Mezar Qartali - Wikipedia
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Məzar qartalı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Məzar qartalı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təsviri
redaktəQanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır.
Yayılması
redaktəAvropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır.
Yaşayış yeri və həyat tərzi
redaktəQaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir. Adətən aprel ayında, hündür ağacda böyük (150x70 sm) yuva tikir. Hər cütün 2-3 yuvası olur, növbə ilə hər il təmir edib, 2-3 ədəd ağ yumurta verir, 43 günə qədər kürt yatır. Balalar 55-60 günlük olanda uça bilir, amma yenə də yuvasını tərk etmirlər. Erkək quş yem daşıyır, ana quş onu qəbul edib balalara yedizdirir. Məzar qartalı leş yeməyi xoşlayır, eyni vaxtda siçandan tutmuş dovşana qədər məməliləri, bildirçindən ördəyə və iri ağnaza qədər quşları (hətta yırtıcı quşları) ovlayır. Yemini yerdən götürür.
Sayı
redaktəXX əsrin axırına qədər çoxsaylı, XX əsrin ortalarında adi saylı, 1970-ci ildən sonra nadir olub, cəmi 12 cüt quş qeyd edilib. Son 10 ildə nəslinin kəsilmə təhlükəsi daha da çoxalıb, növün nəsilvermə dövründə (may-iyul) cəmi 5 cüt quş qeyd edilib: Turyançay Dövlət Təbiət Qoruğunda 1, Kiçik Qafqazın dağətəyi rayonunda 2, Zuvand Yasaqlığında 2.
Azalma səbəbi
redaktəUzun illər zərərli yırtıcı hesab edilib ovlanması, seyrək dağətəyi meşələrdən hündür ağacların tam qırılması, yem bazasının zəifləməsi və zəhərlənməsi.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. Respublikanın Qırmızı kitabına daxil edilib. Bakı zooparkında nümayiş etdirilir. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Beynəlxalq miqyasda qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəYuva sahəsində hündür ağacların qorunub saxlanılması, qorunan ərazilərdən kənarda olan yuvasına təbiət abidəsi statusunun verilməsi.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3