Ilham Zekiyev - Wikipedia
İlham Əzizağa oğlu Zəkiyev (3 mart 1980, Sumqayıt, SSRİ) — Azərbaycan paralimpiyaçı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu (2004, 2008), ikiqat dünya çempionu (2007, 2010) və səkkizqat Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015, 2017, 2022), 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Qarabağ müharibəsi əlili və qazisi.
İlham Zəkiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | İlham Əzizağa oğlu Zəkiyev |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Doğum tarixi | 3 mart 1980 (44 yaş) |
Doğum yeri | |
Boyu | 190 sm |
Çəkisi | 148 kq |
İdman növü | cüdo[1] |
Məşqçiləri | |
Medallar |
|
22 sentyabr 2024 tarixində yenilənib. | |
Vikianbarda əlaqəli mediafayllar |
"Şöhrət" ordeni kavaleri (2 dəfə) və "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır.. "Vətənə xidmətə görə" ordeni tam kavaleri. 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olub. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev snayperlə başından vurulduqdan sonra görmə qabiliyyətini itirmiş və bundan sonra cüdo ilə ciddi məşğul olmuşdur.
Həyatı
redaktəUşaqlıq və yeniyetməlik illəri
redaktəİlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisi olan Əzizağa Zəkiyevin ailəsində anadan olub. Ailədə özündən başqa 3 qardaşı və 1 bacısı var. Sumqayıt şəhərinin 5 saylı orta məktəbinin məzunudur.[2] Məktəbli olarkən ən çox sevdiyi fənlər coğrafiya, tarix və riyaziyyat olub.[3] İlhamın özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olurdu. Onun sayəsində İlhamın da idmana həvəsi yaranmışdı.[4]
1995-ci ildən Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur.[5]
1998-ci ilin iyun ayında Azərbaycan kubokunun qalibi oldu. Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırdı.[4] Lakin Moskvadakı olimpiadaya getmək ona müyəssər olmadı. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırıldı və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başladı.[4]
Hərbi xidmət və görmə qabilliyətinin itirilməsi
redaktəBeyləqan rayonunun Daşburun stansiyasında əsgərləri mövqelərə bölüşdürəndə, onun komandiri Zəkiyevi fiziki görünüşünə və idman göstəricilərinə görə öz yaşıdlarından seçildiyi üçün "N" saylı kəşfiyyat taburuna göndərdi.[4] O, yeddi ay orduda nümunəvi xidmət edərək, fəxri fərmanlar almışdır.[4][6] 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib.[7][8] Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxmışdı.[9] O, beş gün koma vəziyyətində qalır və həkimlər onun öləcəyini bildirirlər.[9] Beşinci gün İlham rayon xəstəxanasında, anasının səsini eşidib özünə gəlir.[6] Lakin gözlərini açanda, heç nə görmür.[9] O, görmə qabiliyyətini itirmişdi.[9][10] İlhamın anası xatırlayır:
Biz onu rayon hərbi hospitalında tapdıq. Vəziyyəti çox ağır idi. Həkimlər ümidlərini itirmişdilər. "İdmançı olduğu üçün ürəyi hələ də mübarizə aparır", - onlar deyirdilər. Mən onu çağırdım, "Oğlum, İlham" dedim. İlham çox zəif bir səslə mənə cavab verdi, "Mənə soyuqdur" dedi. Onda hamı başa düşdü ki, İlham ölümə qalib gəldi. Mən öz jaketimi çıxarıb onun üstünə sərdim. Yanında əyləşdim, isti çay verdim.[6] |
O, evinə I qrup Qarabağ əlili kimi döndü.[4]
Dörd illik fasilə
redaktəZəkiyev 19 yaşında görmə qabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə düşür.[6] Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir.[6] Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir fantaziya kimi qəbul edilə bilərdi.[4] Buna baxmayaraq İlham idmana yenidən qayıtmaq üçün yollar arayırdı:[6]
Bir dəfə məndən soruşdular ki, sən necə görmürsən? Mən də cavab verdim ki, sizin gördüyünüzü mən hiss edirəm. Amma mən hiss etdiyimi siz görmürsünüz.[11] İlham Zəkiyev
|
2002-ci ildə o, Gənclər və İdman naziri Əbülfəz Qarayev ilə görüşür. Nazir İlhamın Moskvaya gedərək orada müalicə almasına köməklik edir.[4] Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.[6]
Böyük idmana qayıdışı və sonrakı karyerası
redaktə2000-ci illər
redaktəO, 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlamışdır.[4] 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxmışdır. O, püşkatmanın dərəcəsinə görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışdı və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub oldu. Buna baxmayaraq, İlham Zəkiyev təsəlliverici görüşlərdə qalib olaraq bürünc medala sahib oldu və 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazandı.[4]
İlham Zəkiyev Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu idi. Onun Afinada ilk qarşılaşdığı idmançı, Kvebekdəki yarışmada məğlub olduğu kubalı dünya çempionu oldu. Bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyib yarımfinala qalxdı. Yarımfinalda İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub etdi. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları Çempionu adını qazandı.[4]
Bir ildən sonra isə Niderlandda keçən Avropa Çempionatının final yarışmasında Fransanı təmsil edən Julien Torini məğlub edərək Avropa çempionu oldu. 2006-cı ildə Fransada keçirilən Dünya Çempionatında bürünc medal qazandı. 2007-ci ildə Bakıda keçirilən Dünya Çempionatında yenə də qalib oldu.[9] Həmin ildə Braziliyada keçirilən Ümumdünya yarışmasında qızıl medala layiq görülüb.[4]
2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub etdi.[9]
2010-cu illər
redaktə2012-ci ildə Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunda gümüş medala sahib olub.[12] 2013-cü ildə altıncı dan qara kəmərə sahib olub.[13] Həmin il Londonda keçirilən Paralimpiya oyunlarında ilk görüşündə Heydər Heydərovla qarşılaşıb və ona heç bir şans verməyib.[14] Növbəti — 1/4 finalda Zəkiyevin rəqibi yaponiyalı Kento Masaki olub.[14] Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılıb.[14] Nəticədə Zəkiyev təsəlliverici görüşlərə qatılıb və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medalla kifayətlənib.[14]
2015 Avropa Oyunlarının açılış mərasimində məşəl yandırmışdır.[15] 2015-ci ildə birinci Avropa Oyunlarında Azərbaycan komandasının aktivinə 18-ci qızıl medalı yazdı.[16] O, finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək çempion olub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2015-ci ilin idman laureatları arasında "İlin idmançısı" arasında ikinci yerə layiq görülüb.[17]
Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını yığmanın kapitanı İlham Zəkiyev aparıb.[18] O, həmin vaxt milli geyimdən istifadə edib.[18] Geyimin müəllifi Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.[18] Mübarizəyə qoşulan Zəkiyev ilk görüşündə özbəkistanlı Adilxan Tuledibayevlə qarşılaşdı.[19] Görüşün son dəqiqələrində İlham Zəkiyev tətbiq etdiyi fəndin əksinə düşərək ipponla gözlənilmədən məğlub oldu.[19] Adilxan Tuledibayev yarımfinalda yaponiyalı Kento Masakini görüşün başlanğıcında ipponla məğlub edib finala yüksəldiyi üçün Zəkiyev təsəlliverici qrupda mübarizə apardı.[19] Qrupun ilk görüşündə ABŞ nümayəndəsi Benjamin Qoodriçi ippon, 2-ci görüşündə isə Birləşmiş Krallıq cüdoçusu Cek Hocsonu yuko xalı tətbiq edərək məğlub etdi və həlledici görüşə adladı.[19] Bürünc medal uğrunda mübarizədə İlham Zəkiyev Yenqalini Ximenez ilə üz-üzə gəlsə də, təzyiqinin aşağı düşməsi, əlinin və dizinin zədəli olması Zəkiyevi bu görüşdə məğlub etdi. Ximenez yuko xalı ilə bürünc medal uğrunda mübarizənin qalibi oldu.[19][20] Nəticədə cüdoçu, 2016 Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərdi.[21]
2020-ci illər
redaktə2024-cü ildə Zəkiyev Parisdə keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edib. O, J1 kateqoriyasında +90 kiloqram çəki dərəcəsində mübarizə apararaq bürünc medal qazanıb.[22]
Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə İlham Zəkiyevə XVII Yay Paralimpiya Oyunlarında üçüncü yeri tutduğuna görə 50 000 manat, məşqçisinə isə 25 000 manat pul mükafatı verilmişdir.[23] Prezidentin eyni tarixli digər sərəncamı ilə o, həmçinin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[24]
Təhsili
redaktəİlham Zəkiyev 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnmişdir[25], 2008-ci ildə isə həmin Ali Təhsil ocağında maqistr dərəcəsinə yiyələnmişdir. 2024-cü ildən yenə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında doktorant kimi təhsilinə davam edir.
Şəxsi həyatı
redaktə2005-ci ildə ailə həyatı qurub.[3] Toy ərəfəsində ölkə prezidenti İlham Əliyev ona məktub göndərmiş və toydan sonra Zəkiyevə avtomobil hədiyyə etmişdir.[3] Üç övladı var: iki oğul, bir qız.[3]
Bakının "Neftçi" klubunun sadiq azarkeşidir.[26] 2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı "İşıqlı Zülmət" filmini çəkilmişdir.[27] İlham Zəkiyev dindar müsəlmandır və gündəlik namaz ibadətini yerinə yetirir. 2015-ci ildə Məkkədə Həcc ziyarətində olub.[28] 2015-ci ildən BP-nin idman elçisidir.[29][30]
Beynəlxalq müsabiqələrdə finala yolu
redaktəMüsabiqə | Yer və vaxt | İlkin round | 1/4 | 1/2 | Final |
---|---|---|---|---|---|
Rəqib Nəticə |
Rəqib Nəticə |
Rəqib Nəticə |
Rəqib Nəticə | ||
2004 Yay Paralimpiya Oyunları | Afina 17–28 sentyabr |
Rafael Torres Pompa qal. 1001 / 0001 (1:20) |
Fermin Kampos Arisa qal. 0010 / 0000 (0:32) |
Yan Rouz qal. 1000 / 0000 (1:02) | |
2005 Avropa Çempionatı | Vladringen 2–3 aprel |
Julien Torin qal. | |||
2007 Avropa Çempionatı | Bakı 17–21 may |
Aleksandr Parasyuk qal. 1000 / 0000 |
Qabor Papp qal. 0200 / 0000 |
Julien Torin qal. 0200 / 0000 | |
2007 Dünya oyunları | San Paolo 28 iyul — 8 avqust |
Van Sun qal. |
Julien Torin qal. |
Greg Düval qal. |
Yanqolini Ximenes qal. |
2008 Yay Paralimpiya Oyunları | Pekin 7–9 sentyabr |
Julien Torin qal. 1000 / 0000 |
Pak Cun Min qal. 1000 / 0001 |
Van Sun qal. 1000 / 0000 | |
2009 Avropa Çempionatı | Debreçen 3–4 iyul |
Aleksandr Parasyuk qal. 1110 / 0010 |
Tibor Veq qal. 1000 / 0000 |
Konstantin Kapitonov qal. 1000 / 0000 | |
2010 Dünya Cüdo Çempionatı | Antalya 25–29 mart |
Uilyam Morqan qal. 1000 / 0000 |
Yanqolini Ximenes qal. 1000 / 0000 |
Qabor Papp qal. 1000 / 0000 |
Həmzə Hadri qal. 1000 / 0010 |
2011 Dünya oyunları | Antalya 1–10 aprel |
Heydər Heydərov qal. 1000 / 0000 |
Toni Uolbi qal. 1000 / 0000 |
Həmzə Hərkat qal. 1000 / 0000 |
Kento Masaki məğ. 0000 / 1000 |
2011 Avropa Çempionatı | Krouli 18–20 noyabr |
Heydər Heydərov qal. 101.3 / 010.2 |
Qabor Papp qal. 100.0 / 000.0 |
Julien Torin qal. 100.0 / 000. | |
2013 Avropa Çempionatı | Eger 4–5 dekabr |
Heydər Heydərov qal. 100 / 00 |
Aleksandr Parasyuk qal. 20.0 / 00.1 | ||
2015 Dünya Cüdo Çempionatı | Eger 20–22 fevral |
Qarrax Əl-Budr qal. 100 / 000 |
Aleksandr Parasyuk поб. 100 / 000 |
Kento Masaki qal. 100 / 000 | |
2015 Avropa Oyunları | Bakı 26 iyun |
Klimis Papaxristos qal. 100 / 000 |
Aleksandr Pominov qal. 100 / 000 | ||
2015 Avropa Çempionatı | Odivelaş 27–28 noyabr |
Cek Conson qal. 100 / 000 |
Heydər Heydərov qal. 111 / 000 |
Finalda qələbə | |
Finalda məğlubiyyət |
Təltif və mükafatları
redaktəİlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da "Şöhrət" ordeninə; 2009-cu ilin mart ayının 5-də "Əməkdar idman ustası" adına; 2012-ci ildə "Tərəqqi" medalına layiq görülüb.[4] 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.[4][31] 2016-cı ildə İlham Zəkiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.[32]
Uğurları
redaktə- Cüdo üzrə Sumqayıt çempionu
- Cüdo üzrə Gənclər arasında Azərbaycan çempionatının mükafatçısı
- Sambo üzrə Gənclər arasında Azərbaycan çempionu
- 1998 — Azərbaycan kubokunun qalibi
- 2003 — Gözdən Əlillərin Dünya Oyunlarında bürünc medalçısı
- 2004 — XII Yay Paralimpiya Oyunlarının Çempionu
- 2005 — Avropa Çempionu
- 2006 — Dünya Çempionatında komanda bürünc mükafatçı
- 2007 — Avropa Çempionu
- 2007 — Gözdən Əlillərin Dünya Oyunlarının qalibi
- 2008 — XIII Yay Paralimpiya Oyunlarının Çempionu
- 2009 — Avropa Çempionu
- 2010 — Dünya Çempionu
- 2011 — Gözdən Əlillərin Dünya Oyunlarının gümüş mükafatçısı
- 2011 — Avropa Çempionu
- 2012 — XIV Yay Paralimpiya Oyunlarının Bürünc mükafatçısı
- 2013 — Avropa Çempionu
- 2015 — Dünya Çempionu
- 2015 — 2015 Avropa Oyunları Çempionu
- 2015 — Avropa Çempionu
- 2017 — Avropa Çempionu
Şəxsi
redaktə- 2008 — "Şöhrət" ordeni
- 2009 — Azərbaycanın Əməkdar İdman ustası
- 2012 — "Qızıl çinar" beynəlxalq mükafatı
- 2012 — "Tərəqqi" medalı
- 2016 — "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"[32]
- 2021 — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15.02.21
- 2021 — 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni - 06.09.21
- 2024 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni - 10.09.24
Fəxri vətəndaşlıq
redaktə- 2015 — Füzuli rayonunun Fəxri vətəndaşı[33]
İstinadlar
redaktə- ↑ JudoInside.com (ing.). 2002.
- ↑ Nəsillərə örnək azpress.az Arxivləşdirilib 2012-05-16 at the Wayback Machine.
- ↑ 1 2 3 4 "İLHAM ZƏKİYEV: "ANAMIN SƏSİNƏ KOMADAN AYILDIM"". gencaile.az. gencaile.az. Archived from the original on 2021-08-03. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "İkiqat Paralimpiya çempionu İlham Zəkiyevlə söhbət". www.muallim.edu.az. www.muallim.edu.az. Archived from the original on 2021-07-30. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ Э. Алиев. Медаль, которая может вернуть зрение : газета. — Эхо, 2004. — № 173. (rus.)
- ↑ 1 2 3 4 5 6 7 ""Qızıl oğlan" İlham Zəkiyevin həyat hekayəsi". www.femida.az. www.femida.az. Archived from the original on 2015-06-28. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "Ильхам Закиев: обмануть смерть, чтобы стать национальным героем". www.vestikavkaza.ru (rus). www.vestikavkaza.ru. Archived from the original on 2021-07-24. İstifadə tarixi: 15 sentyabr. 2016.
- ↑ Conelly, Andrew. "The games are over — now back to war". www.politico.eu. www.politico.eu. Archived from the original on 2021-10-27. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ 1 2 3 4 5 6 Suleymanov, Mehman. "MEET ILHAM ZAKIYEV: Azerbaijan's Double Paralympic Champion". www.visions.az. www.visions.az. Archived from the original on 2021-07-27. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "Advertising Feature: Meet Paralympian Ilham Zakiyev, the man who cheated death to become a national hero". talksport.com. talksport.com. Archived from the original on 2017-07-02. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ Qaraca, Bəxtiyar. "İLHAM ZƏKİYEV - cəsarət və ləyaqət simvolu". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "İlham Zəkiyevdən növbəti çempionluq". www.apasport.az. www.apasport.az. Archived from the original on 2020-10-27. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "İlham Zəkiyev "Böyük dəbilqə"ni dəyərləndirdi". olimpiya.az. olimpiya.az. 2020-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ 1 2 3 4 "Zəkiyev Londonda Azərbaycana daha bir medal qazandırdı". www.apasport.az. www.apasport.az. Archived from the original on 2020-10-27. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ ""Məşəli yandırmağımı prezident və xanımı istəyirdi..." - İlham Zəkiyev". savash.org. savash.org. 15 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "İlham Zəkiyev çempion oldu". az.azvision.az. az.azvision.az. 2015-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ ""Apasport" 3-cü dəfə ilin ən yaxşısı seçildi". www.apasport.az. www.apasport.az. Archived from the original on 2020-10-27. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ 1 2 3 "İlham Zəkiyev milli geyimdə". axsam.az. axsam.az. Archived from the original on 2021-08-01. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ 1 2 3 4 5 "Rio-2016 Paralimpiadası: Cüdoçumuz İlham Zəkiyev XV Yay Paralimpiya Oyunlarında mübarizəni medalsız başa vurub" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 10 sentyabr 2016. 2017-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2018.
- ↑ "İlham Zəkiyev idmandan getməsi barədə danışdı". İdman (az.). xeberdar.net. 15 sentyabr 2016. İstifadə tarixi: 28 avqust 2018.[ölü keçid]
- ↑ "İlham Zəkiyev məğlubiyyətinin səbəbini açıqladı". oxu.az. oxu.az. Archived from the original on 2021-08-05. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb - YENİLƏNİB - 2". Report İnformasiya Agentliyi (az.). 2024-09-07. 2024-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
- ↑ "Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2024-09-10. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
- ↑ "Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2024-09-10. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
- ↑ İlham Zəkiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olub Arxivləşdirilib 2021-07-29 at the Wayback Machine. azertag.az, 28.10.2016 (az.)
- ↑ "Вражеская пуля попала ему прямо в висок… И только мать верила в чудо!". armud.az. armud.az. Archived from the original on 2021-07-29. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "BAYRAĞIMIZI UCALDAN GƏNCLİYİMİZ". supersport.az. supersport.az. Archived from the original on 2022-04-14. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "İlham Zəkiyev Həcc ziyarətində - Fotolar". show.az. show.az. 2015-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "BP-nin idman elçisi İlham Zəkiyev Rioya gedən yolda". www.bp.com. www.bp.com. Archived from the original on 2017-07-12. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "Athlete ambassadors". www.bp.com. www.bp.com. Archived from the original on 2017-06-11. İstifadə tarixi: 15 sentyabr 2016.
- ↑ "Heydər Əliyev Mərkəzinin açilişi, ulu öndərin anadan olmasinin 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasinin 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib" (az.). leyla-aliyeva.az. 10/05/2012. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- ↑ 1 2 "Prezidentdən İlham Zəkiyevlə bağlı sərəncam". fanat.az. fanat.az. Archived from the original on 2016-09-24. İstifadə tarixi: 22 sentyabr 2016.
- ↑ Əlioğlu, Əsgər. "İlham Zəkiyev: Gözüm işığı görmür, amma... (FOTO)". www.anspress.com. www.anspress.com. Archived from the original on 2021-08-05. İstifadə tarixi: 15 sentyabr 2016.
Xarici keçidlər
redaktə- İlham Zəkiyev: "O, bizə salam verəndə özümüzü dünyanın ən xoşbəxti sanırdıq"
- Dərddən güclü
- Ilham Zakiyev: "I promised the president I would win"
- Advertising Feature: Meet Paralympian Ilham Zakiyev, the man who cheated death to become a national hero
- DOUBLE PARALYMPIC CHAMPION ILHAM ZAKIYEV GETS HIS SUPPORT TO TEACH
- Jeux paralympiques: le judoka d'Azerbaïdjan espère une 3e médaille d'or (fr.)