Qisabarmaq Suzer - Wikipedia
Qısabarmaq_süzər - Haqqında Məlumat
Qısabarmaq süzər (lat. Certhia brachydactyla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü.
Qısabarmaq süzər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: Parvdəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Qısabarmaq süzər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Azərbaycan hüdudlarında, Astara rayonunda Kiçikasiya yarımnövü aşkar edilmışdir. Adi süzərə çox oxşayır, ancaq qaşları və bədəninin altı ağ, qarnında və böyürlərində qara-qonur çalar vardır. Arxa barmağının caynağı 7,5 mm-dən uzun deyildir. Ağac gövdələrində tək-tək və ya cütlərlə olur. Növün arealı Avropa, Şimal-Qərbi Afrika, Türkiyə, güman ki, İranın şimal-qərbidir. Oturaq yaşayır, ancaq qışda köçmələr edir. Azərbaycanda statusunun müəyyənləşməsi üçün əlavə materiallara ehtiyac duyulur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3