48 kq | 15 iyun | |
Anjela Doroqan | Güləş | Qadınlar, sərbəst, 53 kq | 16 iyun | |
Toğrul Əsgərov | Güləş | Kişilər, sərbəst, 65 kq | 17 iyun | |
Xetaq Qazyumov | Güləş | Kişilər, sərbəst, 97 kq | ||
Ayxan Tağızadə | Taekvondo | Kişilər, −68 kq | ||
Milad Beigi | Taekvondo | Kişilər, −80 kq | 18 iyun | |
Radik İsayev | Taekvondo | Kişilər, +80 kq | 19 iyun | |
Oleq Stepko | İdman gimnastikası | Kişilər, parallel qollar | 20 iyun | |
Teymur Məmmədov | Boks | Kişilər, 81 kq | 25 iyun | |
Elvin Məmişzadə | Boks | Kişilər, 52 kq | 26 iyun | |
Lorenso Sotomayor | Boks | Kişilər, 64 kq | ||
İlham Zəkiyev | Cüdo | Kişilər, gözdən əlil idmançılar, +90 kq | ||
Albert Səlimov | Boks | Kişilər, 60 kq | 27 iyun | |
Pərviz Bağırov | Boks | Kişilər, 69 kq | ||
Abdulqədir Abdullayev | Boks | Kişilər, 91 kq | ||
Rafiq Hüseynov | Güləş | Kişilər, yunan-roma, 80 kq | 13 iyun | |
Sabah Şəriəti | Güləş | Kişilər, yunan-roma, 130 kq | 14 iyun | |
Valentin Demyanenko | Kanoe sprint | Kişilər, Kanoe, 200 m. | 16 iyun | |
Oleq Stepko | İdman gimnastikası | Kişilər, çoxnövçülük | 18 iyun | |
Fəridə Əzizova | Taekvondo | Qadınlar, −67 kq | ||
Oleq Stepko | İdman gimnastikası | Kişilər, gimnastika atı | 20 iyun | |
Marina Durunda | Bədii gimnastika | Qadınlar, lent, fərdi | 21 iyun | |
Nəzakət Xəlilova | Sambo | Qadınlar, −52 kq | 22 iyun | |
İslam Qasımov | Sambo | Kişilər, −57 kq | ||
Amil Qasımov | Sambo | Kişilər, −74 kq | ||
Vasif Səfərbəyov | Sambo | Kişilər, +100 kq | ||
Orxan Səfərov | Cüdo | Kişilər, −60 kq | 25 iyun | |
Sevil Bünyatova | Qılıncoynatma | Qadınlar, sablya, fərdi | ||
Səbinə Abdullayeva | Cüdo | Qadınlar, gözdən əlil idmançılar, −57 kq | 26 iyun | |
Xaybula Musalov | Boks | Kişilər, 75 kq | 27 iyun | |
İlahə Qasımova | Karate | Qadınlar, Kumite, −55 kq | 13 iyun | |
Niyazi Əliyev | Karate | Kişilər, Kumite, −67 kq | ||
Elman Muxtarov | Güləş | Kişilər, yunan-roma, 59 kq | ||
Rostislav Pevtsov | Triatlon | Kişilər | 14 iyun | |
Həsən Əliyev | Güləş | Kişilər, yunan-roma, 66 kq | ||
Eldar Səfərov Oleq Stepko Petro Paxnyuk |
İdman gimnastikası | Kişilər, Komanda | 15 iyun | |
Nataliya Sinişin | Güləş | Qadınlar, sərbəst, 55 kq | ||
Patimat Abakarova | Taekvondo | Qadınlar, −49 kq | 16 iyun | |
Cəbrayıl Həsənov | Güləş | Kişilər, sərbəst, 74 kq | 17 iyun | |
Hacı Əliyev | Güləş | Kişilər, sərbəst, 61 kq | 18 iyun | |
Ruslan Dibirhacıyev | Güləş | Kişilər, sərbəst, 70 kq | ||
Camaləddin Məhəmmədov | Güləş | Kişilər, sərbəst, 125 kq | ||
Oleq Stepko | İdman gimnastikası | Kişilər, dayaqla tullanma | 20 iyun | |
İlya Qrişunin | Batut gimnastikası | Kişilər, fərdi | 21 iyun | |
Tayfur Əliyev | Boks | Kişilər, 56 kq | 24 iyun | |
Anna Əlimərdanova | Boks | Qadınlar, 51 kq | 25 iyun | |
Məhəmmədrəsul Məcidov | Boks | Kişilər, +91 kq | ||
Sevinc Bünyatova | Qılıncoynatma | Qadınlar, sablya, fərdi | ||
Yana Alekseyeva | Boks | Qadınlar, 57 kq | 26 iyun | |
Zakir Mislimov | Cüdo | Kişilər, gözdən əlil idmançılar, +90 kq |
Nəticələri
redaktəBoks
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
Birinci Avropa Oyunlarında bu idman növü üzrə turnirlər 13-27 iyunda Kristal Zalında baş tutdu. Azərbaycan bu idman növü üzrə 15 idmançı təmsil elədi. Komandanın heyətinə titullu və təcrübəli idmançılar — Olimpiya Oyunlarının medalçıları Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov, Dünya çempionu Albert Səlimov, Dünya Çempionatının finalçısı Yana Alekseyeva, Avropa çempionları Salman Əlizadə və Yelena Vıstropova, Avropa Çempionatının medalçıları Elvin Məmişzadə və Leyla Cavadova, gənc idmançılar Tayfur Əliyev, Pərviz Bağırov və Anaxanım Ağayeva, həmçinin Lorenso Sotomayor, Xaybula Musalov, Abdulqədir Abdullayev və Anna Əlimərdanova cəlb edildi.
Birinci Avropa Oyunlarının nəticələrinə əsasən Azərbaycan yığması turniri 6 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurdu. Komanda bu nəticələrə əsasən qeyri-rəsmi medal sıralanmasından birinci pillənin sahibi oldu.
Kişilərin 49 Kq. turnirində Azərbaycanı 2011-ci il Avropa Çempionatının qalibi, 22 yaşlı Salman Əlizadə təmsil elədi. Təsnifat mərhələsindən azad olan Salman Əlizadə turnirin 1/4 final mərhələsində İrlandiya nümayəndəsi Brendan İrvine ilə üz-üzə gəldi. İyunun 22-də baş tutan görüşdə Salman Əlizadə rəqibinə məğlub oldu (1:2) və Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.
Kişilərin 52 Kq. turnirində Azərbaycanı son Avropa Çempionatının bürünc medalçısı olan 24 yaşlı Elvin Məmişzadə təmsil elədi. Təsnifat mərhələsindən azad olan Elvin Məmişzadə turnirin 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Miles Kasey ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Daniel Asenov oldu. İyunun 22-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibinə qalib gəldi (2:1) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Almaniya nümayəndəsi Həmzə Tuba oldu. İyunun 25-də baş tutan görüşdə Elvin Məmişzadə rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi İtaliya nümayəndəsi Vinçenzo Piardi oldu. Rəqib Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının medallarına sahib olan təcrübəli idmançı idi. İyunun 26-da baş tutan final görüşündə Elvin Məmişzadə rəqibi üzərində qələbə qazandı (3:0). Bununla da Elvin Məmişzadə Birinci Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı Avropa Oyunlarının qızıl medalını ona Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Kişilərin 56 Kq. turnirində isə Azərbaycanı 18 yaşlı Tayfur Əliyev təmsil elədi. Təsnifat mərhələsindən azad olan Tayfur Əliyev turnirin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Nicolae Andreyana ilə üz-üzə gəldi. Həmin görüşdə Tayfur Əliyev rəqibi üzərində qələbə qazandı (3:0). Bununla da Tayfur Əliyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Danimarka nümayəndəsi Frederix Yensen oldu. İyunun 22-də baş tutan görüşdə Tayfur Əliyev rəqibinə qalib gəldi (2:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Bəxtiyar Nəzirov oldu. İyunun 24-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tayfur Əliyev rəqibinə məğlub (1:2). Bununla da Tayfur Əliyev Birinci Avropa Oyunlarını bürünc medalla başa vurdu.
Kişilərin 60 Kq. turnirində Azərbaycanı Dünya və Avropa Çempionatlarının qalibi, 28 yaşlı Albert Səlimov təmsil elədi. Təsnifat mərhələsindən azad olan Albert Səlimov turnirin 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Otar Eranosyan ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Elian Dimitrov oldu. Bu görüşdə də Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İrlandiya nümayəndəsi Sean Komb oldu. İyunun 26-da baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Fransa nümayəndəsi Sofian Oumiha oldu. İyunun 27-də baş tutan final görüşündə Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu.
Kişilərin 64 Kq. turnirində Azərbaycanı 30 yaşlı Lorenso Sotomayor təmsil elədi. Lorenso Sotomayorun turnirin təsnifat mərhələsində rəqibi Sloveniya nümayəndəsi Edin Secdinoviç oldu. İyunun 18-də baş tutan görüşdə Lorenso Sotomayor rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Moldova təmsilçisi Dmitri Galagot oldu. İyunun 20-də baş tutan görüşdə Lorenso Sotomayor rəqibinə qalib gəldi (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rumıniya nümayəndəsi Daniel Niculescu oldu. Həmin görüşdə də Lorenso Sotomayor rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Ukrayna təmsilçisi Vihtor Petrov oldu. İyunun 25-də baş tutan görüşdə Lorenso Sotomayor bu səfərdə rəqibindən üstün oldu — 3:0. Bununla da Lorenso Sotomayor Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi 2012-ci il London Olimpiadasının bürünc medalına sahib olan İtaliya nümayəndəsi Vinçenzo Manciaçapre oldu. İyunun 26-da baş tutan final görüşündə Lorenso Sotomayor rəqibindən üstün oldu. Nəticədə Lorenso Sotomayor rəqibi üzərində qələbə qazandı (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı Avropa Oyunlarının qızıl medalını ona Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Kişilərin 69 Kq. turnirində Azərbaycanı 20 yaşlı Pərviz Bağırov təmsil elədi. Təsnifat mərhələsindən azad olan Pərviz Bağırov turnirin 1/8 final mərhələsində Moldova nümayəndəsi Vasil Belus ilə üz-üzə gəldi. İyunun 20-də baş tutan həmin görüşdə Pərviz Bağırov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Almaniya nümayəndəsi Abbas Barau oldu. Bu görüşdə də Pərviz Bağırov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Coş Kelli oldu. İyunun 26-da baş tutan həmin görüşdə Pərviz Bağırov rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi son Avropa Çempionatının qalibi olan Rusiya nümayəndəsi Olesandr Besputin oldu. İyunun 27-də baş tutan final görüşündə Pərviz Bağırov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu.
Kişilərin 75 Kq. turnirində Azərbaycanı 24 yaşlı Xaybula Musalov təmsil elədi. Təsnifat mərhələsindən azad olan Xaybula Musalov turnirin 1/8 final mərhələsində Fransa nümayəndəsi Xristian M'billi ilə üz-üzə gəldi. Həmin görüşdə Xaybula Musalov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Belarus nümayəndəsi Vitali Bandarea oldu. İyunun 24-də baş tutan bu görüşdə də Xaybula Musalov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Macarıstan nümayəndəsi Zoltan Harsça oldu. İyunun 26-da baş tutan həmin görüşdə Xaybula Musalov rəqibi üzərində qələbə qazandı (2:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi İrlandiya nümayəndəsi Mixael O'Relli oldu. İyunun 27-də baş tutan final görüşündə Xaybula Musalov rəqibinə məğlub oldu (1:2) və Birinci Avropa Oyunlarını gümüş medalla başa vurdu.
Kişilərin 81 Kq. turnirində Azərbaycanı 2012-ci il London Olimpiadasının bürünc medalçısı olan 22 yaşlı Teymur Məmmədov təmsil elədi. Teymur Məmmədovun turnirin təsnifat mərhələsində rəqibi Birləşmiş Krallıq nümayəndəsi Coşua Buatsi oldu. İyunun 18-də baş tutan görüşdə Teymur Məmmədov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/8 final mərhələsinə adladı. Bu görüş zamanı Teymur Məmmədov başından zədə aldı. Görüşdən sonra tibbi personalın müayinəsinə əsasən Teymur Məmmədovun 1/8 final mərhələsində mübarizə aparmasına icazə verildi. Bu mərhələdə onun rəqibi Polşa nümayəndəsi Yordan Kulinsi oldu. Həmin görüşdə Teymur Məmmədov rəqibinə qalib gəldi (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Teymur Məmmədov Niderland nümayəndəsi Peter Müllenberq ilə üz-üzə gəldi. İyunun 22-də Teymur Məmmədov rəqibi üzərində qələbə qazandı (3:0) və Birinci Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Pavel Silyaqin oldu. İyunun 24-də baş tutan görüşdə Teymur Məmmədov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi İtaliya nümayədəsi Valentino Manfredoniya oldu. Final görüşündə Teymur Məmmədov rəqibi üzərində qələbə qazandı (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Kişilərin 91 Kq. turnirində Azərbaycanı 26 yaşlı Abdulqədir Abdullayev təmsil elədi. Təsnifat mərhələsindən azad olan Abdulqədir Abdullayev turnirin 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Adam Hamori ilə üz-üzə gəldi. Həmin görüşdə Abdulqədir Abdullayev rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Pol Omba-Bionqolo oldu. Bu görüşdə də Abdulqədir Abdullayev rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Sadam Məhəmmədov oldu. İyunun 26-da baş tutan görüşdə Abdulqədir Abdullayev rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Gevorg Manuhyan oldu. İyunun 27-də baş tutmalı olan görüşdə rəqib zədə səbəbilə mübarizə aparmadı və Abdulqədir Abdullayev Birinci Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Kişilərin +91 Kq. turnirində isə Azərbaycan Dünya və Avropa Çempionatlarının qalibi, 2012-ci il London Olimpiadasının bürünc medalçısı olan 28 yaşlı Məhəmmədrəsul Məcidov təmsil elədi. Təsnifat mərhələsindən azad olan Məhəmmədrəsul Məcidov turnirin 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Mixeil Baxtidze ilə üz-üzə gəldi. Həmin görüşdə Məhəmmədrəsul Məcidov rəibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi Əli Ərən Dəmirəzən oldu. İyunun 22-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmmədrəsul Məcidov rəqibinə qalib gəldi (3:0) və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya Federasiyası nümayəndəsi Həsən Hümbətov oldu. İyunun 25-də baş tutmalı olan görüşdə Məhəmmədrəsul Məcidov mübarizə aparmadı. Buna səbəb onun hələ turnirdən əvvəl zədəli olması, turnir zamanı isə zədəsinin daha da şiddətlənməsi oldu. Bununla da Məhəmmədrəsul Məcidov Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Qadınların 51 Kq. turnirində Azərbaycanı Anaxanım Ağayeva təmsil elədi. Turnirin təsnifat mərhələsində Anaxanım Ağayeva Polşa nümayəndəsi Sandra Drabni ilə üz-üzə gəldi. Həmin görüşdə Anaxanım Ağayeva rəqibinə məğlub oldu (0:3) və Birinci Avropa Oyunlarını doqquzuncu pillədə başa vurdu.
Qadınların 54 Kq. turnirində Azərbaycanı 24 yaşlı Anna Əlimərdanova təmsil elədi. Turnirin təsnifat mərhələsindən azad olan Anna Əlimərdanova 1/4 final mərhələsində Bolqarıstan nümayəndəsi Stanimira Petrova ilə üz-üzə gəldi. Rəqib son Dünya Çempionatının qalibi idi. Həmin görüşdə Anna Əlimərdanova rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Yelena Savelyeva oldu. Bu rəqibdə Dünya və Avropa Çempionatlarının qalibi olan təcrübəli idmançı idi. İyunun 25-də baş tutan görüşdə Anna Əlimərdanova rəqibinə məğlub oldu (0:3) və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Qadınların 60 Kq. turnirində Azərbaycanı son Dünya Çempionatının finalçısı olan 27 yaşlı Yana Alekseyeva təmsil elədi. Turnirin 1/8 final mərhələsində Yana Alekseyeva Finlandiya nümayəndəsi Mira Pothonen ilə üz-üzə gəldi. Həmin görüşdə Yana Alekseyeva rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Zinaida Dobrınina oldu. İyunun 24-də baş tutan görüşdə Yana Alekseyeva rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İrlandiya nümayəndəsi Keti Teylor oldu. Rəqib son olimpiya çempionu, dəfələrlə Dünya və Avropa Çempionatlarının qalibi olan titullu idmançı idi. İyunun 26-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Yana Alekseyeva rəqibinə məğlub oldu (1:2) və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Qadınların 64 Kq. turnirində Azərbaycanı son Avropa Çempionatının qalibi olan 26 yaşlı Yelena Vıstropova təmsil elədi. Turnirin təsnifat mərhələsindən azad olan Yelena Vıstropova 1/4 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Sandi Ryan ilə üz-üzə gəldi. Rəqib son Dünya Çempionatının finalçısı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Yelena Vıstropova rəqibinə məğlub oldu (1:2) və Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.
Qadınların 75 Kq. turnirində Azərbaycanı son Avropa Çempionatının bürünc medalçısı olan 22 yaşlı Leyla Cavadova təmsil elədi. Turnirin təsnifat mərhələsində Leyla Cavadova Rusiya nümayəndəsi Yaroslava Yahuşina ilə üz-üzə gəldi. Həmin görüşdə Leyla Cavadova rəqibinə məğlub oldu (0:2) və Birinci Avropa Oyunlarını doqquzuncu pillədə başa vurdu.
Salman Əlizadə | 49 Kq. | Məğ. 1:2 |
|||||
Elvin Məmişzadə | 52 Kq. | Qəl. 3:0 |
Qəl. 2:1 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
||
Tayfur Əliyev | 56 Kq. | Qəl. 3:0 |
Qəl. 3:0 |
Məğ. 1:2 |
|||
Albert Səlimov | 60 Kq. | Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
||
Lorenso Sotomayor | 64 Kq. | Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
|
Pərviz Bağırov | 69 Kq. | Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
||
Xaybula Musalov | 75 Kq. | Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 2:1 |
Məğ. 0:3 |
||
Teymur Məmmədov | 81 Kq. | Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
|
Abdulqədir Abdullayev | 91 Kq. | Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. 3:0 |
Qəl. WO |
||
Məhəmmədrəsul Məcidov | +91 Kq. | Qəl. 3:0 |
Qəl. 3:0 |
Məğ. WO |
|||
Anaxanım Ağayeva | 51 Kq. | Məğ. 0:3 |
|||||
Anna Əlimərdanova | 54 Kq. | Qəl. 3:0 |
Məğ. 0:3 |
||||
Yana Alekseyeva | 60 Kq. | Qəl. 3:0 |
Qəl. 3:0 |
Məğ. 1:2 |
|||
Yelena Vıstropova | 64 Kq. | Məğ. 1:2 |
|||||
Leyla Cavadova | 75 Kq. | Məğ. 0:2 |
Cüdo
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
Para-cüdo
redaktəİyunun 26-da Birinci Avropa Oyunlarında para-cüdo turnirləri baş tutdu. Qadınların -57 Kq. turnirində Azərbaycanı Dünya Çempionatının finalçısı Səbinə Abdullayeva təmsil elədi.[1] Turnirin 1/4 final mərhələsində Səbinə Abdullayeva İspaniya nümayəndəsi Mariya Moni Merensiano ilə üz-üzə gəldi. Rəqib son üç paralimpiadanın bürünc medalçısı idi. Həmin görüşdə Səbinə Abdullayeva rəqibi üzərində ipponla qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Ukrayna nümayəndəsi Nataliya Niholayçuh oldu. Rəqib son paralimpiadanın bürünc medalçısı idi. Həmin görüşdə Səbinə Abdullayeva rəqəbinə qalib gəldi (011:000) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi digər Ukrayna nümayəndəsi İnna Çernyah oldu. Rəqib Dünya və Avropa Çempionatlarının qalibi idi. Həmin görüşdə Səbinə Abdullayeva rəqibinə ipponla məğlub oldu və Birinci Avropa Oyunlarını gümüş medalla başa vurdu.
Kişilərin +90 Kq. turnirində isə Azərbaycanı 2004 və 2008-ci illərdə paralimpiadaların, dəfələrlə Dünya və Çempionatların qalibi olan 35 yaşlı İlham Zəkiyev, həmçinin Zakir Mislimov təmsil elədi.[2] Zakir Mislimov turnirin təsnifat mərhələsində Ukrayna nümayəndəsi Olesandr Pominov ilə üz-üzə gəldi. Həmin görüşdə Zakir Mislimov rəqibinə ipponla məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Zakir Mislimov təsəlliverici qrupda mübarizəsinə davam elədi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Fransa nümayəndəsi Yulian Turins oldu. Həmin görüşdə Zakir Mislimov rəqibinə ipponla qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə isə onun rəqibi Yunanıstan nümayəndəsi Klimis Papaçristos oldu. Bu görüşdə də Zakir Mislimov rəqibi üzərində ipponla qələbə qazandı və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
İlham Zəkiyev isə təsnifat mərhələsindən azad idi və turnirin yarım-final mərhələsində Yunanıstan nümayəndəsi Klimis Papaçristos ilə üz-üzə gəldi. Həmin görüşdə İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Ukrayna nümayəndəsi Olesandr Pominov oldu. Bu görüşdə də İlham Zəkiyev rəqibi üzərində ipponla qələbə qazandı və Birinci Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
İlham Zəkiyev | +90 Kq. | Qəl. 100:000 |
Qəl. 100:000 |
|||
Zakir Mislimov | Məğ. 000:100 |
Qəl. 101:000 |
Qəl. 100:000 |
|||
Səbinə Abdullayeva | -57 Kq. | Qəl. 100:000 |
Qəl. 011:000 |
Məğ. 001:100 |
Güləş
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
Birinci Avropa Oyunlarında güləş idman növü üzrə turnirlər 13-18 iyunda Heydər Əliyev adına İdman Arenasında baş tutdu. Azərbaycan bu idman növü üzrə 24 güləşçi təmsil elədi. Komandanın heyətinə titullu və təcrübəli idmançılar — olimpiya çempionu Toğrul Əsgərov, Olimpiya Oyunlarının medalçıları Mariya Stadnik, Yuliya Ratkeviç və Xetaq Qazyumov, Dünya çempionları Həsən Əliyev və Hacı Əliyev, Dünya Çempionatının medalçıları Rəsul Çunayev, Elvin Mürsəliyev, Saman Təhmasibi və Camaləddin Məhəmmədov, Avropa çempionları Rafiq Hüseynov, Nataliya Sinişin, Nadejda Sementsova, Ruslan Dibirhacıyev və Cəbrayıl Həsənov, Avropa Çempionatının medalçıları İrina Netreba və Yaşar Əliyev, gənc güləçilər Elman Muxtarov, Orxan Nuriyev, Elmira Qəmbərova və Nurməhəmməd Hacıyev, həmçinin Sabah Şəriəti, Anjela Doroqan və Gözəl Zutova cəlb edildi.
Birinci Avropa Oyunlarının nəticələrinə əsasən güləş üzrə Azərbaycan yığması turniri 6 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurdu. Komanda bu nəticələrə əsasən qeyri-rəsmi medal sıralanmasından ancaq Rusiya yığmasından geri qalaraq 2-ci pillənin sahibi oldu.
Yunan-roma güləşi
redaktəİyunun 13-də Birinci Avropa Oyunlarının güləş turnirlərinin I günündə Elman Muxtarov, Rəsul Çunayev, Rafiq Hüseynov və Orxan Nuriyev mübarizə apardı. Azərbaycanı 59 Kq. turnirində Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, 20 yaşlı Elman Muxtarov təmsil elədi. Elman Muxtarov turnirin 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Gizo Meladze ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elman Muxtarov rəqibinə 5:4 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Norveç nümayəndəsi Stig Andre Berge oldu. Rəqib son Dünya Çempionatının bürünc medalçısı idi. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutan və nəticədə Elman Muxtarov rəqibi üzərində 7:6 hesabı ilə qələbə qazanaraq Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Stepan Maryanyan oldu. Həmin görüşdə Elman Muxtarov rəqibinə 2:11 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Ermənistan nümayəndəsi Roman Amoyan oldu. Rəqib 2008-ci il olimpiadasının bürünc medalçısı və 2 dəfə Avropa Çempionatının qalibi olan təcrübəli güləşçi idi. Həmin görüşdə Elman Muxtarov rəqibi üzərində 10:1 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
71 Kq. turnirində Azərbaycanı son Dünya Çempionatının bürünc medalçısı, 24 yaşlı Rəsul Çunayev təmsil elədi. Rəsul Çunayev turnirin 1/8 final mərhələsində Moldova nümayəndəsi Daniel Kataraga ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Çunayev rəqibi üzərində 7:6 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Xorvatiya nümayəndəsi Domini Etlinger oldu. Həmin görüşdə Rəsul Çunayev rəqibinə 4:0 hesabı ilə qalib gəldi. Bununla da Rəsul Çunayev Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Bolqarıstan nümayəndəsi Svilen Kostadinov oldu. Bu görüşdə Rəsul Çunayev rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazandı. Bununla da Rəsul Çunayev Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Macarıstan nümayəndəsi Balint Korpasi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rəsul Çunayev rəqibinə 4:2 hesabı ilə qalib gəldi. Bu minvalla da Rəsul Çunayev Birinci Avropa Oyunlarının qalibi oldu. Bununla Rəsul Çunayev həm də Azərbaycanın Avropa Oyunları tarixində çempion olan birinci güləşçi olaraq tarixə düşdü. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Azərbaycanı 80 Kq. turnirində 2011-ci il Avropa Çempionatının qalibi, 26 yaşlı Rafiq Hüseynov təmsil elədi. Turnirin 1/8 final mərhələsində Rafiq Hüseynovun rəqibi Avstriya nümayəndəsi Mixael Vaqner oldu. Həmin görüşdə Rafiq Hüseynov rəqibi üzərində 11:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Daniel Alesandrov oldu. Bu görüşdə də Rafiq Hüseynov rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazandı və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Türkiyə nümayəndəsi Səlcuq Cəbi oldu. Rəqib 2 dəfə Dünya Çempionatının qalibi olan təcrübəli güləşçi idi. Bununla belə Rafiq Hüseynov ardıcıl olaraq üçüncü görüşündə də rəqibi üzərində inamlı qələbə qazandı (10:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Yevgeni Saleyev oldu. Rəqib son Dünya Çempionatının gümüş medalçısı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafiq Hüseynov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və Birinci Avropa Oyunlarını gümüş medalla başa vurdu.
İyunun 13-də son olaraq Azərbaycanı 98 Kq. turnirində təmsil edən gənclər arasında Dünya Çempionatının qalibi, 19 yaşlı Orxan Nuriyev mübarizə apardı. Orxan Nuriyev turnirin təsnifat mərhələsində İsveç nümayəndəsi Teodoros Tunusidis ilə üz-üzə gəldi. Həmin görüşdə Orxan Nuriyev rəqibinə 4:1 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Litva nümayəndəsi Vilius Laurinaitis oldu. Həmin görüşdə Orxan Nuriyev rəqibi üzərində 10:1 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adlaıd. Bu mərhələdə isə onun rəqibi Rusiya nümayəndəsi İslam Məhəmmədov oldu. Həmin görüşdə Orxan Nuriyev rəqibinə 1:4 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Orxan Nuriyev təsəlliverici qrupda mübarisinə davam elədi. Təsəlliverici qrupda Orxan Nuriyevin rəqibi Estoniya nümayəndəsi Ardo Arusaar oldu. Həmin görüşdə Orxan Nuriyev rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Türkiyə nümayəndəsi Cem İldem oldu. Rəqib son Dünya Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Orxan Nuriyev rəqibinə 0:2 hesabı ilə məğlub oldu və Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.
İyunun 14-də Birinci Avropa Oyunlarının güləş turnirlərinin II günündə Həsən Əliyev, Elvin Mürsəliyev, Saman Təhmasibi və Sabah Şəriəti mübarizə apardı. Azərbaycanı 66 Kq. Dünya və Avropa Çempionatlarının qalibi, 25 yaşlı Həsən Əliyev təmsil elədi. Təsnifat mərhələsində Həsən Əliyev Gürcüstan nümayəndəsi Saçino Davitaya ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Həsən Əliyev rəqibinə 4:2 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Xorvatiya nümayəndəsi Daniel Yaneçiç oldu. Bu görüşdə Həsən Əliyev rəqibinə 5:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Belarus nümayəndəsi Mixail Semyonov oldu. Rəqib 2008-ci il olimpiadasının bürünc medalçısı idi. Həmin görüşdə də Həsən Əliyev rəqibi üzərində qələbə qazandı (4:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Ermənistan nümayəndəsi Miqran Arutyunyan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Həsən Əliyev rəqibinə 5:8 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə Həsən Əliyevin rəqibi Serbiya nümayəndəsi Alesandr Masimoviç oldu. Bu görüşdə Həsən Əliyev rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
75 Kq. turnirində Azərbaycanı son Dünya və Avropa Çempionatlarının bürünc medalçısı, 26 yaşlı Elvin Mürsəliyev təmsil elədi. Təsnifat mərhələsində Elvin Mürsəliyev Slovakiya nümayəndəsi Riçard Rigo ilə üz-üzə gəldi. Həmin görüşdə Elvin Mürsəliyev rəqibi üzərində 8:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rumıniya nümayəndəsi Yonel Puşsaçu oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin Mürsəliyev rəqibinə qalib gəldi (2:2) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Rusiya nümayəndəsi Çingiz Labazanov oldu. Rəqib son Dünya Çempionatının qalibi olan təcrübəli güləşçi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin Mürsəliyev rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Gürcüstan nümayəndəsi Zurabi Datunaşvili oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Elvin Mürsəliyev rəqibinə 4:2 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Serbiya nümayəndəsi Vitor Nemes oldu. Final görüşündə Elvin Mürsəliyev rəqibi üzərində 5:1 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının qalibi oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Azərbaycanı 85 Kq. turnirində son Dünya Çempionatının finalçısı, 30 yaşlı Saman Təhmasibi təmsil elədi. Turnirin təsnifat mərhələsində Saman Təhmasibi İtaliya nümayəndəsi Fabio Parisi ilə üz-üzə gəldi. Həmin görüşdə Saman Təhmasibi rəqibi üzərində 8:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Ermənistan nümayəndəsi Masim Manuhyan oldu. Həmin görüşdə Saman Təhmasibi rəqibinə 0:10 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazanmadığına görə Saman Təhmasibi təsəlliverici qrupda mübarizə aparmadı və Birinci Avropa Oyunlarını 8-ci pillədə başa vurdu.
İyunun 14-də son olaraq Azərbaycanı 130 Kq. turnirində təmsil edən 26 yaşlı Sabah Şəriəti mübarizə apardı. Sabah Şəriəti turnirin 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Nihola Kuçmi ilə üz-üzə gəldi. Həmin görüşdə Sabah Şəriəti rəqibi üzərində 8:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Yaqubi Kacaya oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Sabah Şəriəti rəqibinə 5:2 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Belarus nümayəndəsi İosif Çuqoşvili oldu. Bu görüşdə Sabah Şəriəti rəqibi üzərində "tuş"la qələbə qazandı (6:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi 2012-ci il London Olimpiadasının bürünc medalçısı, Dünya və Avropa Çempionatlarının qalibi olan Türkiyə nümayəndəsi Rıza Kayaalp oldu. Final görüşündə Sabah Şəriəti təcrübəli və titullu rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Birinci Avropa Oyunlarını gümüş medalla başa vurdu.
Birinci Avropa Oyunlarının nəticələrinə əsasən yunan-roma güləşi üzrə Azərbaycan yığması turniri 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurdu. Komanda bu nəticələrə əsasən qeyri-rəsmi medal sıralanmasından ancaq Rusiya yığmasından geri qalaraq 2-ci pillənin sahibi oldu.
Elman Muxtarov | 59 Kq. | Qəl. 5:4 |
Qəl. 7:6 |
Məğ. 2:11 |
Qəl. 10:1 |
||||
Həsən Əliyev | 66 Kq. | Qəl. 4:2 |
Qəl. 5:0 |
Qəl. 4:0 |
Məğ. 5:8 |
Qəl. 4:0 |
|||
Rəsul Çunayev | 71 Kq. | Qəl. 7:6 |
Qəl. 4:0 |
Qəl. 10:0 |
Qəl. 4:2 |
||||
Elvin Mürsəliyev | 75 Kq. | Qəl. 8:0 |
Qəl. 2:2 |
Qəl. 4:2 |
Qəl. 5:1 |
Qəl. 4:0 |
|||
Rafiq Hüseynov | 80 Kq. | Qəl. 11:0 |
Qəl. 10:0 |
Qəl. 10:0 |
Məğ. 0:2 |
||||
Saman Təhmasibi | 85 Kq. | Qəl. 8:0 |
Məğ. 0:10 |
||||||
Orxan Nuriyev | 98 Kq. | Qəl. 4:1 |
Qəl. 10:1 |
Məğ. 1:4 |
Qəl. 2:0 |
Məğ. 0:5 |
|||
Sabah Şəriəti | 130 Kq. | Qəl. 8:0 |
Qəl. 5:2 |
Qəl. 6:0 |
Məğ. 1:4 |
Sərbəst güləş
redaktəİyunun 17-də Birinci Avropa Oyunlarının güləş turnirlərinin V günündə Yaşar Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Xetaq Qazyumov mübarizə apardı. Azərbaycanı 57 Kq. turnirində Avropa Çempionatının bürünc medalçısı, 25 yaşlı Yaşar Əliyev təmsil elədi. Yaşar Əliyev turnirin 1/8 final mərhələsində Fransa nümayəndəsi Zoheyr Al-Urraqe ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Yaşar Əliyev rəqibinə 10:4 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ermənistan nümayəndəsi Qari Barseqyan oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə isə Yaşar Əliyev rəqibi üzərində 10:6 hesabı ilə qələbə qazandı. Bununla da Yaşar Əliyev Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Vitor Lebedev oldu. Rəqib 2 dəfə Dünya Çempionatının qalibi olan təcrübəli güləşçi idi. Bu görüşdə Yaşar Əliyev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Türkiyə nümayəndəsi Sezar Ağgül oldu. Rəqib bundan əvvəl Dünya və Avropa Çempionatlarında medallara sahib olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Yaşar Əliyev rəqibinə "tuş"la məğlub oldu (4:8) və Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.
Azərbaycanı 65 Kq. turnirində 2012-ci ildə Avropa Çempionatı və London Olimpiadasının qalibi olan 22 yaşlı Toğrul Əsgərov təmsil elədi. Toğrul Əsgərovun təsnifat mərhələsində rəqibi Rusiya nümayəndəsi İlyas Bəybulatov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Toğrul Əsgərov rəqibinə 8:7 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Sonradan Toğrul Əsgərov müsahibəsində bu görüşü "finala bərabər görüş" adlandırdı. Bu mərhələdə onun rəqibi Moldova nümayəndəsi Mihai Sava oldu. Həmin görüşdə Toğrul Əsgərov rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Fransa nümayəndəsi Maxime Fiqet oldu. Bu görüşdə də Toğrul Əsgərov rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Belarus nümayəndəsi Əzəmət Nuri oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Toğrul Əsgərov rəqibinə 8:2 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi İtaliya nümayəndəsi Franx Çamizo oldu. Görüşün birinci saniyələrindəcə Toğrul Əsgərov rəqibinə fənd tətbiq eləməyə çalışsa da, görüşün 30-cu saniyəsində rəqib onu fəndə saldı və hesabı 0:2 elədi. Bununla belə Toğrul Əsgərov inamlı mübarizəsinə davam elədi və görüşün 1:40-cı dəqiqəsində rəqibi üzərində "tuş"la qələbə qazandı. Bununla da Toğrul Əsgərov Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
74 Kq. turnirində Azərbaycanı 2 dəfə Avropa Çempionatının qalibi olan 25 yaşlı Cəbrayıl Həsənov təmsil elədi. Cəbrayıl Həsənov turnirin 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Mihali Naqi ilə üz-üzə gəldi. Həmin görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi son Avropa Çempionatının bürünc medalçısı olan Türkiyə nümayəndəsi Soner Demirtaş oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəbrayıl Həsənov rəqibinə "tuş"la (4:5) məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Cəbrayıl Həsənov təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Cəbrayıl Həsənov Finlandiya nümayəndəsi Henri Selenius ilə üz-üzə gəldi. Həmin görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində vaxtından əvvəl 11:0 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Bolqarıstan nümayəndəsi Kiril Terziyev oldu. Rəqib 2008-ci il olimpiadasının bürünc medalçısı idi. Bu görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 10:0 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
İyunun 17-də son olaraq 97 Kq. turnirində Azərbaycanı təmsil edən Dünya və Avropa Çempionatlarının qalibi, 2008 və 2012-ci illər olimpiadalarının bürünc medalçısı, 32 yaşlı Xetaq Qazyumov mübarizə apardı. Turnirin təsnifat mərhələsində Xetaq Qazyumov Polşa nümayəndəsi Radoslav Baran ilə üz-üzə gəldi. Həmin görüşdə Xetaq Qazyumov rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Moldova nümayəndəsi Nihola Çeban oldu. Bu görüşdə Xetaq Qazyumov rəqibinə 4:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Belarus nümayəndəsi İbrahim Səidov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Xetaq Qazyumov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Abdulsalam Qadisov oldu. Rəqib son Dünya Çempionatının qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Xetaq Qazyumov rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Gürcüstan nümayəndəsi Elizbar Odihadze oldu. Final görüşündə də Xetaq Qazyumov rəqibinə qalib gəldi (4:1). Bu minvalla da Xetaq Qazyumov Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
İyunun 18-də Birinci Avropa Oyunlarının güləş turnirlərinin VI günündə Hacı Əliyev, Ruslan Dibirhacıyev, Nurməhəmməd Hacıyev və Camaləddin Məhəmmədov mübarizə apardı. 61 Kq. turnirində Azərbaycanı son Dünya və Avropa Çempionatlarının qalibi Hacı Əliyev təmsil elədi. Turnirin 1/8 final mərhələsində Hacı Əliyev Ermənistan nümayəndəsi Valodya Franqulyan ilə üz-üzə gəldi. Həmin görüşdə Hacı Əliyev rəqibi üzərində 8:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Slovakiya nümayəndəsi Nihola Bolotnu oldu. Bu görüşdə Hacı Əliyev rəqibi üzərində vaxtından əvvəl 11:0 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya nümayəndəsi Alesandr Boqomoyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Hacı Əliyev rəqibinə 2:5 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Türkiyə nümayəndəsi Münir Recep Ağtaş oldu. Həmin görüşdə Hacı Əliyev rəqibi üzərində 10:2 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
70 Kq. turnirində Azərbaycanı son Avropa Çempionatının qalibi Ruslan Dibirhacıyev təmsil elədi. Turnirin 1/8 final mərhələsində Ruslan Dibirhacıyev Polşa nümayəndəsi Məhəmmədmurad Hacıyev ilə üz-üzə gəldi. Həmin görüşdə Ruslan Dibirhacıyev rəqibinə 2:8 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Ruslan Dibirhacıyev təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Ruslan Dibirhacıyevin rəqibi Bolqarıstan nümayəndəsi Miroslav Kirov oldu. Həmin görüşdə Ruslan Dibirhacıyev rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və təsəlliverici qrupun növbəti görüşünə adladı. Bu görüşdə onun rəqibi Macarıstan nümayəndəsi Zsombor Qulyas oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ruslan Dibirhacıyev rəqibinə 5:4 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Gürcüstan nümayəndəsi David Tlaşadze oldu. Həmin görüşdə Ruslan Dibirhacıyev rəqibi üzərində 6:2 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
86 Kq. turnirində Azərbaycanı 19 yaşlı Nurməhəmməd Hacıyev təmsil elədi. Turnirin 1/8 final mərhələsində Nurməhəmməd Hacıyev Bolqarıstan nümayəndəsi Georgi Sredov ilə üz-üzə gəldi. Həmin görüşdə Nurməhəmməd Hacıyev rəqibi üzərində vaxtından əvvəl 14:2 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Abdulrəşid Sadulayev oldu. Rəqib son Dünya və Avropa Çempionatlarının qalibi idi. Həmin görüşdə Nurməhəmməd Hacıyev rəqibinə 1:11 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Nurməhəmməd Hacıyev təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Nurməhəmməd Hacıyev İtaliya nümayəndəsi Tudor Vasil Ziz ilə üz-üzə gəldi. Bu görüşdə Nurməhəmməd Hacıyev rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Polşa nümayəndəsi Radoslav Marsicievisz oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nurməhəmməd Hacıyev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.
İyunun 18-də son olaraq 125 Kq. turnirində Azərbaycanı təmsil edən Dünya və Avropa Çempionatlarının medalçısı, 26 yaşlı Camaləddin Məhəmmədov mübarizə apardı. Turnirin təsnifat mərhələsində Camaləddin Məhəmmədov Litva nümayəndəsi Yonas Rudaviçius ilə üz-üzə gəldi. Həmin görüşdə Camaləddin Məhəmmədov rəqibi üzərində 10:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi olan Türkiyə nümayəndəsi Taha Ağgül oldu. Həmin görüşdə Camaləddin Məhəmmədov titullu rəqibinə 2:5 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Camaləddin Məhəmmədov təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Camaləddin Məhəmmədov Polşa nümayəndəsi Robert Baran ilə üz-üzə gəldi. Bu görüşdə Camaləddin Məhəmmədov rəqibi üzərində vaxtından əvvəl 11:0 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Slovakiya nümayəndəsi Soslan Qaqloyev oldu. Həmin görüşdə Camaləddin Məhəmmədov rəqibinə 8:2 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Birinci Avropa Oyunlarının nəticələrinə əsasən yunan-roma güləşi üzrə Azərbaycan yığması turniri 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurdu. Komanda bu nəticələrə əsasən qeyri-rəsmi medal sıralanmasından ancaq Rusiya yığmasından geri qalaraq 2-ci pillənin sahibi oldu.
Yaşar Əliyev | 57 Kq. | Qəl. 10:4 |
Qəl. 10:6 |
Məğ. 1:4 |
Məğ. 4:8 |
||||
Hacı Əliyev | 61 Kq. | Qəl. 8:0 |
Qəl. 11:0 |
Məğ. 2:5 |
Qəl. 10:2 |
||||
Toğrul Əsgərov | 65 Kq. | Qəl. 8:7 |
Qəl. 10:0 |
Qəl. 10:0 |
Qəl. 8:2 |
Qəl. 4:2 |
|||
Ruslan Dibirhacıyev | 70 Kq. | Məğ. 2:8 |
Qəl. 4:1 |
Qəl. 5:4 |
Qəl. 6:2 |
||||
Cəbrayıl Həsənov | 74 Kq. | Qəl. 10:0 |
Məğ. 4:5 |
Qəl. 11:0 |
Qəl. 10:0 |
||||
Nurməhəmməd Hacıyev | 86 Kq. | Qəl. 14:2 |
Məğ. 1:11 |
Qəl. 10:0 |
Məğ. 4:5 |
||||
Xetaq Qazyumov | 97 Kq. | Qəl. 10:0 |
Qəl. 4:0 |
Qəl. 2:1 |
Qəl. 4:2 |
Qəl. 4:1 |
|||
Camaləddin Məhəmmədov | 125 Kq. | Qəl. 10:0 |
Məğ. 2:5 |
Qəl. 11:0 |
Qəl. 8:2 |
Qadın güləşi
redaktəİyunun 15-də Birinci Avropa Oyunlarının güləş turnirlərinin III günündə Mariya Stadnik, Nataliya Sinişin, Yuliya Ratkeviç və Nadejda Sementsova mübarizə apardı. Azərbaycan 48 Kq. turnirində son olimpiadanın finalçısı, Dünya və Avropa Çempionatlarının qalibi, 26 yaşlı Mariya Stadnik təmsil elədi. Mariya Stadnik turnirin 1/8 final mərhələsində Portuqaliya nümayəndəsi Liliana Santos ilə üz-üzə gəldi. Həmin görüşdə Mariya Stadnik rəqibi üzərində vaxtından əvvəl 12:2 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Yuliya Sabatye oldu. Bu görüşdə də Mariya Stadnik rəqibinə vaxtından əvvəl qalib gəldi (11:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Polşa nümayəndəsi İvona Mathovsha oldu. Mariya Stadnik rəqibinə son Dünya Çempionatında məğlub olmuşdu. Bu səfər isə Mariya Stadnik rəqibinə "tuş"la qalib gəldi (8:2) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Bolqarıstan nümayəndəsi Elitsa Yanhova oldu. Həmin görüşdə Mariya Stadnik rəqibi üzərində vaxtından əvvəl 11:2 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva təqdim elədi.
55 Kq. turnirində Azərbaycanı 2 dəfə Avropa Çempionatının qalibi olan 30 yaşlı Nataliya Sinişin təmsil elədi. Nataliya Sinişin turnirin 1/8 final mərhələsində İtaliya nümayəndəsi Patrisiya Luizzi ilə üz-üzə gəldi. Həmin görüşdə Nataliya Sinişin rəqibi üzərində vaxtından əvvəl 11:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Bediha Gün oldu. Bu görüşdə də Nataliya Sinişin rəqibi üzərində vaxtından əvvəl "tuş"la qələbə qazandı (12:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İsveç nümayəndəsi Sofiya Mattsson oldu. Rəqib Dünya və Avropa Çempionatlarının qalibi olan titullu güləşçi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nataliya Sinişin rəqibinə 5:6 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Tatyana Kit oldu. Həmin görüşdə Nataliya Sinişin rəqibi üzərində vaxtından əvvəl 11:0 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Azərbaycanı 60 Kq. turnirində 2012-ci il London Olimpiadasının bürünc medalçısı, Dünya və Avropa Çempionatlarının qalibi olan 30 yaşlı Yuliya Ratkeviç təmsil elədi. Azərbaycanın medal ümidlərindən biri hesab olunan Yuliya Ratkeviç turnirin 1/8 final mərhələsində son Dünya Çempionatının bürünc medalçısı olan Bolqarıstan nümayəndəsi Taybe Yuseina 4:14 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazanmadığına görə də Yuliya Ratkeviç təsəlliverici qrupda mübarizə aparmadı və Birinci Avropa Oyunlarını 8-ci pillədə başa vurdu.
İyunun 15-də Azərbaycanı son olaraq 69 Kq. turnirində mübarizə aparan, 2 dəfə Avropa Çempionatının qalibi olan 30 yaşlı Nadejda Sementsova təmsil elədi. Nadejda Sementsova turnirin 1/8 final mərhələsində son olimpiadanın qızıl medalçısı, Dünya və Avropa Çempionatlarının qalibi olan Rusiya nümayəndəsi Nataliya Vorobyova ilə üz-üzə gəldi. Həmin görüşdə Nadejda Sementsova təcrübəli və titullu rəqibinə 0:8 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazanmadığına görə də Nadejda Sementsova təsəlliverici qrupda mübarizə aparmadı və Birinci Avropa Oyunlarını 14-cü pillədə başa vurdu.
İyunun 16-da Birinci Avropa Oyunlarının güləş turnirlərinin IV günündə Anjela Doroqan, İrina Netreba, Elmira Qəmbərova və Gözəl Zutova mübarizə apardı. 53 Kq. tunirində Azərbaycanı 25 yaşlı Anjela Doroqan təmsil elədi. Turnirin 1/8 final mərhələsində Anjela Doroqan Türkiyə nümayəndəsi Mərvə Kəngər ilə üz-üzə gəldi. Həmin görüşdə Anjela Doroqan rəqibi üzərində 8:2 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Mersedes Denes oldu. Həmin görüşdə Anjela Doroqan rəqibinə "tuş"la qalib gəldi (4:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Moldova nümayəndəsi Nataliya Budu oldu. Bu görüşdə də Anjela Doroqan rəqibi üzərində "tuş"la qələbə qazandı (8:2) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Polşa nümayəndəsi Rosana Zasina oldu. Rəqib 2013-cü il Avropa Çempionatının qalibi idi. Bununla belə titulsuz Anjela Doroqan təcrübəli rəqibinə gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində 4:2 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qalibi oldu.
58 Kq. turnirində Azərbaycanı son Avropa Çempionatının finalçısı, 24 yaşlı İrina Netreba təmsil elədi. İrina Netreba turnirin 1/8 final mərhələsində İtaliya nümayəndəsi Karola Raynero ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İrina Netreba rəqibinə 8:4 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Mimi Hristova oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə İrina Netreba rəqibi üzərində 6:4 hesabı ilə qələbə qazandı. Bununla da İrina Netreba Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Macarıstan nümayəndəsi Emese Bara oldu. Rəqib Dünya və Avropa Çempionatlarında dəfələrlə bürünc medallara sahib olmuşdu. İrina Netrebanın ardıcıl üçüncü görüşü də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə İrina Netreba bu səfər rəqibinə məğlub oldu (2:5). Mübarizəsini bürünc medal uğrunda görüşdə davam edən İrina Netrebanın rəqibi Norveç nümayəndəsi Qrase Bullen oldu. Bu görüşdə İrina Netreba rəqibinə "tuşla" məğlub oldu (0:4) və Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.
Azərbaycanı 63 Kq. turnirində 21 yaşlı Elmira Qəmbərova təmsil elədi. Elmira Qəmbərova turnirin 1/8 final mərhələsində 2012-ci il Avropa Çempionatının qalibi olan İsveç nümayəndəsi Henna Yohanssona "tuş"la (0:4) məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazanmadığına görə də Elmira Qəmbərova təsəlliverici qrupda mübarizə aparmadı və Birinci Avropa Oyunlarını 15-ci pillədə başa vurdu.
İyunun 16-da Azərbaycanı son olaraq 75 Kq. turnirində mübarizə aparan 30 yaşlı Gözəl Zutova təmsil elədi. Gözəl Zutova turnirin 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Osana Vaşçuh ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Gözəl Zutova rəqibinə 2:4 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazanmadığına görə də Gözəl Zutova təsəlliverici qrupda mübarizə aparmadı və Birinci Avropa Oyunlarını 10-cu pillədə başa vurdu.
Birinci Avropa Oyunlarının nəticələrinə əsasən qadın güləşi üzrə Azərbaycan yığması turniri 2 qızıl və 1 bürünc medalla başa vurdu. Komanda bu nəticələrə əsasən qeyri-rəsmi medal sıralanmasından birinci pillənin sahibi oldu.
Mariya Stadnik | 48 Kq. | Qəl. 12:2 |
Qəl. 11:0 |
Qəl. 8:2 |
Qəl. 12:1 |
||
Anjela Doroqan | 53 Kq. | Qəl. 8:2 |
Qəl. 4:0 |
Qəl. 8:2 |
Qəl. 4:2 |
||
Nataliya Sinişin | 55 Kq. | Qəl. 10:0 |
Qəl. 12:0 |
Məğ. 5:6 |
Qəl. 10:0 |
||
İrina Netreba | 58 Kq. | Qəl. 8:4 |
Qəl. 6:4 |
Məğ. 2:5 |
Məğ. 0:4 |
||
Yuliya Ratkeviç | 60 Kq. | Məğ. 4:14 |
|||||
Elmira Qəmbərova | 63 Kq. | Məğ. 0:4 |
|||||
Nadejda Sementsova | 69 Kq. | Məğ. 0:8 |
|||||
Gözəl Zutova | 75 Kq. | Məğ. 2:4 |
İdman gimnastikası
redaktə- Q — növbəti mərhələyə adladı
Karate
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
- H/H — heç-heçə
- Q — növbəti mərhələyə adladı
İyunun 13-də Azərbaycanı təmsil edən altı idmançı mübarizə apardı. Kişilərin turnirində Firdovsi Fərzəliyev, Niyazi Əliyev və Rafael Ağayev, qadınların turnirində isə Nuranə Əliyeva, İlahə Qasımova və Fəridə Abıyeva. Qadınların -50 Kq. turnirində Azərbaycanı Avropa Çempionatının bürünc medalçısı, 22 yaşlı Nuranə Əliyeva təmsil elədi.[3] A qrupunda mübarizə aparan Nuranə Əliyeva birinci turda Avstriya nümayəndəsi Bettina Plan ilə üz-üzə gəldi. Rəqib son Avropa Çempionatının qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Nuranə Əliyeva rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Qrup mərhələsinin növbəti turunda Nuranə Əliyevain rəqibi Türkiyə nümayəndəsi Serap Özçeli oldu. Rəqib Dünya və Avropa Çempionatlarının qalibi olan təcrübəli və titullu idmançı idi. Həmin görüşdə Nuranə Əliyeva rəqibinə 0:6 hesabı ilə məğlub oldu və yarım-final mərhələsinə vəsiqə qazanmaq şanslarını itirdi. Qrup mərhələsinin üçüncü turunda isə onun rəqibi Xorvatiya nümayəndəsi Moni Beruleç oldu. Üçüncü görüşündə də Nuranə Əliyeva rəqibinə məğlub oldu (0:4) və qrup mərhələsini dördüncü pillədə başa vurdu.[4]
Qadınların -60 Kq. turnirində Azərbaycanı 22 yaşlı İlahə Qasımova təmsil elədi.[5] B qrupunda mübarizə aparan İlahə Qasımova birinci turda Lüksemburq nümayəndəsi Cennifer Varlinq ilə üz-üzə gəldi. Rəqib son Avropa Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə İlahə Qasımova rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Türkiyə nümayəndəsi Tuba Yahan oldu. Rəqib üç dəfə Avropa Çempionatlarının qalibi olan təcrübəli idmançı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlahə Qasımova rəqibinə 1:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə vəsiqəni təmin elədi. Qrup mərhələsinin üçüncü turunda isə İlahə Qasımova Xorvatiya nümayəndəsi Yelena Kovaçeviç ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlahə Qasımova rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Bu nəticələrə əsasən İlahə Qasımova qrup mərhələsini 2-ci pillədə başa vurdu və növbəti mərhələyə vəsiqə qazandı. Yarım-final mərhələsində onun rəqibi Fransa nümayəndəsi Emili Tuye oldu. Rəqib son Avropa Çempionatının qalibi idi. Həmin görüşdə İlahə Qasımova rəqibinə 1:6 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə onun rəqibi İspaniya nümayəndəsi Kristina Ferrer oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlahə Qasımova rəqibi üzərində 5:2 hesabı ilə qələbə qazandı. Bu minvalla da İlahə Qasımova Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.[6] Bu medal Azərbaycanın Avropa Oyunlarında qazandığı birinci medal oldu.
Qadınların -61 Kq. turnirində isə Azərbaycanı 20 yaşlı Fəridə Abıyeva təmsil elədi.[7] B qrupunda mübarizə aparan Fəridə Abıyeva birinci turda Slovakiya nümayəndəsi İnqrida Suçanova ilə üz-üzə gəldi. Rəqib son Avropa Çempionatının bürünc medalçısı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 2:2 hesabı ilə başa çatdı. Qrup mərhələsinin növbəti turunda Fəridə Abıyevanın rəqibi Xorvatiya nümayəndəsi Ana Lenard oldu. Həmin görüşdə Fəridə Abıyeva rəqibinə 0:6 hesabı ilə məğlub oldu. Qrup mərhələsinin üçüncü turunda isə onun rəqibi Türkiyə nümayəndəsi Mərvə Çoban oldu. Rəqib son Dünya və Avropa Çempionatının bürünc medalçısı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Fəridə Abıyeva rəqibinə 1:2 hesabı ilə məğlub oldu. Bununla da Fəridə Abıyeva qrup mərhələsini dördüncü pillədə başa vurdu və mübarizəsini dayandırdı.[8]
Kişilərin -60 Kq. turnirində Azərbaycanı 22 yaşlı Firdovsi Fərzəliyev təmsil elədi.[9] A qrupunda mübarizə aparan Firdovsi Fərzəliyev birinci turda İspaniya nümayəndəsi Matias Qomes ilə üz-üzə gəldi. Həmin görüşdə Firdovsi Fərzəliyev rəqibinə 2:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti tutunda Firdovsi Fərzəliyevin rəqibi İtaliya nümayəndəsi Luca Maresca oldu. Rəqib son Avropa Çempionatının qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Firdovsi Fərzəliyev rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazandı. Bununla da Firdovsi Fərzəliyev növbəti mərhələyə vəsiqəni təmin elədi. Qrup mərhələsinin üçüncü turunda isə onun rəqibi Albaniya nümayəndəsi Halil Marqeşi oldu. Bu görüşdə Firdovsi Fərzəliyev rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazandı. Bununla da Firdovsi Fərzəliyev qrup mərhələsini birinci pillədə başa vurdu və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi KYRM nümayəndəsi Emil Pavlov oldu. Rəqib 2014-cü ildə Avropa Çempionatının qalibi olmuşdu. Bununla belə Firdovsi Fərzəliyev rəqibi üzərində 8:0 hesabı ilə inamlı qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi qrup mərhələsində qalib gəldiyi İtaliya nümayəndəsi Luca Maresca oldu. Bu səfərdə Firdovsi Fərzəliyev rəqibinə qalib gəldi (4:0) və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu.[10] Bu medal Azərbaycanın Avropa Oyunlarında qazandığı birinci qızıl medal oldu. Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Kişilərin -67 Kq. turnirində Azərbaycanı Avropa Çempionatının qalibi, 28 yaşlı Niyazi Əliyev təmsil elədi.[11] A qrupunda mübarizə aparan Niyazi Əliyevin birinci turda rəqibi Gürcüstan nümayəndəsi İraxli Txebuçava oldu. Həmin görüşdə Niyazi Əliyev rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı. Qrup mərhələsinin növbəti turunda isə onun rəqibi Fransa nümayəndəsi Stiven da Kosta oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Niyazi Əliyev rəqibinə 4:1 hesabı ilə qalib gəldi və növbəti mərhələyə vəsiqəni təmin elədi. Qrup mərhələsinin üçüncü turunda isə Niyazi Əliyev İspaniya nümayəndəsi Manuel Rasero ilə üz-üzə gəldi. Üçüncü görüşündə də rəqibi üzərində qələbə qazanan (2:0) Niyazi Əliyev qrup mərhələsini birinci pillədə başa vurdu və Avropa Oyunlarının yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda onun rəqibi Türkiyə nümayəndəsi Burah Uyğur oldu. Rəqib son Avropa Çempionatının finalçısı idi. Bu görüşdə Niyazi Əliyev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə isə onun rəqibi Almaniya nümayəndəsi Rixardo Gigler oldu. Həmin görüşdə Niyazi Əliyev rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.[12]
Kişilərin -75 Kq. turnirində isə Azərbaycanı dörd dəfə Dünya, doqquz dəfə isə Avropa Çempionatlarının qalibi, "Dünya Karatesinin Briliantı" olaraq tanınan 30 yaşlı Rafael Ağayev təmsil elədi.[13] A qrupunda mübarizə aparan Rafael Ağayevin birinci turda rəqibi Ukrayna nümayəndəsi İlya Nihulin oldu. Həmin görüşdə Rafael Ağayev rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazandı. Növbəti görüşdə isə onun rəqibi Türkiyə nümayəndəsi Erman Eltemur oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rafael Ağayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu. Bununla da Rafael Ağayevin növbəti mərhələyə vəsiqə qazanmaq şansı son turda həll edildi. Qrup mərhələsinin üçüncü turunda onun rəqibi Latviya nümayəndəsi Ruslan Sadıqov oldu. Həmin görüşdə Rafael Ağayev rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və qrup mərhələsini 2-ci pillədə başa vurdu. Bununla da Rafael Ağayev Avropa Oyunlarının yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda onun rəqibi Almaniya nümayəndəsi Noya Bitş oldu. Rafael Ağayev həmin rəqibinə martda İstanbulda baş tutan Avropa Çempionatının final görüşündə qalib gəlmişdi. Bu səfər görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Rafael Ağayev rəqibi üzərində minimal fərqlə (1:0) qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi İtaliya nümayəndəsi Luici Busa oldu. Rəqib dəfələrlə Dünya və Avropa Çempionatının qalibi olan titullu idmançı, həmçinin Rafael Ağayevin prinsipial rəqiblərindən biri idi. Final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Rafael Ağayev rəqibi üzərində minimal fərqlə (1:0) qələbə qazandı. Bu minvalla da Rafael Ağayev Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu.[14] Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim elədi.
İyunun 14-də Azərbaycanı təmsil edən daha altı idmançı mübarizə apardı. Kişilərin turnirində Ayxan Mamayev, Şahin Atamov və Tural Balcanlı, qadınların turnirində isə İrina Zaretska, Aytən Səmədli və Ədilə Qurbanova. Qadınların -68 Kq. turnirində Azərbaycanı 18 yaşlı İrina Zaretska təmsil elədi.[15] A qrupunda mübarizə aparan İrina Zaretska birinci turda İspaniya nümayəndəsi Kristina Vizsayno ilə üz-üzə gəldi. Həmin görüşdə İrina Zaretska rəqibi üzərində 6:1 hesabı ilə inamlı qələbə qazandı. Növbəti turda isə onun rəqibi Avstriya nümayəndəsi Alisa Teresa Buçinqer oldu. Rəqib son Avropa Çempionatının qalibi idi. Həmin görüşdə İrina Zaretska rəqibinə 0:4 hesabı ilə məğlub oldu. Bununla da İrina Zaretskanın növbəti mərhələyə vəsiqə qazanmaq şansı son turda həll edildi. Qrup mərhələsinin üçüncü turunda onun rəqibi Yunanıstan nümayəndəsi Vassilihi Panetsidou oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İrina Zaretska rəqibi üzərində minimal fərqlə (1:0) qələbə qazandı. Bununla da İrina Zaretska qrup mərhələsini 2-ci pillədə başa vurdu və Avropa Oyunlarının yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda onun rəqibi Monteneqro nümayəndəsi Marina Rahoviç oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə İrina Zaretska rəqibinə minimal fərqlə qalib gəldi (1:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi qrup mərhələsində məğlub olduğu Avstriya nümayəndəsi Alisa Teresa Buçinqer oldu. Bu səfər İrina Zaretska daha inamlı mübarizə apardı və nəticədə titullu rəqibi üzərində 8:1 hesabı ilə qələbə qazandı. Bununla da İrina Zaretska Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu.[16]
Qadınların +68 Kq. turnirində Azərbaycanı gənc idmançı Aytən Səmədli təmsil elədi.[17] A qrupunda mübarizə aparan Aytən Səmədli birinci turda Xorvatiya nümayəndəsi Masa Martinoviç ilə üz-üzə gəldi. Rəqib son Avropa Çempionatının qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Aytən Səmədli rəqibinə 1:2 hesabı ilə məğlub oldu. Qrup mərhələsinin növbəti turunda isə onun rəqibi Fransa nümayəndəsi Nadeqe At-İbrahim oldu. Bu görüşdə də Aytən Səmədli rəqibinə məğlub oldu (0:5). Bununla da Aytən Səmədli növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi. Qrup mərhələsinin üçüncü turunda Aytən Səmədli İsveç nümayəndəsi Hana Antunoviça 1:10 hesabı ilə məğlub oldu və qrup mərhələsini dördüncü pillədə başa vurdu.[18]
Kata turnirində isə Azərbaycanı Ədilə Qurbanova təmsil elədi.[19] B qrupunda mübarizə aparan Ədilə Qurbanova birinci turda Almaniya nümayəndəsi Casmin Yüttner ilə üz-üzə gəldi. Rəqib son Avropa Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Ədilə Qurbanova rəqibinə məğlub oldu (0:5). Növbəti turda isə onun rəqibi Türkiyə nümayəndəsi Dilarə Bozan oldu. Rəqib son Avropa Çempionatının qalibi idi. Bu görüşdə də Ədilə Qurbanova rəqibinə məğlub oldu (0:5) və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi. Qrup mərhələsinin sonuncu turunda Ədilə Qurbanova Xorvatiya nümayəndəsi Vlata Kyuya məğlub oldu (0:5) və qrup mərhələsini dördüncü pillədə başa vuraraq mübarizəsini dayandırdı.[20]
Kişilərin -84 Kq. turnirində Azərbaycanı Avropa Çempionatının qalibi, 24 yaşlı Ayxan Mamayev təmsil elədi.[21] B qrupunda mübarizə aparan Ayxan Mamayevin birinci turda rəqibi Yunanıstan nümayəndəsi Georgios Tzanos oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 0:0 hesabı ilə başa çatdı. Qrup mərhələsinin növbəti turunda Ayxan Mamayevin rəqibi Ukrayna nümayəndəsi Yaroslav Horuna oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Ayxan Mamayev rəqibi üzərində 6:4 hesabı ilə qələbə qazandı. Qrup mərhələsinin üçüncü turunda isə onun rəqibi Fransa nümayəndəsi Kreni Qrillon oldu. Bu görüşdə Ayxan Mamayev rəqibinə 6:1 hesabı ilə qalib gəldi. Bununla da Ayxan Mamayev qrup mərhələsini 2-ci pillədə başa vurdu və Avropa Oyunlarının yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda onun rəqibi Kosovo nümayəndəsi Alvin Karaqi oldu. Bu görüşdə Ayxan Mamayev rəqibi üzərində 6:1 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi qrup mərhələsində üz-üzə gəldiyi Yunanıstan nümayəndəsi Georgios Tzanos oldu. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə görüş 1:1 hesabı ilə başa çatdı. Belə olan halda referilər görüş ərzində daha fəal olanda idmançını qalib elan elədilər. Dörd referidən üçü Ayxan Mamayevin görüş ərzində daha fəal olduğunu elan elədi və bununla da Ayxan Mamayev Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu.[22]
Kişilərin +84 Kq. turnirində Azərbaycanı son Dünya Çempionatının finalçısı olan 28 yaşlı Şahin Atamov təmsil elədi.[23] B qrupunda mübarizə aparan Şahin Atamov birinci turda Türkiyə nümayəndəsi Enes Erhan ilə üz-üzə gəldi. Rəqib Dünya və Avropa Çempionatlaeının qalibi olan titullu idmançı idi. Həmin görüşdə Şahin Atamov rəqibinə 0:10 hesabı ilə məğlub oldu. Qrup mərhələsinin növbəti turunda onun rəqibi KYRM nümayəndəsi Martin Nestorovsi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Şahin Atamov rəqibinə 2:5 hesabı ilə məğlub oldu. Bununla da Şahin Atamov növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi. Qrup mərhələsinin sonuncu turunda isə Şahin Atamov Yunanıstan nümayəndəsi Spiridon Margaritopoulos ilə üz-üzə gəldi. Həmin görüşdə də Şahin Atamov rəqibinə məğlub oldu (0:2) və qrup mərhələsini dördüncü pillədə başa vuraraq mübarizəsini dayandırdı.[24]
Kata turnirində isə Azərbaycanı Tural Balcanlı təmsil elədi.[25] B qrupunda mübarizə aparan Tural Balcanlı birinci turda Türkiyə nümayəndəsi Mehmet Yahan ilə üz-üzə gəldi. Həmin görüşdə Tural Balcanlı rəqibinə məğlub oldu (0:5). Növbəti turda isə onun rəqibi Fransa nümayəndəsi Vu Du Min Da oldu. Rəqib son Dünya Çempionatının bürünc medalçısı idi. Bu görüşdə də Tural Balcanlı rəqibinə məğlub oldu (0:5) və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi. Qrup mərhələsinin sonuncu turunda isə Tural Balcanlı Rumıniya nümayəndəsi Adrian Quta üzərində qələbə qazandı (0:5) və qrup mərhələsini üçüncü pillədə başa vuraraq mübarizəsini dayandırdı.[26]
Firdovsi Fərzəliyev | -60 Kq. | Qəl. 2:0 |
Qəl. 4:2 |
Qəl. 6:0 |
Qəl. 8:0 |
Qəl. 4:0 |
||
Niyazi Əliyev | -67 Kq. | Qəl. 2:0 |
Qəl. 4:1 |
Qəl. 2:0 |
Məğ. 1:4 |
Qəl. 4:1 |
||
Rafael Ağayev | -75 Kq. | Qəl. 4:0 |
Məğ. 4:5 |
Qəl. 4:1 |
Qəl. 1:0 |
Qəl. 1:0 |
||
Ayxan Mamayev | -84 Kq. | H/H 0:0 |
Qəl. 6:4 |
Qəl. 6:1 |
Qəl. 6:1 |
Qəl 1:1 |
||
Şahin Atamov | +84 Kq. | Məğ. 0:10 |
Məğ. 2:5 |
Məğ. 0:2 |
||||
Tural Balcanlı | Kata | Məğ. 0:5 |
Məğ. 0:5 |
Qəl. 5:0 |
||||
Nuranə Əliyeva | -50 Kq. | Məğ. 0:1 |
Məğ. 0:6 |
Məğ. 0:4 |
||||
İlahə Qasımova | -55 Kq. | Qəl. 4:0 |
Qəl. 1:0 |
Məğ. 0:1 |
Məğ. 1:6 |
Qəl. 5:2 |
||
Fəridə Abıyeva | -61 Kq. | H/H 2:2 |
Məğ. 0:6 |
Məğ. 1:2 |
||||
İrina Zaretska | -68 Kq. | Qəl. 6:1 |
Məğ. 0:4 |
Qəl. 1:0 |
Qəl. 1:0 |
Qəl. 8:1 |
||
Aytən Səmidli | +68 Kq. | Məğ. 1:2 |
Məğ. 0:5 |
Məğ. 1:10 |
||||
Ədilə Qurbanova | Kata | Məğ. 0:5 |
Məğ. 0:5 |
Məğ. 0:5 |
Sambo
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
Birinci Avropa Oyunlarında sambo idman növü üzrə turnirlər 22 iyunda Heydər Əliyev adına İdman Arenasında baş tutdu. Azərbaycanı bu turnirdə Dünya və Avropa Çempionatlarının qalibləri İslam Qasımov və Amil Qasımov, həmçinin Kənan Qasımov, Vasif Səfərbəyov, Nəzakət Xəlilova, Şahanə Hüseynova, Fəridə Qurbanova və Nərminə Əlizadə təmsil elədi.
Qadınların -52 Kq. turnirində mübarizə aparan Nəzakət Xəlilova turnirin 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Kodrina Yonesu ilə üz-üzə gəldi. Həmin görüşdə Nəzakət Xəlilova rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Litva nümayəndəsi Ruta Asionova oldu. Bu görüşdə də Nəzakət Xəlilova rəqibinə qalib gəldi (4:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Anna Xaritonova oldu. Bu görüşdə Nəzakət Xəlilova rəqibinə 0:4 hesabı ilə məğlub oldu və Birinci Avropa Oyunlarının gümüş medalına sahib oldu.
Kişilərin −57 Kq. turnirində mübarizə aparan İslam Qasımov isə turnirin 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Orlando Qruya ilə üz-üzə gəldi. Həmin görüşdə İslam Qasımov rəqibinə 4:0 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Vaxtanqi Çidraşvili oldu. Bu görüşdə də İslam Qasımov rəqibi üzərində qələbə qazandı (4:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Aymerqen Atxunov oldu. Bu görüşdə İslam Qasımov rəqibinə 0:4 hesabı ilə məğlub oldu və Birinci Avropa Oyunlarının gümüş medalına sahib oldu.
Qadınların -70 Kq. turnirində mübarizə aparan Şəhanə Hüseynova turnirin 1/4 final mərhələsində Rusiya nümayəndəsi Yana Kostenho ilə üz-üzə gəldi. Həmin görüşdə Şəhanə Hüseynova rəqibinə 0:4 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Şəhanə Hüseynova təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə Şəhanə Hüseynova Gürcüstan nümayəndəsi Şoreno Şaradze üzərində 2:0 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Belarus nümayəndəsi Katsiarina Prahapenha oldu. Həmin görüşdə Şəhanə Hüseynova rəqibinə məğlub oldu (0:4) və Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.
Kişilərin −74 Kq. turnirində mübarizə aparan Amil Qasımov isə 1/4 final mərhələsində Gürcüstan nümayəndəsi Kaxa Mamulaşvili ilə üz-üzə gəldi. Həmin görüşdə Amil Qasımov rəqibinə 4:1 hesabı ilə qalib gəldi və 1/2 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Martin İvanov oldu. Bu görüşdə də Amil Qasımov rəqibi üzərində qələbə qazandı (4:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Belarus nümayəndəsi Stepan Popov oldu. Bu görüşdə Amil Qasımov rəqibinə 0:4 hesabı ilə məğlub oldu və Birinci Avropa Oyunlarının gümüş medalına sahib oldu.
−90 kq turnirində mübarizə aparan Kənan Qasımov 1/4 final mərhələsində Ujrayna nümayəndəsi İvan Vasilçux ilə üz-üzə gəldi. Həmin görüşdə Kənan Qasımov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və 1/2 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Alsim Çernosxulov oldu. Bu görüşdə Kənan Qasımov rəqibinə məğlub oldu (0:4) və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə onun rəqibi Gürcüstan nümayəndəsi David Karbelaşvili oldu. Bu görüşdə də Kənan Qasımov rəqibinə 1:4 hesabı ilə məğlub oldu və I Avropa Oyunlarını beşinci pillədə başa vurdu.
+100 kq turnirində mübarizə aparan Vasif Səfərbəyov isə 1/4 final mərhələsində KYRM nümayəndəsi Bajro Maşovij ilə üz-üzə gəldi. Həmin görüşdə Vasif Səfərbəyov rəqibinə 4:0 hesabı ilə qalib gəldi və 1/2 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ujrayna nümayəndəsi David Tonoyan oldu. Bu görüşdə də Vasif Səfərbəyov rəqibinə qalib gəldi (2:0) və I Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Artyom Osipexho oldu. Bu görüşdə Vasif Səfərbəyov rəqibinə 0:4 hesabı ilə məğlub oldu və I Avropa Oyunlarının gümüş medalına sahib oldu.
İslam Qasımov | -57 Kq. | Qəl. 4:0 |
Qəl. 4:1 |
Məğ. 0:4 |
||
Amil Qasımov | -74 Kq. | Qəl. 4:1 |
Qəl. 4:1 |
Məğ. 0:4 |
||
Kənan Qasımov | -90 Kq. | Qəl. 2:0 |
Məğ. 0:4 |
Məğ. 1:4 |
||
Vasif Səfərbəyov | +100 Kq. | Qəl. 4:0 |
Qəl. 2:0 |
Məğ. 0:4 |
||
Nəzakət Xəlilova | -52 Kq. | Qəl. 4:1 |
Qəl. 4:0 |
Məğ. 0:4 |
||
Şahanə Hüseynova | -60 Kq. | Məğ. 0:4 |
Qəl. 2:0 |
Məğ. 0:4 |
||
Fəridə Qurbanova | -64 Kq. | Məğ. 0:4 |
||||
Nərmin Əlizadə | -68 Kq. | Məğ. 0:4 |
Məğ. 0:4 |
Taekvondo
redaktə- Qəl. — qalib gəldi
- Məğ. — məğlub oldu
İyunun 16-da Məhəmməd Məmmədov və Patimat Abakarova mübarizə apardı. Qadınların -49 Kq. turnirində Azərbaycanı 20 yaşlı Patimat Abakarova təmsil elədi.[27] Turnirin 1/8 final mərhələsində Patimat Abakarova Rusiya nümayəndəsi Alesandra Lıçaqina ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Abakarova rəqibi üzərində 8:1 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Yunanıstan nümayəndəsi Yoanna Kutsou oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova rəqibinə 4:2 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Serbiya nümayəndəsi Tiyana Boqdanoviç oldu. Rəqib son Dünya Çempionatının bürünc medalçısı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Patimat Abakarova rəqibinə minimal fərqlə məğlub oldu (6:7) və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi İtaliya nümayəndəsi Eri Nisoli oldu. Bu görüşdə Patimat Abakarova rəqibi üzərində 12:0 hesabı ilə inamlı qələbə qazandı. Bu minvalla da Patimat Abakarova Birinci Avropa Oyunlarının bürünc medalına sahib oldu.[28]
Kişilərin -58 Kq. turnirində isə Azərbaycanı yeniyetmələr arasında Dünya və Avropa Çempionatlarının qalibi olan 17 yaşlı Məhəmməd Məmmədov təmsil elədi.[29] Turnirin 1/8 final mərhələsində Məhəmməd Məmmədov İsrail nümayəndəsi Qili Haymotitz ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd Məmmədov rəqibinə 8:4 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi İspaniya nümayəndəsi Xesus Tortosa oldu. Rəqib son Avropa Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Məhəmməd Məmmədov rəqibinə 2:8 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Məhəmməd Məmmədov mübarizəsinə təsəlliverici qrupda davam elədi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Belarus nümayəndəsi İlya Kohşintsu oldu. Həmin görüşdə Məhəmməd Məmmədov rəqibi üzərində 15:4 hesabı ilə inamlı qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bu görüşdə onun rəqibi Belçika nümayəndəsi Si Məhəmməd Ketb oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 4:4 hesabı ilə başa çatdı. Qızıl hissədə isə rəqib bir bala sahib oldu və görüşün qalibi oldu. Məhəmməd Məmmədov isə Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu.[30]
İyunun 17-də Ayxan Tağızadə və Günay Ağakişiyeva mübarizə apardı. Qadınların -57 Kq. turnirində Azərbaycanı son Avropa Çempionatının bürünc medalçısı olan 25 yaşlı Günay Ağakişiyeva təmsil elədi.[31] Turnirin 1/8 final mərhələsində Günay Ağakişiyeva Serbiya nümayəndəsi Draqana Qladoviç ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Günay Ağakişiyeva rəqibinə 4:8 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazanmadığına görə Günay Ağakişiyeva təsəlliverici qrupda mübarizə aparmadı və Avropa Oyunlarında mübarizəsini başa vurdu.[32]
Kişilərin -68 Kq. turnirində isə Azərbaycanı 18 yaşlı Ayxan Tağızadə təmsil elədi.[33] Turnirin 1/8 final mərhələsində Ayxan Tağızadə Sloveniya nümayəndəsi Yure Pantar ilə üz-üzə gəldi. Həmin görüşdə Ayxan Tağızadə rəqibi üzərində 11:4 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İspaniya nümayəndəsi Xoel Qonzalez oldu. Rəqib Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının qalibi olan titullu idmançı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ayxan Tağızadə rəqibinə 8:5 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Alesey Denisenho oldu. Rəqib son Dünya Çempionatının finalçısı idi. Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Ayxan Tağızadə rəqibi üzərində 8:5 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Polşa nümayəndəsi Karol Roba oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşü 10:10 hesabı ilə başa çatdı. Qızıl hissədə isə bir bala Ayxan Tağızadə sahib oldu və görüşün qalibi oldu. Bu minvalla da Ayxan Tağızadə Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu.[34]
İyunun 18-də Fəridə Əzizova və Milad Beygi mübarizə apardı. Qadınların -67 Kq. turnirində Azərbaycanı Dünya və Avropa Çempionatlarının bürünc medalçısı olan 20 yaşlı Fəridə Əzizova təmsil elədi.[35] Turnirin 1/8 final mərhələsində Fəridə Əzizovanın rəqibi Niderland nümayəndəsi Coyce vam Baren oldu. Həmin görüşdə Fəridə Əzizova rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi Nur Tatar oldu. Rəqib Olimpiya Oyunlarının finalçısı və Avropa Çempionatının qalibi olan təcrübəli idmançı idi. Həmin görüşdə Fəridə Əzizova rəqibinə 6:2 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İsveç nümayəndəsi Elin Yohansson oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Fəridə Əzizova rəqibi üzərində 5:2 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Anstasiya Barışnihova oldu. Rəqib son olimpiadanın bürünc medalçısı, həmçinin üç dəfə Avropa Çempionatının qalibi olan təcrübəli idmançı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Fəridə Əzizova rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Birinci Avropa Oyunlarını gümüş medalla başa vurdu.[36]
Kişilərin -80 Kq. turnirində isə Azərbaycanı 24 yaşlı Milad Beygi təmsil elədi.[37] Turnirin 1/8 final mərhələsində Milad Beygi Serbiya nümayəndəsi Damir Feyziç ilə üz-üzə gəldi. Həmin görüşdə Milad Beygi rəqibi üzərində 12:0 hesabı ilə inamıı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Lutalo Məhəmməd oldu. Rəqib son olimpiadanın bürünc medalçısı idi. Həmin görüşdə də Milad Beygi rəqibi üzərində 18:5 hesabı ilə inamlı qələbə qazandə və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Portuqaliya nümayəndəsi Xulio Ferreyra oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Milad Beygi rəqibinə 6:2 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Albert Qaun oldu. Rəqib son Dünya Çempionatının bürünc medalçısı, Avropa Çempionatının isə qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə Milad Beygi rəqibi üzərində 10:4 hesabı ilə qələbə qazandı və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu.[38] Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
İyunun 19-da son olaraq Radik İsayev və Marina Tedeyeva mübarizə apardı. Qadınların +67 Kq. turnirində Azərbaycanı Marina Tedeyeva təmsil elədi.[39] Turnirin 1/8 final mərhələsində Marina Tedeyeva Ukrayna nümayəndəsi Marina Koniyeva ilə üz-üzə gəldi. Həmin görüşdə Marina Tedeyeva rəqibinə 4:11 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazanmadığına görə Marina Tedeyeva təsəlliverici qrupda mübarizə aparmadı və Avropa Oyunlarında mübarizəsini başa vurdu.[40]
Kişilərin +80 Kq. turnirində isə Azərbaycanı son Dünya və Avropa Çempionatlarının qalibi olan 25 yaşlı Radik İsayev təmsil elədi.[41] Turnirin təsnifat mərhələsindən azad olan Radik İsayev 1/4 final mərhələsində Niderland nümayəndəsi Ceron Vanroyi ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Radik İsayev rəqibinə 8:6 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Sloveniya nümayəndəsi İvan Trayhoviç oldu. Həmin görüşdə Radik İsayev rəqibi üzərində 18:2 hesabı ilə inamlı qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Vladislav Laris oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə Radik İsayev rəqibinə 5:4 hesabı ilə qalib gəldi və Birinci Avropa Oyunlarının qızıl medalına sahib oldu.[42] Təltifetmə mərasimi zamanı ona qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim elədi.
Məhəmməd Məmmədov | -58 Kq. | Qəl. 8:4 |
Məğ. 2:8 |
Qəl. 15:4 |
Məğ. 4:5 |
||
Ayxan Tağızadə | -68 Kq. | Qəl. 11:4 |
Qəl. 8:5 |
Qəl. 8:5 |
Qəl. 11:10 |
||
Milad Beygi | -80 Kq. | Qəl. 12:0 |
Qəl. 18:5 |
Qəl. 6:2 |
Qəl. 10:4 |
||
Radik İsayev | +80 Kq. | Qəl. 8:6 |
Qəl. 18:2 |
Qəl. 5:4 |
|||
Patimat Abakarova | -49 Kq. | Qəl. 8:1 |
Qəl. 4:2 |
Məğ. 6:7 |
Qəl. 12:0 |
||
Günay Ağakişiyeva | -57 Kq. | Məğ. 4:8 |
|||||
Fəridə Əzizova | -67 Kq. | Qəl. 2:0 |
Qəl. 6:2 |
Qəl. 5:2 |
Məğ. 5:6 |
||
Marina Tedeyeva | +67 Kq. | Məğ. 4:10 |
İstinadlar
redaktə- ↑ 2015 European Games official website. "2015 European Games / Blind Judo / Women's / -57 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Blind Judo / Men's / +90 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / -50 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / -50 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / -55 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / -55 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / -61 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / -61 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / -60 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / -60 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / -67 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / -67 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / -75 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / -75 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / -68 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / -68 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / +68 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / +68 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / Kata" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Women's / Kata" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / -84 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / -84 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / +84 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / +84 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / Kata" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Karate / Men's / Kata" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / -49 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / -49 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Men's / -58 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Men's / -58 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / -57 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / -57 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Men's / -68 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Men's / -68 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / -67 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / -67 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Men's / -80 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Men's / -80 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / +67 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / +67 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Men's / +80 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Men's / +80 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.