Xaybula Musalov - Wikipedia
Xaybula Musalov (4 dekabr 1990; Qunib rayonu, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən boksçu.
Xaybula Musalov | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Xaybula Ənvərbəyoviç Musalov | ||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Qunib rayonu, Dağıstan MSSR | ||||||||||
Boyu | 180 sm. (5 ft 7 in) | ||||||||||
İdman növü | Boks | ||||||||||
Medallar
|
Həyatı
redaktəXaybula Ənvərbəyoviç Musalov 1990-cı il dekabrın 4-də Rusiyanın Qunib rayonunda anadan olub.
Karyerası
redaktəXaybula Musalov 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Fransa nümayəndəsi Kristian M'Billiyə (3:0), 1/4 final mərhələsində Belarus təmsilçisi Vitali Bandarenhaya (3:0), 1/2 final mərhələsində isə Macarıstan nümayəndəsi Zoltan Harcsaya (3:0) qalib gələn Xaybula Musalov, final görüşündə İrlandiya təmsilçisi Mixael O'Reilli ilə üz-üzə gəldi. Həlledici görüşdə Xaybula Musalov rəqibinə 0:3 hesabı ilə məğlub oldu və I Avropa Oyunlarının gümüş medalına sahib oldu.[1]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Xaybula Ənvərbəyoviç Musalov "Tərəqqi" medalı ilə təltif edildi.[2]
Uğurları
redaktəAvropa Oyunları | Azərbaycan |
İstinadlar
redaktə- ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2015 European Games — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 29.06.2015. 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2022.