Adi Goy Ariqusu - Wikipedia
Adi göy arıquşu (lat. Cyanistes caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin göy arıquşu cinsinə aid heyvan növü.
Adi göy arıquşu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Cins: Növ: Adi göy arıquşu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Xarakterik morfoloji əlamətləri
redaktəPapağı, qanadları və quyruğu mavi rəngdə, beli yaşıl, alnı və yanaqları ağ, döşü və qarın hissəsi ağdır. Dişi fərdlər erkəklərdən bir qədər kiçikdir[3][4][5][6].
Kateqoriyası və statusu
redaktəÇoxsaylıdır.
Yayılması
redaktəAvropa və Asiyada yayılıb. Azərbaycanda isə Kür-Araz ovalığında, dağ–meşə qurşağında, ağac və kolluqlarda, bağlarda yayılıb[3][4][5][6].
Növdaxili müxtəlifliyi
redaktəPolitipik növdür. Dünyada 15, Azərbaycanda isə 2 yarımnövü (P. с. caeruleus, Linn, 1758; P.c. Satunini Zarudny, 1908) yayılıb[3][4][5][6].
Yaşayış yeri və həyat tərzi
redaktəDendrofil quşdur. Seyrək və xırda meşəliklərdə, kolluqlarda, bağlarda, çayboyu ərazilərdə yaşayır. Nəsilvermə dövründə cüt–cüt yaşayır. Ovetmə ərazisi 3000–7000 m²-dir[3][4][5][6].
Qida spektri
redaktəEntomofaqdır. Bəzi hallarda bitkilərin toxumları ilə qidalanır. Yemi ağaclardan, kolluqlardan, yerdən və otların arasından əldə edir.
Təbii düşmənləri
redaktəAzərbaycanda məlum deyil.
Cinsi statusu və çoxalma xüsusiyyətləri
redaktəMonoqamdır. İldə 2 dəfə yuvalayır. Ağac koğuşlarında yuva qurur, I yuvada 9–12 yumurta, II yuvadakı yumurtaların sayı 6-8-ə qədər olur. Kürtyatma 12–14 gün çəkir. 16-18 gündən sonra balalar yuvanı tərk edir[3][4][5][6].
Növün fenologiyası
redaktəLələkdəyişmə bir qədər gec başlayır, sentyabrdan oktyabrın əvvəllərinə kimi.
Ontogenezi
redaktəBir yaşında cinsi yetişkənliyə çatır. Fərdi inkişafı rüşeym, bala, yuvinal və yetkin formalardan ibarətdir.
Reproduktivliyi
redaktəİldə 2 dəfə çoxalır, I dəfə 9-12, II dəfə isə 6-8 yumurta verir[3][4][5][6].
Xromosom göstəriciləri
redaktəMəlum deyil
Sayı və limit faktorları
redaktəLimit faktoru kimi bu quşların yuvalama və yaşayış yerlərinin təbii fəlakətin və antropogen amillərin təsirlərinə məruz qalmasıdır.
Biosenozdakı rolu
redaktəÇoxalma dövründə zərərli həşəratların və onların sürfələrinin tələf edilməsində xeyirlidir.
İnsan həyatında rolu
redaktəEstetik və elmi əhəmiyyətlidir.
Qəbul olunmuş və qəbul edilməsi vacib mühafizə tədbirləri
redaktəAvropa mühafizə statusuna və Bern konvensiyasına daxildir.
Növün qeydiyyat göstəriciləri
redaktəElmi fondlarda kolleksiyası saxlanır. Muzeylərdə nümayiş etdirilir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ 1 2 3 4 5 6 Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
- ↑ 1 2 3 4 5 6 D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 179–180.
- ↑ 1 2 3 4 5 6 Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 104-106.
- ↑ 1 2 3 4 5 6 Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 352–362.