Dolasa - Wikipedia
Dolaşa (lat. Coloeus monedula) — qarğakimilər fəslinin ən kiçik nümayəndələrindən biri.
Dolaşa | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Dolaşa |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Başının və boynunun üstü boz, qalan lələkləri qısadır, bel və çiyni göy metal rənginə çalır. Ölçüsü 33 sm, kütləsi 220-270 q-dır. Səsi cingiltili, «kaa-kaa» kimi təkrarlanan eyni səsdən ibarətdir.
Dünyada Avropada, Asiyada və Şimali-Qərbi Afrikada yayılıb. Azərbaycanda aran və dağətəyi rayonların müxtəlif landşaftlarında, o sıradan Talışın dağüstü çöllərində yaşayır. Meşəsiz olan yerdən uzaq olurlar.
Çox vaxt zağca və boz qarğalarla birləşib, sürü əmələ gətirirlər. Gündüz quşudur. Qışda alaqaran-lıq havada bozqırlarla və əkin sahələrinə uçub bütün gün ərzində qidalanır, axşam hava qaralandan sonra gecələmə yerinə (meşəyə, bağa, qamışlığa) qayıdırlar. Belə qarışıq sürü çox səs-küylü olur.
Qış vaxtı bir yerdə olmurlar. Yem ilə əlaqədar qısa köçmələr edirlər. Cücülərlə, qurdlarla, dəniz sahillərində molyusklarla və digər onurğasızlarla, tarlalarda və çöllərdə toxumlarla, tərəvəzlərlə, yaşayış məskənlərində isə tullantılarla qidalanırlar.
İstinadlar
redaktə- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4