Col Qartali - Wikipedia
Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Çöl qartalı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Çöl qartalı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Status
redaktəAzərbaycanda sayı azalan nadir, köçəri növdür.
Yayılması
redaktəKöçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır.
Yaşayış yeri
redaktəAçıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır.
Təbiətdə sayı
redaktəDəqiq məlumat yoxdur. Adətən 250 – 300 km məsafədə 2 - 3 çöl qartalına təsadüf olunur.
Çoxalması
redaktəAzərbaycanda yuvalamır.
Rəqibi, düşməni, xəstəliyi
redaktəMəlum deyil.
Sayının dəyişilmə səbəbləri
redaktəUzun müddət insan tərəfindən təqib edilməsi, xam torpaqların əkin sahələrinə çevrilməsi, gəmiricilərə qarşı kimyəvi mübarizə üsulunun tətbiq edilməsi çöl qartalının sayını azaldır.
Qorunması üçün zəruri tədbirlər
redaktəNövün qorunmasını daha geniş təbliğ etmək, köçmə zamanı gəmiricilərə qarşı kimyəvi mübarizəni məhdudlaşdırmaq lazımdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3