Amil Qasimov - Wikipedia
Amil Famil oğlu Qasımov (8 fevral 1986, Kirovabad) — Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 2016-cı ildə Kazanda baş tutan Avropa Çempionatının qızıl medalçısıdır.
Amil Qasımov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Amil Famil oğlu Qasımov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 8 fevral 1986 (38 yaş) |
Doğum yeri | |
Boyu | 172 sm |
Çəkisi | 74 kq |
İdman növü | sambo, cüdo |
18 aprel 2016 tarixində yenilənib. |
Həyatı
redaktəAmil Qasımov 8 fevral 1986-cı ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur.
Karyerası
redaktəAmil Qasımov 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Gürcüstanlı Kaxa Mamulaşvili ilə üz-üzə gəldi. Kaxa Mamulaşvili ilə qarşılaşmadan Amil Qasımov 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Bolqarıstanlı samboçu idi. Martin İvanov ilə görüşdən Amil Qasımov qələbə ilə ayrıldı. 3-1. Finala vəsiqə qazanan Amil Qasımovun bu mərhələdə rəqibi Belaruslu Stepan Papou idi. Güclü Belaruslu rəqibi ilə qarşılaşmadan Amil Qasımov 0-4 hesablı məğlubiyyətlə ayrıldı və 2015 Avropa Oyunlarının gümüş medalını qazandı.
Amil Qasımov 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Amil Qasımov 14 may 2016-cı il tarixində Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının finalında erməni əsilli Ukrayna samboçusu Artur Sarkisyanı görüşün sonuna 1 dəqiqə 44 saniyə qalmış möhtəşəm fəndlə 9-0 hesabı ilə məğlub etdi və 2016 Avropa Çempionatının qızıl medalını qazandı.