Sebine Abdullayeva - Wikipedia
Səbinə Xanlar qızı Abdullayeva - Azərbaycanı 57 kq çəki dərəcəsində təmsil edən, B2 kateqoriyalı paralimpiyaçı cüdoçu. Beynəlxalq Görmə əlilləri İdman Federasiyası (ing. IBSA - International Blind Sports Federation) tərəfindən 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan cüdo üzrə Dünya Çempionatında 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. BGİF tərəfindən təşkil olunan 2013-cü ildə Macarıstanın Eger şəhərində və 2015-ci ildə Portuqaliyanın Odivelaş şəhərində keçirilən Cüdo uzrə Avropa Çempionatlarının ikisində də 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. Bundan əlavə 2015-ci ildə paytaxtımızda təşkil olunan İlk Avropa Oyunlarında da 57 kq çəkidə gümüş mükafatçı olmuşdur. İlk Avropa Oyunlarındakı böyük nailiyyəti və Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci ildə imzaladığı sərəncamına əsasən "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı cüdonun 57 kq çəki dərəcəsində təmsil edib 7-ci yeri tutmuşdur.
Səbinə Abdullayeva | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Tam adı | Səbinə Xanlar qızı Abdullayeva | ||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||
Doğum yeri | Sumqayıt, Azərbaycan | ||||||||||||||||||||||
Boyu | 157 sm. | ||||||||||||||||||||||
Çəkisi | 57 kq. | ||||||||||||||||||||||
İdman növü | Cüdo | ||||||||||||||||||||||
Əlilliyi | Kor | ||||||||||||||||||||||
Əlillik dərəcəsi | B2 | ||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |