Adi Civdimdik - Wikipedia
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü.
Adi çivdimdik | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi çivdimdik |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Statusu
redaktəNadirdir.
Kateqoriyası
redaktəTəhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər.
Qısa təsviri
redaktəÜmumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.
Yayılması
redaktəAvropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda Xəzər dənizi sahillərində və Kür-Araz ovalığında təsadüf olunur.
Yaşayış yeri və həyat tərzi
redaktəSu hövzələrinin və çayların bitkilərlə sıx örtülmüş bataqlıq sahilləri əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda miqrantdır. Yaz köçü aprel–may aylarında, payız köçü isə oktyabr–noyabr aylarında müşahidə olunur. Həşəratlar, onların sürfələri, molyusklar, bitki toxumları yeyir.
Məhdudlaşdırıcı amillər
redaktəYaşayış yerlərində iribuynuzlu mal-qaranın kütləvi otarılması, su-bataqlıq biotoplarının qurudulması çivdimdiyi sıxışdırır.
Əhali üçün əhəmiyyəti
redaktəElmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və Dövlət Təbiət Yasaqlıqlarında nəzarət altında saxlanılır. Naxçıvan MR-in Qırmızı kitabına (2006), Bonn, Bern, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəKür deltasına və ona həmsərhəd bataqlıq sahələrinə yasaqlıq statusunun verilməsi məsləhətdir. Növü əhaliyə tanıtmaq vacibdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3