Adi Qasqaldaq - Wikipedia
Adi_qaşqaldaq - Haqqında Məlumat
Adi qaşqaldaq (lat. Fulica atra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin qaşqaldaq cinsinə aid heyvan növü.
Adi qaşqaldaq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Adi qaşqaldaq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avrasiya, Şimali Afrika və Avstraliyada geniş ərazilərdə yayılmışdır. Kütləsi 445-1250 q olur. Rəngi tutqun qaradır, çalma lələkləri bozumtul qonur, sükan lələkləri qaradır. Dimdiyi və qaşqası ağdır. Dimdiyinin dibi qırmızımtıldır. Dişisinin rəngi erkəyindən açıqdır. Yaxşı üzür və suyun 4 m dərinliyə qədər dala bilir. Suyun altında adətən 10 saniyə, bəzən hətta 2,5 dəqiqəyə qədər qala bilir.
Yarımnövləri
redaktə- Fulica atra atra Linnaeus, 1758
- Fulica atra lugubris S. Müller, 1847
- Fulica atra novaeguinea Rand, 1940
- Fulica atra australis Gould, 1845
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3