Ilahe Qasimova - Wikipedia
İlahə Qasımova[1] (d. 14 oktyabr 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. İlahə Qasımova, 2015-ci ildə baş tutan I Avropa Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb.
İlahə Qasımova | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Tam adı | İlahə İlqar qızı Qasımova | ||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan | ||||||||||||||||||||||
Təhsili | |||||||||||||||||||||||
İdman növü | Karate (Kumite) | ||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlahə Qasımova 14 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.
Karyerası
redaktəİlahə Qasımova, 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. -55 kiloqram çəki dərəcəsində çıxış edən İlahə Qasımova, bürünc medal uğrunda görüşdə, İspaniya nümayəndəsi Kristina Ferrer Qarsiyanı 5:2 hesabı ilə məğlub etdi və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Bu uğuruna görə İlahə Qasımova, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edildi.
İlahə Qasımova, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -55 kiloqram çəki dərəcəsində çıxış edən İlahə Qasımova, finalda görüşündə, Misir nümayəndəsi Yassmin Attiaya 2:3 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "IV İslam Həmrəyliyi Oyunları - Karate yarışlarının idmançıları" (PDF). www.baku2017results.azureedge.net. 2017-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 sentyabr 2017.