Adi Zig Zig - Wikipedia
Adi_zığ-zığ - Haqqında Məlumat
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü.
Adi zığ-zığ | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: ???: Adi zığ-zığ |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur. 16—17 gün kürt yatır. Toxum, giləmeyvə, palıd qozası və cücülərlə qidalanır. Palıd qozasını qış üçün ehtiyat yığır. Ziyanverici cücüləri məhv etməklə fayda, xırda quşların yuvasını dağıtmaqla isə zərər verir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ Urmiya gölü