Qafqaz Tetrasi - Wikipedia
Qafqaz tetrası (lat. Lyrurus mlokosiewiczi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tetra cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Qafqaz tetrası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qafqaz tetrası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
redaktəErkəyi qara məxməri rəngdədir. Başı, döşü və bel hissəsi yaşılıltılı rəngə çalır. Qanadaltı lələkləri ağdır. Erkək fərdinin quyruğu uzun, ucları yanlara və aşağı əyilmişdir. Gözünün üstündə qırmızı ”qaşı” vardır. Dişiləri bozəhvəyi rəngdədir, üzəri iri köndələn naxışlı qaradır. Ayaqları qonur, dimdiyi qısa və ucu az əyridir.
Yayılması
redaktəQafqaz üçün endemik növdür. Azərbaycan ərazisində əsasən subalp qurşağında (1800–2400 m) yayılmışdlır.Tozağacı meşəliklərinə və rododrndron kolluqlarına sıx bağlıdır. Oturaq quşdur.
Həyat tərzi
redaktə1700-2000 metr hündürlükdə yerləşən tozağacı və ardıc meşələrində sığınır və qış vaxtı yemlənir, 2100-2600 metr hündürlükdə subalp və alp çəmənliklərində yemlənir. Ardıc və qaragilə bitkiləri bitən əraziləri, Kiçik Qafqazda, itburnu və qaragilənin əmələ gətirdiyi kolluqları seçir. Poliqamdır, yazda (aprel-may) erkəklər açıq yerdə xüsusi nikah rəqsləri nümayiş etdirir və dişilərlə cütləşir, dişi təklikdə yumurtalarda yatır və balaları gəzdirir. 6-12 yumurta qoyur.
Sayı
redaktəDünyada sayı çoxalma dövründə 59-110 min fərddir. Azərbaycan ərazisində 1961-1963-cü illərdə 100 hektar ərazidə orta hesabla 24,4 fərd, 1991-ci ilin yanvarında isə 0,9 fərd qeydə alınmışdır. 1980-1990-cı illərdə Zaqatala Dövlət Təbiət Qoruğunda sayı 300-500, İlisu Dövlət Təbiət Qoruğunda 50, İsmayıllı Dövlət Təbiət Qoruğunda 30-40, Babadağda 100, Gamışdağda 150 fərd təşkil etmişdir. 1980-1990-cı illərdə coxalma dövründə Azərbaycanda ümumi sayının 1500-2000 fərd olduğu göstərilir. Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən 2004-2010-ci illərdə aparılan tədqiqatlar ərzində coxalma dövründə sayının 1500-3000 fərd təşkil etdiyi ehtimal edilir. Quba, Qusar, Qax, Oğuz, İsmayıllı rayonlarında bir sıra nümayiş meydançaları və lokal populyasiyaları müəyyən edilmişdir. Cəmi 8 lokal populyasiyada 200-ə yaxın fərd müəyyən edilmişdir. Bir populyasiya orta hesabla 20-25 fərddən ibarət olur, onlardan 1/3 erkək, 1/3 dişi və bir o qədəri də cavan fərdlər təşkil edir.
Azalma səbəbləri
redaktəTozağacı meşəlikləri sığınması və qışda yemlənməsi üçün xüsusi əhəmiyyət daşıdığı ücün, bu meşələrin qırılması sayının azalmasına gətirib çıxarır. Qanunsuz ov xüsusən yazda nikah nümayişləri etdiyi yerlərədə qısa müddətdə bütün populyasiyanın məhv edilməsinə gətirə bilər. Yuvalarını tülkülər dağıdır. Eyni vaxtda iribuynuzlu mal-qara sürüləri yuvaların bir qismini tələf edir. Çoban itləri bu quşları narahat edir. Vaşaq, tülkü, gəlincik, tetraçalan və bərqud əsas tələfedən yırtıcılardır. Güclü sel və yağıntılar bəzən yuvalarını dağıdır, körpə balalarını tələf edir
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəQlobal və Avropa mühafizə statusuna malik növ kimi qorunur. CİTES, Bern konvensiyalarına, İUCN Qırmızı Siyahısına, Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir. Zaqatala, İlisu, İsmayıllı qoruqlarl, Şahdağ və Göy-göl Milli Parkları yaradılmışdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3