Feride Ezizova - Wikipedia
Fəridə Əzizova (6 iyun 1995, Qusar) — Azərbaycanı təmsil edən taekvondoçu.[1]
Fəridə Əzizova | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Fəridə Şıxəmməd qızı Əzizova | |||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||
Doğum tarixi | 6 iyun 1995 (29 yaş) | |||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||
Boyu | 174 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||
İdman növü | Taekvondo | |||||||||||||||||||||||||
Karyera illəri | 2003— | |||||||||||||||||||||||||
Məşqçisi | Səbuhi Zülfüqarov | |||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəFəridə Əzizova 2007-ci ildə Macarıstanın Budapeşt şəhərində gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bu onun beynəlxalq turnirlərdə imza atdığı birinci uğuru idi. Bir il sonra, 2008-ci ildə isə Fəridə Əzizova İzmir şəhərində yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.
Fəridə Əzizova 2009-cu ildə İsveçin Trelleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu, Xorvatiyanın Zaqreb şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2011-ci ildə Fəridə Əzizova Rusiyada Russian Open və Xorvatiyada Croatia Open beynəlxalq turnirlərinin qızıl medallarına sahib oldu. Fəridə Əzizova həm də həmin il Azərbaycanda Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu. 2012-ci ildə Fəridə Əzizova Las-Veqas şəhərində US Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu, Şərm əş-Şeyx şəhərində isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.
Fəridə Əzizova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. −67 Kq. turnirində mübarizə aparan Fəridə Əzizova olimpiadanın 1/8 final mərhələsində Dünya Çempionatının qalibi, həmçinin son olimpiadanın finalçısı Kanada nümayəndəsi Karine Sergeri ilə üz-üzə gəldi.[2] Həmin görüşdə 17 yaşlı Fəridə Əzizova rəqibinə minimal hesabla məğlub oldu (0:1) və olimpiadanı 11-ci pillədə başa vurdu.[2]
Olimpiadadan sonra Fəridə Əzizova 2013-cü il ərzində Misirdə Alexandria Open və Almaniyada German Open beynəlxalq turnirlərində müvafiq olaraq qızıl və bürünc medallara sahib oldu. Həmin mövsümdə Moldovanın Kişinyov şəhərində U21 Avropa Çempionatının qalibi olan Fəridə Əzizova Puebla şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu. Fəridə Əzizova bu idman növü üzrə Dünya Çempionatlarında medala sahib olan birinci azərbaycanlı qadın idmançı oldu.
2014-cü il ərzində Fəridə Əzizova Misirdə Egypt Open turnirində qızıl, Bəhreynda Bahrain Open və Rusiyada Russian Open turnirlərində gümüş, Ukraynada Ukraine Open turnirində isə bürünc medallara sahib oldu. Həmin il Fəridə Əzizova həm də Avropa Çempionatını, həmçinin WTF Qran-Pri turnirlərinin Çin və İngiltərə mərhələlərini də bürünc medallarla başa vurdu.
Fəridə Əzizova 2015-ci ildə Moldovada Moldova Open turnirində qızıl, Ukraynada Ukraine Open turnirində gümüş, Rusiyada Russian Open turnirində bürünc medallara sahib oldu. Rusiyada WTF Qran-Prisini də bürünc medalla başa vuran Fəridə Əzizova həmin ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı.[3] Turnirin 1/8 final mərhələsində Fəridə Əzizovanın rəqibi Niderland nümayəndəsi Coyce vam Baren oldu. Həmin görüşdə Fəridə Əzizova rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi Nur Tatar oldu. Rəqib Olimpiya Oyunlarının finalçısı və Avropa Çempionatının qalibi olan təcrübəli idmançı idi. Həmin görüşdə Fəridə Əzizova rəqibinə 6:2 hesabı ilə qalib gəldi və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi İsveç nümayəndəsi Elin Yohansson oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Fəridə Əzizova rəqibi üzərində 5:2 hesabı ilə qələbə qazandı və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Anstasiya Barışnihova oldu. Rəqib son olimpiadanın bürünc medalçısı, həmçinin üç dəfə Avropa Çempionatının qalibi olan təcrübəli idmançı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Fəridə Əzizova rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Birinci Avropa Oyunlarını gümüş medalla başa vurdu.[4]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Fəridə Şıxəmməd qızı Əzizova "Tərəqqi" medalı ilə təltif edildi.[5]
Fəridə Əzizova 2016-cı ilin yanvarında İstanbul şəhərində Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu və növbəti dəfə olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl Fəridə Əzizova İranda Fujairah Open turnirini qızıl, Lüksemburqda Luxembourg Open turnirini isə gümüş medallarla başa vurdu. Fəridə Əzizova Azərbaycanı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Fəridə Əzizova olimpiadanın 1/8 final mərhələsində ABŞ nümayəndəsi Peyce Ferson ilə üz-üzə gəldi. Peyce Ferson son olimpiadanın bürünc medalçısı idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Fəridə Əzizova rəqibi üzərində 6:5 hesabı ilə qələbə qazandı və nəticədə olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Özbəkistan nümayəndəsi Nigar Tursunqulova oldu. Rəqib gənc və son Asiya Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Fəridə Əzizova rəqibi üzərində 5:1 hesabı ilə qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Cənubi Koreya nümayəndəsi O Hi-Ri oldu. O Hi-Ri son Dünya Çempionatının qalibi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Fəridə Əzizova rəqibinə 5:6 hesabı ilə məğlub oldu. Bununla da Fəridə Əzizova mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Niger nümayəndəsi Rut Qabi oldu. Bu görüşdə Fəridə Əzizova rəqibinə 1:7 hesabı ilə məğlub oldu və olimpiadanı beşinci pillədə başa vurdu.
Olimpiadadan sonra 2017 və 2018-ci illər Fəridə Əzizova üçün uğursuz mövsümlər oldu. 2018-ci il ərzində Fəridə Əzizova Niderlandda Dutch Open turnirinin qalibi oldu, Azərbaycanda İslam Həmrəyliyi Oyunlarını gümüş medalla, Yunanıstanda WTF Presidents Cup turnirini də bürünc medalla başa vurdu. 2019-cu ildə isə Fəridə Əzizovanın yeganə uğuru Ukraynada Ukraine Open turnirinin qızıl medalı oldu.
Fəridə Əzizova 2019-cu ildə Niderlandda Dutch Open və Ukraynada Ukraine Open beynəxalq turnirlərinin qalibi oldu. İlin əsas turniri hesab olunan və İngiltərənin Mançester şəhərində baş tutan Dünya Çempionatında isə Fəridə Əzizova turnirin bürünc medalına sahib oldu. 2020-ci ildə Fəridə Əzizova Türkiyədə Turkish Open və Niderlandda Dutch Open turnirlərinin qalibi oldu, İsveçdə Helsingborg Open turnirini isə bürünc medalla başa vurdu.
2021-ci ildə Fəridə Əzizova Bolqarıstanın Sofiya şəhərində Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu və üçüncü dəfə olimpiya lisenziyasına sahib oldu. Fəridə Əzizova Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Fəridə Əzizova olimpiadanın 1/8 final mərhələsində Birləşmiş Ştatlar nümayəndəsi Peyce Ferson ilə üz-üzə gəldi.[6] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Fəridə Əzizova rəqibinə 5:8 hesabı ilə məğlub oldu və olimpiadanın turnirdə mübarizəsini dayandırdı.[6] Fəridə Əzizova müsahibəsində "uğursuz çıxışını pandemiya ilə bağlı idman zallarının bağlı qalması" ilə əlaqələndirdi.[7]
Olimpiadadan sonra Fəridə Əzizova 2022-ci ildə Türkiyədə Turkish Open turnirinin qalibi oldu, İranda Fajr Open və WTF Presidents Cup turnirlərini isə gümüş medallarla başa vurdu. Fəridə Əzizova həm də həmin ilin avqustunda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Karyerasının ən uğursuz mövsümü isə 2023-cü ildə oldu. Fəridə Əzizova mübarizə apardığı beynəlxalq turnirlərdə medallara sahib ola bilmədi.
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Fəridə ƏZİZOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 Olympedia.org. "2012 Summer Olympics / Taekwondo / Welterweight (67 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / -67 Kg" (PDF) (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30.08.2022.
- ↑ 2015 European Games official website. "2015 European Games / Taekwondo / Women's / -67 Kg" (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Милад Беиги Харчегани и Фарида Азизова провалили Олимпиаду". www.azerisport.com ( (rus.)). 11.02.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
- ↑ Azerisport.com idman portalı. "Фарида АЗИЗОВА: Каким бы ни был результат на Олимпиаде, я еще не собираюсь завершать карьеру". www.azerisport.com ( (rus.)). 11.02.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
Teymur Məmmədov 2016 |
Azərbaycan Olimpiya Komandasının bayraqdarı Rüstəm Orucov ilə birgə 2020 |
Məhəmməd Abdullayev Gültac Məmmədəliyeva 2024 |