Azerbaycanin Quslari - Wikipedia
Azərbaycanın quşları — Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi.
Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir.
Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub - Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə 4unar-cı illərdə qış mövsümündə 2 milyondan çox su-bataqlıq quşu, xüsusilədə ördək, qaşqaldaq və qaz ovlanmışdır. 36 növ quş Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Azərbaycan ornitofaunasından 23 növ Dünya Qırmızı Kitabına daxil edilmişdir (bax "Nadir və qiymətli quşlar"). Azərbaycanda quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatlıq amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.), neft çıxarılması və daşınması (xüsusilədə dənizdə; bax "neft və quşlar"), elektirik xətləri (bax "Quşlar və EX (Elektrik Xəttlər)) və başqalarıdır.
Quşların, ilk növbədə su-bataqlıq quşlarının qorunması üçün Qızılağac və Ağgöl qoruqları təşkil edilmişdirki, burada 500 mindən çox quş qışlayır. Bundan başqa Samux qoruq-ovçuluq təsərrüfatında, Gil və Şahdili yasaqlağında və digər yasaqlıqlarda quşlar qorunub mühafizə edilir. Sarısu (400-500 min qışlamada), Mahmudçala (40 min), Kürün deltasında (miqrasiyada 75 min), Abşeron-Qobustan sahillərində (Pirallahi-Pirsaat kəsiyində - 200 min ) və digər sahələrdə daha çoxdur. Azərbaycanda ekoturizm kimi istiqamətin, xüsusilədə bedvodçinqin (quşların müşahidəsi) inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Quşları burada il boyu, həm qışlamada, həm köç, həm də yuvalama zamanı müşahidə etmək mümkündür. Burada vağların, ibislərin, qarabattaqların qamışlıqda, qağayı və sternaların adalarda, hətta istifadəsiz neft özüllərində çoxsaylı koloniyalarını müşahidə etmək olur. Qışda bəzgəglərin nəhəng sürüləri, qartallar, kərkəslər yemlənmək üçün düzənlərə gəlir. Xəzər sahillərində və daxili su hövzələrində su quşlarının nəhəng sürüləri toplaşır.
Quşlar Azərbaycanın sərvətidir, onları qorumaq və daha da artırmaq üçün bütün mümkün imkanlardan istifadə etmək lazımdır.
Dəstə | Növlərinin sayı |
---|---|
Sərçəkimilər (Passeriformes) | 156 |
Çovdarçıkimilər (Charadriiformes) | 65 |
Qızılquşkimilər (Falconiformes) | 37 |
Qazkimilər (Anseriformes) | 31 |
Durnakimilər (Gruiformes) | 14 |
Leyləkkimilər (Ciconiiformes) | 13 |
Qaqarkimilər (Gaviiformes) | 11 |
Göyərçinkimilər (Columbiformes) | 8 |
Ağacdələnkimilər (Piciformes) | 8 |
Toyuqkimilər (Galliformes) | 8 |
Bayquşkimilər (Strigiformes) | 8 |
Rakşikimilər (Coraciiformes) | 6 |
Maygülükimilər (Podicipediformes) | 5 |
Qutankimilər (Pelecaniformes) | 4 |
Azərbaycanda yayılmış quşların siyahısı
redaktə- Qaradöş qaqar (Gavia arctica)
- Qırmızıdöş qaqar (Gavia stellata)
Dəstə: Maygülülər (Podicipediformes)
redaktəMaygülülər (Podicipedidae)
redaktə- Kiçik maygülü (Tachybaptus ruficollis)
- Qırmızıboyun maygülü (Podiceps auritus)
- Böyük maygülü (Podiceps cristatus)
- Bozyanaq maygülü (Podiceps grisegena)
- Qaraboyun maygülü (Podiceps nigricollis)
Dəstə: Qutankimilər (Pelecaniformes)
redaktə- Çəhrayı qutan (Pelecanus onocrotalus)
- Qıvrımlələk qutan (Pelecanus crispus)
Qarabatdaqlar (Phalacrocoracidae)
redaktə- Böyük qarabatdaq (Phalacrocorax carbo)
- Kiçik qarabatdaq (Microcarbo pygmaeus)
Dəstə: Leyləkkimilər (Ciconiiformes)
redaktə- İri ağ vağ (Ardea alba)
- Boz vağ (Ardea cinerea)
- Kürən vağ (Ardea purpurea)
- Sarı pırtlaşıqlələk (Ardeola ralloides)
- Böyük danquşu (Botaurus stellaris)
- Kiçik danquşcuq (Ixobrychus minutus)
- Misir vağı (Bubulcus ibis)
- Kiçik ağ vağ (Egretta garzetta)
- Adi qarıldaq (Nycticorax nycticorax)
- Ağ leylək (Ciconia ciconia)
- Qara leylək (Ciconio nigra)
- Adi ərsindimdik (Platalea leucorodia)
- Adi qaranaz (Plegadis falcinellus)
- Müqəddəs ibis (Threskiornis aethiopicus)
Dəstə:Qızılqazkimilər (Phoenicopteriformes)
redaktəQızılqazlar (Phoenicopteridae)
redaktə- Adi qızılqaz (Phoenicopterus roseus)
Dəstə: Qazkimilər (Anseriformes)
redaktə- Bizquyruq ördək (Anas acuta)
- Fitçalan ördək (Anas crecca)
- Fitçi-marek (Anas penelope)
- Yaşılbaş ördək (Anas platyrhynchos)
- Boz ördək (Anas strepera)
- Qaşqa qaz (Anser albifrons)
- Boz qaz (Anser anser)
- Ağqaş qaz (Anser erythropus)
- Qırmızıbaş qaraördək (Aythya ferina)
- Kəkilli qaraördək (Aythya fuligula)
- Dəniz qaraördəyi (Aythya marila)
- Ağgöz qaraördək (Aythya nyroca)
- Qırmızıdöş qaz (Branta ruficollis)
- Adi güləyənquşu (Bucephala clangula)
- Ağ qaz (Chen caerulescens)
- Moryanka (Clangula hyemalis)
- Amerika qu quşu (Cygnus columbianus)
- Harayçı qu quşu (Cygnus cygnus)
- Fısıldayan qu quşu (Cygnus olor)
- Mərmər cürə (Marmaronetta angustirostris)
- Adi qılquyruq (Melanitta fusca)
- Qara qılquyruq (Melanitta nigra)
- Nazik pazdimdik (Mergellus albellus)
- Böyük pazdimdik (Mergus merganser)
- Uzunburun pazdimdik (Mergus serrator)
- Qırmızıburun dalğıc (Netta rufina)
- Göydimdik (Oxyura leucocephala)
- Enlidimdik cürə (Spatula clypeata)
- Cırıldayan cürə (Spatula querquedula)
- Qırmızı anqut (Tadorna ferruginea)
- Ala ördək (Tadorna tadorna)
Dəstə: Qızılquşkimilər (Falconiformes)
redaktəQaraquşular (Pandionidae)
redaktə- Çay qaraquşu (Pandion haliaetus)
- Türkistan qırğısı (Accipiter badius)
- Avropa tüviyi (Accipiter brevipes)
- Bildirçinçalan (Accipiter nisus)
- Tetraçalan (Accipiter gentilis)
- Qara kərkəs (Aegypius monachus)
- Berqut (Aquila chrysaetos)
- Böyük xallı qartal (Aquila clanga)
- Qırğı qartal (Aquila fasciatus)
- Məzar qartalı (Aquila heliaca)
- Çöl qartalı (Aquila nipalensis)
- Cırtdan qartalça (Aquila pennatus)
- Kiçik xallı qartal (Aquila pomarina)
- Adi sar (Buteo buteo)
- Tüklüayaq sar (Buteo lagopus)
- Çöl sarı (Buteo rufinus)
- İlanyeyən (Circaetus gallicus)
- Bataqlıq belibağlısı (Circus aeruginosus)
- Tarla belibağlısı (Circus cyaneus)
- Çöl belibağlısı (Circus macrourus)
- Çəmən belibağlısı (Circus pygargus)
- Ağbaş kərkəs (Gyps fulvus)
- Toğlugötürən (Gypaetus barbatus)
- Ağquyruq dəniz qartalı (Haliaeetus albicilla)
- Uzunquyruq sahilqartalı (Haliaeetus leucoryphus)
- Qırmızı çalağan (Milvus milvus)
- Qara çalağan (Milvus migrans)
- Leşcil ağqartal (Neophron percnopterus)
- Adi arıyeyən (Pernis apivorus)
Qızılquşlar (Falconidae)
redaktə- Bığlı qızılquş (Falco biarmicus)
- Ütəlgi qızılquş (Falco cherrug)
- Ördəktutan qızılquş (Falco columbarius)
- Səhra qızılquşu (Falco naumanni)
- Şahin (Falco peregrinus)
- Qaragöz qızılquş (Falco subbuteo)
- Adi qızılquş (Falco tinnunculus)
- Kərkincək qızılquş (Falco vespertinus)
Dəstə: Toyuqkimilər (Galliformes)
redaktəQırqovullar (Phasianidae)
redaktə- Xınalı kəklik (Alectoris chukar)
- Adi bildirçin (Coturnix coturnix)
- Adi turac (Francolinus francolinus)
- Boz kəklik (Perdix perdix)
- Adi qırqovul (Phasianus colchicus)
- Qafqaz tetrası (Tetrao mlokosiewiczi)
- Xəzər uları (Tetraogallus caspius)
- Qafqaz uları (Tetraogallus caucasicus)
Dəstə: Durnakimilər (Gruiformes)
redaktə- Adi qəşəng durna (Anthropoides virgo)
- Boz durna (Grus grus)
- Leucogeranus leucogeranus
Sufərələri (Rallidae)
redaktə- Adi çivdimdik (Crex crex)
- Adi qaşqaldaq (Fulica atra)
- Adi qamışfərəsi (Gallinula chloropus)
- Sultan toyuğu (Porphyrio porphyrio)
- Kiçik təqibçi (Porzana parva)
- Adi təqibçi (Porzana porzana)
- Cırtdan təqibçi (Porzana pusilla)
- Adi sufərəsi (Rallus aquaticus)
- Gözəl baladovdaq (Chlamydotis undulata)
- Dovdaq (Otis tarda)
- Bəzgək (Tetrax tetrax)
Dəstə: Çovdarçıkimilər (Charadriiformes)
redaktə- Sağsağanı alacüllüt (Haematopus ostralegus)
Bizdimdiklər (Recurvirostridae)
redaktə- Adi caydaqcüllüt (Himantopus himantopus)
- Adi bizdimdik (Recurvirostra avosetta)
Pərttəgözlər (Burhinidae)
redaktə- Adi pərttəgöz (Burhinus oedicnemus)
Haçaquyruqlar (Glareolidae)
redaktə- Bozqır haçaquyruğu (Glareola nordmanni)
- Çəmənlik haçaquyruğu (Glareola pratincola)
Çovdarçılar (Charadriidae)
redaktə- Dəniz çovdarçısı (Charadrius alexandrinus)
- Xəzər çovdarçısı (Charadrius asiaticus)
- Halqalı kiçik çovdarçı (Charadrius dubius)
- Yaxalıqlı çovdarçı (Charadrius hiaticula)
- Böyükdimdik çovdarçı (Charadrius leschenaultii)
- Adi çovdarçı (Charadrius morinellus)
- Qızılı qonurqanad (Pluvialis apricaria)
- Qızılxallı qonurqanad (Pluvialis squatarola)
- Çığırğan cüllüt (Vanellus gregarius)
- Bəzəkli çökükburun (Vanellus indicus)
- Çökükburun ağquyruq (Vanellus leucurus)
- Çibiş bibikinə (Vanellus vanellus)
Tənbəlcüllütlər (Scolopacidae)
redaktə- Adi sahildəyişən (Actitis hypoleucos)
- Sahil daşçevirəni (Arenaria interpres)
- Üçbarmaq qumluqca (Calidris alba)
- Qaradöş qumluqca (Calidris alpina)
- İslandiya qumluqcası (Calidris canutus)
- Qaraca qumluqca (Calidris falcinellus)
- Qırmızıbaş qumluqca (Calidris ferruginea)
- Sərçəvi qumluqca (Calidris minuta)
- Calidris pugnax
- Ağquyruq qumluqca (Calidris temminckii)
- Adi tənbəlcüllüt (Gallinago gallinago)
- Ortaboy tənbəlcüllüt (Gallinago media)
- Cüllüt (Scolopax rusticola)
- Kiçik oxcüllüt (Limosa lapponica)
- Böyük oxcüllüt (Limosa limosa)
- Kiçik tükcüllüt (Lymnocryptes minimus)
- Böyük əyridimdik (Numenius arquata)
- Ortaboy əyridimdik (Numenius phaeopus)
- Kiçik əyridimdik (Numenius tenuirostris)
- Dəyirmiburun üzərçə (Phalaropus lobatus)
- Bülbülü ilbizcüllüt (Tringa erythropus)
- Fiyu ilbizcüllüt (Tringa glareola)
- Böyük ilbizcüllüt (Tringa nebularia)
- Çay ilbizcüllütü (Tringa stagnatilis)
- Qara ilbizcüllüt (Tringa ochropus)
- Otluq ilbizcüllütü (Tringa totanus)
- Boz səsyamsılayan (Xenus cinereus)
Sahilqağayıları (Stercorariidae)
redaktəQağayıkimilər (Laridae)
redaktə- Ermənistan qağayısı (Larus armenicus)
- Xəzər qağayısı (Larus cachinnans)
- Boz qağayı (Larus canus)
- Kiçik qarabel qağayı (Larus fuscus)
- Dəniz göyərçəsi (Larus genei)
- Larus fuscus heuglini (Larus heuglini)
- Güləyən qağayı (Larus ichthyaetus)
- Kiçik qağayı (Larus minutus)
- Göl qağayısı (Larus ridibundus)
Susüpürənlər (Sternidae)
redaktə- Ağyanaq bataqlıq susüpürəni (Chlidonias hybrida)
- Ağqanad bataqlıq susüpürəni (Chlidonias leucopterus)
- Qara bataqlıq susüpürəni (Chlidonias niger)
- Adi susüpürən (Sterna hirundo)
Dəstə: Bağrıqaralar (Columbiformes)
redaktəGöyərçinlər (Columbidae)
redaktə- Çöl göyərçini (Columba livia)
- Xırda meşə göyərçini (Columba oenas)
- Alabaxta (Columba palumbus)
- Yaxalıqlı qurqur (Streptopelia decaocto)
- Spilopelia senegalensis
- Adi qurqur (Streptopelia turtur)
Bağrıqaralar (Pteroclidae)
redaktə- Qılquyruq bağrıqara (Pterocles alchata)
- Qaraqarın bağrıqara (Pterocles orientalis)
Dəstə: Quququşukimilər (Cuculiformes)
redaktəDəstə: Bayquşkimilər (Strigiformes)
redaktəAlabayquşlar (Tytonidae)
redaktə- Adi alabayquş (Tyto alba)
- Tüklüayaq xarabaçıl (Aegolius funereus)
- Bataqlıq bayquşu (Asio flammeus)
- Adi qulaqlı bayquş (Asio otus)
- Dam xarabaçılı (Athene noctua)
- Adi yapalaq (Bubo bubo)
- Meşə bayquşcuğu (Otus scops)
- Adi yapalaqca (Strix aluco)
Dəstə: Keçisağankimilər (Caprimulgiformes)
redaktəDəstə: Uzunqanadkimilər (Apodiformes)
redaktəUzunqanadlar (Apodidae)
redaktə- Kiçik uzunqanad (Apus affinis)
- Qara uzunqanad (Apus apus)
- Tachymarptis melba
Dəstə: Rakşikimilər (Coraciiformes)
redaktəBalıqçıllar (Alcedinidae)
redaktə- Adi balıqçıl (Alcedo atthis)
- Qırmızıdimdik balıqçıl (Halcyon smyrnensis)
Qızlarquşular (Meropidae)
redaktə- Qızılı qızlarquşu (Merops apiaster)
- Yaşıl qızlarquşu (Merops persicus)
Əsl rakşilər (Coraciidae)
redaktə- Dra-dra göycəqarğa (Coracias garrulus)
- Şanapipik (Upupa epops)
Dəstə: Ağacdələnkimilər (Piciformes)
redaktəAğacdələnlər (Picidae)
redaktə- İri ağacdələn (Dendrocopos major)
- Ortaboy ağacdələn (Dendrocopos medius)
- Dryobates minor
- Ağbel ağacdələn (Dendrocopos leucotos)
- Suriya ağacdələni (Dendrocopos syriacus)
- Qara ağacdələn (Dryocopus martius)
- Adi buruqboyun (Jynx torquilla)
- Yaşıl ağacdələn (Picus viridis)
Dəstə: Sərçəkimilər (Passeriformes)
redaktəTorağaylar (Alaudidae)
redaktə- Tarla torağayı (Alauda arvensis)
- Kiçik tarla torağayı (Alauda gulgula)
- Boz torağay (Calandrella brachydactyla)
- Kiçik boz torağay (Calandrella rufescens)
- Buynuzlu torağay (Eremophila alpestris)
- Kəkilli torağay (Galerida cristata)
- Meşə torağayı (Lullula arborea)
- İkixallı çöl torağayı (Melanocorypha bimaculata)
- Çöl torağayı (Melanocorypha calandra)
- Ağqanad torağay (Melanocorypha leucoptera)
- Qara torağay (Melanocorypha yeltoniensis)
Qaranquşlar (Hirundinidae)
redaktə- Adi şəhər qaranquşu (Delichon urbicum)
- Kənd qaranquşu (Hirundo rustica)
- Adi dağ qaranquşu (Ptyonoprogne rupestris)
- Adi sahil qaranquşu (Riparia riparia)
Quyruqsallayanlar (Motacillidae)
redaktə- Çöl haçaqanadı (Anthus campestris)
- Qırmızıdöş haçaqanad (Anthus cervinus)
- Çəmən haçaqanad (Anthus pratensis)
- Dağ haçaqanadı (Anthus spinoletta)
- Meşə haçaqanadı (Anthus trivialis)
- Ağ quyruqsallayan (Motacilla alba)
- Dağ quyruqsallayanı (Motacilla cinerea)
- Sarıbaş quyruqsallayan (Motacilla citreola)
- Sarı quyruqsallayan (Motacilla flava)
Ardıcquşlar (Bombycillidae)
redaktəSu sərçələri (Cinclidae)
redaktəBirəbittənlər (Troglodytidae)
redaktə- Alp çərənçisi (Prunella collaris)
- Meşə çərənçisi (Prunella modularis)
- Aladöş çərənçi (Prunella ocularis)
Qaratoyuqlar (Turdidae)
redaktə- Əlvan qaya qaratoyuğu (Monticola saxatilis)
- Göy qaya qaratoyuğu (Monticola solitarius)
- Ağqaş qaratoyuq (Turdus iliacus)
- Qara qaratoyuq (Turdus merula)
- Oxuyan qaratoyuq (Turdus philomelos)
- Xallı qaratoyuq (Turdus pilaris)
- Qırmızıboğaz qaratoyuq (Turdus ruficollis)
- Ağdöş qaratoyuq (Turdus torquatus)
- Çil qaratoyuq (Turdus viscivorus)
- Qamış bülbülü (Cettia cetti)
- Hindistan qamışcılı (Acrocephalus agricola)
- Qaratoyuğabənzər qamışcıl (Acrocephalus arundinaceus)
- Bağ qamışcılı (Acrocephalus dumetorum)
- Nazikdimdik qamışcıl (Acrocephalus melanopogon)
- Gizlin qamışcıl (Acrocephalus schoenobaenus)
- Bataqlıq qamışcıl (Acrocephalus palustris)
- Çəmən qamışcılı (Acrocephalus scirpaceus)
- Kiçik zəvzək (Hippolais caligata)
- Meşə zəvzəyi (Hippolais icterina)
- Səhra zəvzəyi (Hippolais languida)
- İri zəvzək (Hippolais pallida)
- Adi sisək quşu (Locustella naevia)
- Bülbülü sisək quşu (Locustella luscinioides)
- Sin-sin yarpaqgüdəni (Phylloscopus collybita)
- Cır-cır yarpagüdəni (Phylloscopus sibilatrix)
- Mərkəzi Asiya yarpaqgüdəni (Phylloscopus sindianus)
- Sarıqarın yarpaqgüdən (Phylloscopus trochiloides)
- Bahar yarpaqgüdəni (Phylloscopus trochilus)
- Qarabaş silvi (Sylvia atricapilla)
- Bağ silvisi (Sylvia borin)
- Şərqi Orfey silvisi (Sylvia crassirostris)
- Boz silvi (Sylvia communis)
- Çərənçi silvi (Sylvia curruca)
- Oxuyan silvi (Sylvia hortensis)
- Ağbığ silvi (Sylvia mystacea)
- Səhra silvisi (Sylvia nana)
- Qırğıyabənzər silvi (Sylvia nisoria)
Milçəkqapanlar (Muscicapidae)
redaktə- Tuğay bülbülü (Cercotrichas galactotes)
- Şəfəq bülbülü (Erithacus rubecula)
- Ağboyun milçəkqapan (Ficedula albicollis)
- Ala milçəkqapan (Ficedula hypoleuca)
- Xırda milçəkqapan (Ficedula parva)
- Yaxalıqlı milçəkqapan (Ficedula semitorquata)
- Ağboğaz bülbül (Irania gutturalis)
- Adi bülbül (Luscinia luscinia)
- Qərb bülbülü (Luscinia megarhynchos)
- Serə bülbülü (Luscinia svecica)
- Boz milçəkqapan (Muscicapa striata)
- Qaraca odquyruq (Phoenicurus ochruros)
- Adi odquyruq (Phoenicurus phoenicurus)
- Səhra çaxraxçılı (Oenanthe deserti)
- Qaraboyun çaxraxçıl (Oenanthe finschii)
- Qaraqulaq çaxraxçıl (Oenanthe hispanica)
- Oynaq çaxraxçıl (Oenanthe isabellina)
- Adi çaxraxçıl (Oenanthe oenanthe)
- Keçəl çaxraxçıl (Oenanthe pleschanka)
- Qızılquyruq çaxraxçıl (Oenanthe xanthoprymna)
- Qırmızıbel odquyruq (Phoenicurus erythrogaster)
- Çəmən çəkçəkisi (Saxicola rubetra)
- Qarabaş çəkçəki (Saxicola rubicola)
- Sibir çəkçəkisi (Saxicola maura)
- Adi sitta (Sitta europaea)
- Kiçik qayalıq sittası (Sitta neumayer)
- Böyük qayalıq sittası (Sitta tephronota)
- Qırmızıqanad qayaquşu (Tichodroma muraria)
- Qısabarmaq süzər (Certhia brachydactyla)
- Adi süzər (Certhia familiaris)
Arıquşları (Paridae)
redaktə- Adi göy arıquşu (Cyanistes caeruleus)
- Kəkilli arıquşu (Lophophanes cristatus)
- Buxara arıquşu (Parus bokharensis)
- İri arıquşu (Parus major)
- Qara arıquşu (Periparus ater)
- Hirkan arıquşu (Poecile hyrcanus)
- Aralıq dənizi arıquşu (Poecile lugubris)
- Pəsnək arıquşu (Remiz pendulinus)
Sarıköynəklər (Oriolidae)
redaktə- Adi alaçöhrə (Lanius collurio)
- Kürənquyruq alaçöhrə (Lanius isabellinus)
- Boz alaçöhrə (Lanius meridionalis)
- Qaraalın alaçöhrə (Lanius minor)
- Qırmızıbaş alaçöhrə (Lanius senator)
- Quzğun (Corvus corax)
- Boz qarğa (Corvus cornix)
- Qara qarğa (Corvus corone)
- Zağca (Corvus frugilegus)
- Dolaşa (Corvus monedula)
- Adi zığ-zığ (Garrulus glandarius)
- Sağsağan (Pica pica)
- Sarıdimdik dolaşa (Pyrrhocorax graculus)
- Adi alasığırçın (Pastor roseus)
- Sığırçın (Sturnus vulgaris)
Vələmir quşları (Emberizidae)
redaktə- Qayalıq vələmirquşu (Emberiza buchanani)
- Qırmızıdimdik vələmirquşu (Emberiza caesia)
- Tarla vələmirquşu (Emberiza calandra)
- Dağ vələmirquşu (Emberiza cia)
- Bostan vələmirquşu (Emberiza cirlus)
- Adi vələmirquşu (Emberiza citrinella)
- Bağ vələmirquşu (Emberiza hortulana)
- Qarabaş vələmirquşu (Emberiza melanocephala)
- Qamışlıq vələmirquşu (Emberiza schoeniclus)
- Ağbaş vələmirquşu (Emberiza leucocephalos)
- Kiçik vələmirquşu (Emberiza pusilla)
Hörücü quşlar (Fringillidae)
redaktə- Səhra hörücüsü (Bucanetes githaginea)
- Adi kətanquşu (Carduelis cannabina)
- Payız bülbülü (Carduelis carduelis)
- Yaşılca (Carduelis chloris)
- Dağ kətanquşu (Carduelis flavirostris)
- İri mərcimək quşu (Carpodacus rubicilla)
- Yalançı bülbül (Carduelis spinus)
- Adi mərcimək quşu (Carpodacus erythrinus)
- Meşə sərçəsi (Fringilla coelebs)
- Qayalıq hörücüsü (Fringilla montifringilla)
- Baltadimdik (Coccothraustes coccothraustes)
- Küknar çataldimdiyi (Loxia curvirostra)
- Adi qarquşu (Pyrrhula pyrrhula)
- Rhodopechys mongolica
- Qırmızıqanad hörücü (Rhodopechys sanguinea)
- Dağ hörücüsü (Serinus pusillus)
- Şimal kətanquşu (Acanthis flammea)
Azərbaycan Quşları Üzrə Əsas Ədəbiyyat
redaktə- K.M. Qambarov. Kataloq vorobğinıx ptiü Azerbaydcana. Baku, İzd. AzFAN, 1941, 92 s.
- Azərbaycan faunası. VI s. Quşlar (Non-Passeriformes), Bakı, Elm, 1977, 316 s.
- Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, Şur, 1996, 239 s.
- Civotnıy mir Azerbaydcana. t. III, Pozvonoçnıe, Baku, Glm, 2000. Ptiüı, s. 261 - 435.
- Azərbaycanın Qırmızı Kitabı. Bakı, İşıq, 1989, 544 s. Quşlar, s. 51 - 125.
- Patrikeev, Michael; Harper, Geoffrey H. The Birds of Azerbaijan (Faunistica). Pensoft Publishers, 2004, 380 ISBN 9789546422071
Xarici keçid
redaktəİstinadlar
redaktə|}