Selmas - Wikipedia
Salmas (fars. سلماس, az.-əski. سلماس، دیلمقان), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi.
Salmas | |
---|---|
سلماس | |
38°12′ şm. e. 44°46′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.396 m |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
salmas.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəE'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.[1]
Övliya Çələbi Salmas haqqında yazır:
Salmas qalasının, yəni "Delmas" şəhərinin banisi Buzər Cümehridir. O, bu adı şəhərə onun bərəkətli və heyvandarlığın bol olduğuna görə vermişdir.[2] |
Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.[3]
Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir.
Tarixi
redaktəQədim dövr
redaktə9 min illik Kültəpə (Əhrivan təpəsi)
Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.[4]
Aratta Dövləti
Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi.[5] Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir. Aratta yolu üzərində, Hurum dağında Lugalbanda xəstələnər".[6]
Antik Təpələr
Salmasda Antik Təpələrinin Arxeologiya araşdırmaları bu şəhərin müxtəlif dövrələrdə yaşayış mərkəzi olduğundan xəbər verir. Müxtəlif dövrələrə aid olan Antik Təpələr ve onlardan əldə edilən tarixi əşyalar, o cümlədən; saxsı qablar, küzə, gil küpələr, boyalı qablar, kasa, çölmək və s. bu bölgənin Sumerlər zamanından mədəniyyətin icad olduğu və sonralar Qutti, Hurri, Manna və Urartunun bu torpaqlarda iz buraxdığını göstərməkdədir.
Salmas ərazisində qeydə alınmış antik təpələr:
1 — Əhrivan Təpəsi (Kül Təpə)
2 — Girdəsərə (Muğancıq Təpəsi)
3 — Həftivan Təpəsi
4 — Həmzəkəndi Təpəsi
5 — Şorik Təpəsi
6 — Hödər Təpəsi
7 — Qabaq Təpə
8 — Diriş Təpəsi
9 — Pəyəcük Təpəsi
10 — Gavır Qala
və s.
Urartular dünyadaki süni suvarma sisteminin ilk yaradıcıları
E. ə. IX əsrdə Urmiya rayonunun qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e.ə.890–894) səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi.[8] Aşşurnasirapalın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş ölkələri ilə birlikdə Assurlara fidyə verərək qarətlərin, dağıntının, kütləvi qırğının qarşısını almışlar. Assuriya hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş etmələri bu ölkənin Assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir. Ölkəni çarlar idarə edirdilər. Burada e. ə. IX əsrin birinci yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi.[9][10] Uzun müddət hökmranlıq etmiş Asu e. ə. 856-cı ildə III Salmanasarın (e.ə.859–824) pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır. III Salmanasarın (e.ə.859–824) Gilzandakı məbədə zəfər sütunu stelasını qoymağına baxmayaraq Assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, fidyə olaraq davar, qara-mal, at, ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdilər.[11] IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz ərazisinə qatdı.[12]
Arşakilər dövrü
Rəhim Rəisniya kitabinda, Vladimir Minorskidən istinad edərək Salması Arşakilər və Sasanilər dövründəki Persarmenia bölgəsinin bir qismi olaraq qeyd edir.[13]
Orta əsrlər
redaktəİslamdan sonra
redaktəAzərbaycanın şimal vilayətlərində olduğu kimi, cənub vilayətlərində də bir sıra şəhərlər var idi. İbn Xordadbeh bunlardan Marağa, Miyanic, Ərdəbil, Varsan, Sisrə, Bərzə, Səburxast, Təbriz, Mərənd, Xoy, Gülsərə, Muğan, Bərzənd, Cənzə, Əbərviz, Cabrvan, Nəriz, Urmu (Zərdüşt şəhəri), Səlmas, Şiz (burada atəşkədə olmuşdur) şəhərlərini göstərir[14]
Haqqında IX–X əsr müəlliflərinin məlumat verdikləri Səlmas Azərbaycanın qərbində, Anadolu torpaqları ilə sərhəd ərazidə yerləşir. Səlmas, Xoy ilə birlikdə, Azərbaycanda İslamın ilk qəbul edildiyi şəhərdir. 639-cu ildə Van gölü ətrafındakı Ərməniyyə torpaqlarının fəth edən İyaz ibn Ğənəm (ا) bir müddət sonra Xoy və Səlmas şəhərlərini də ələ keçirmişdi. əl-Vaqidi (747–823) yazır ki, az bir qismi istisna olmaqla Xoy və Səlmas əhalisi İslamı qəbul etmiş və bu dini öyrənmək üçün müsəlmanlardan müəllimlər istəmişlər[15]
IX–X əsr coğrafiyaşünas və səyyahları Səlmas haqqında, ətraflı olmasa da, məlumat verirlər. Görünür bu dövrdə Səlmas elə də böyük olmayan, ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamayan şəhər idi. XIII əsr müəllifi Yaqut əl-Həməvi isə Səlmasın moğol işğalçıları tərəfindən demək olar ki, tamamilə dağıldıldığını bildirir[16]
Həmidullah Qəzvininin verdiyi məlumatlardan Elxanilərin hakimilyəti illərində Səlmasın dirçələrək abadlaşdığını öyrənirik. Müəllif şəhərin dağılmış qala divarlarının Elxanilərin vəziri Tacəddin Əlişah Təbrizi tərəfindən bərpa edildiyini və Səlmasın qala duvarlarının uzunluğunun 8000 addım (6,43 km) olduğunu yazır. O, Səlmas əhalisinin qatı dindar sünni olduğunu yazır[17]
Coğrafiya
redaktəRelyef və geologiya
redaktəSalmas şəhəri dəniz səviyəsindən 1396 metr yüksəklikdə yerləşir.[18] Quzeydə Xoy şəhəri, güneydə Urmiya, şərqdə Şəbistər və qərbdə isə Türkiyə sınırı ilə sərhədlənibdir. Salmas şəhərinin ortasından Qurd dərəsi keçir və Şəhərin indiki əsas qismətləri qədim Dilman, Əhrivan kəndi, Təzəkənt təşkil edir. Şəhər, Şahmat xanələri şəklində düzəlib və özünə görə məxsus memarlığı vardır.
İqlim
redaktəSalmasın iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 9 | 16 | 23 | 32 | 33 | 37 | 41 | 43 | 39 | 34 | 23 | 19 | 43 |
Maksimum orta, °C | 3 | 4 | 8 | 15 | 22 | 28 | 31 | 32 | 28 | 21 | 12 | 4 | 17 |
Orta temperatur, °C | −0,9 | 3,3 | 7,6 | 14,5 | 20,8 | 25,3 | 28,4 | 27,9 | 22,9 | 16,1 | 8,1 | 1,5 | 14,6 |
Minimum orta, °C | −9 | −8 | −4 | 3 | 9 | 14 | 18 | 18 | 12 | 7 | 0 | −6 | 5 |
Mütləq minimum, °C | −28 | −29 | −27 | −22 | −11 | 4 | 11 | 8 | 3 | −7 | −22 | −27 | −29 |
Yağıntı norması, mm | 0,52 | 0,32 | 0,43 | 0,8 | 1,12 | 0,86 | 0,26 | 0,26 | 0,22 | 0,94 | 0,88 | 0,64 | 7,25 |
Mənbə: "Weather Trends 360".[19] "Weather Underground".[20] "World Weather Online".[21] |
Dağlar
redaktəSalmasın önəmli dağları;
- Ərəvil dağı
- Sarı çiçək dağı
- Qızıldağ
- Avqan dağı
- Qarnıyarıq dağı
- Palantökən dağı
- Qabaqtəpə
- Pirçavuş dağı
Çaylar
redaktəSalmasın cənubundan keçən önəmli çayı Zolaçaydır, Türkiyə ilə sərhədindəki dağlarda yüksələn Salmas Düzü boyu cənub-qərbə doğru axır. Çay, 846 km²lik sahəyə malikdir.[22] Çay suvarma məqsədilə bəndlənmişdir.[23] Səddin hündürlüyü 83 m, eni 287 m olub mərkəzi gil nüvəsinə malik ərazi qaya bəndindən keçirilmişdir. Bənd 85 milyon m³ su tutur.[24] Ondan sonra Derik çayı, Arzın çayı (indi quruyub) və Xorxora çayı (Zolaçaya qarışır) vardır. Bu çayların hamısı Urmiya Gölünə axır.
Görməli yerlər
redaktəXan-Taxtı daş kitabəsi
redaktəBu kitabə Salmasdan 15 kilometr cənubda, Urmiya yolunun üzərində və Pirçavuş dağının üstündə yerləşir. Kitabə Sasanilərin Azərbaycanı işğal etdiyi dönəmə aid olaraq, onların Roma imperiyasına qalib gəlmələrini təsvir edir.[25]
Həftvan kilsəsi
redaktəSəfəvilər dönəminə aid olan bu kilsə Həftvan kəndində yer alır və kilsənin tikilişində qara maqmatik süxurlar dan geniş istifadə edilib. Kilsə 1930-cu ilin zəlzələsində xəsarətlər alsa da, sonradan bərpa olunub.[25]
Şıx hamamı
redaktəTəsuci hamamı kimi də tanınan bu hamam Salmasın mərkəzi hissəsində yerləşərək 1930-cu il zəlzələsindən sonra tikilib. Hamamın üstü 7 qübbə ilə örtülmüşdür.[25]
Çəhriq qalası
redaktəQalanın tikintisində əsasən daşdan istifadə olunuraq, Salmasın qərbində və Zolaçayın yaxınlığındadır.[25]
Əhrəncan təpəsi
redaktəŞəhərin içində yerləşən bu təpə 7000 il qidmətə malik olaraq, orta-şərq də insanların ilk yaşadığı yerlərdən biri kimi də adı çəkilir. Keçmişdə təpənin sahəsi çox olsa da, baxımsızlıq dan onun böyük bir hissəsi dağılıb.[25]
İstisu müalicəvi bulağı
redaktəBu bulaq Urmiya yolunun yaxınlığında, azərbaycan türklərinin qolu olan Kürəsünnülərin yaşadığı İstisu kəndində yerləşir.[25]
Xorxora şəlaləsi
redaktəŞəlalə 80 metr dərinliyi olan çökəklikdə, Şorgöl kəndindən sonra və Salmasdan 22 kilometr cənub-qərb də yerləşir.[25]
Əhalisi
redaktəDemoqrafiyası və etnik tərkibi
redaktəRəzmaranın farsca Fərhəngi Coğrafiyayi kitabı əsasında Salmas 1959-cu ildə 11,000 nəfər əhalisi olaraq şiə inanclı türk (dürlər, ancaq buna baxmayaraq şəhərdə neçə xristian ailədə var ki, assur dilində danışırlar.[26] İndiki əhalisi əsasən azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.[27][28] Asorlar Xosrava kəndində ermənilərsə Pətəvir kəndində yaşamaqdadırlar.
Din
redaktəSalmas əhalisinin çoxluğunun dini İslam və məzhəbi baxımdan Şiədir.[29] Bu şəhərdə yaşayan Azərbaycanlıların bir qolu olan Kürəsünnilər Sünnidirlər və yanlış olaraq bəzən Kürd adlanırlar. azlıq olaraqda Xristian vardır.
Dialekti
redaktəSalmas əhalisinin ləhcəsi Azərbaycan ədəbi dilinə çox yaxındır və kəlmələri düz tələffüz edirlər. Ancaq ətraf kəndlər fərqli ləhcələrdə danışırlar.
Bu ləhcələri üç yere ayırmaq olar
- Salmas ləhcəsi
- Ləkistan ləhcəsi
- Köhnəşəhər və Kürəsinlilərin ləhcəsi
Misal üçün bəzi sözləri belə tələffüz edirlər:
Ədəbi | Salmas | Ləkistan | Köhnəşəhər | Kürəsinli |
---|---|---|---|---|
qullab | qullab | qullab | Kıllab | qullab |
milçək | milçəh | milçəh | çibin | çibin (mırçəh) |
gedirəm | gedirəm | gedirəm | gederəm | gederəm |
gedirik | gedirix | gedirih | gederıx | gederıx |
çıxacaq | çıxacax | çixəcəh | çıxəcax | çıxəcax |
alıram | alıram | alıram | alerəm | alerəm |
hara? | hara? | hara? | harə? | harə? |
alır | alır | alur | aler | aler |
dolanırıq | dolanırıx | dolanürüh | dolanerıx | dolanerıx |
nərdivan | nərdivan | ? | ? | nəvdıran |
nənə | nənə | nənə | nənə | ənnə (nənə) |
silkələ | silkələ | silkələ | silkələ | sıt (silkələ) |
İqtisadiyyat
redaktəQalereya
redaktə-
Salmasda Dilgüşa qonaq evi
-
Salmas bulvarı
-
Millət parkında çaydan abidəsi
-
Qaim meydanı
-
Salmasda İmam xiyabanı
-
Həftvan kəndində kilsə
-
Xan Taxtı kəndinə gedən yol
-
Şəhərin görünuşü
İstinadlar
redaktə- ↑ اعتماد السلطنه ، قبراط الماس فی ترجمه سلماس
- ↑ Z.Bayramli, B.Əzizli, Övliya Çələbinin 1654-cü il Siyahətnaməsi, Bakı, 2000, s.91
- ↑ Dilməqani, 2005. səh. 25
- ↑ "Arxivlənmiş surət". 2019-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
- ↑ Kramer (1963) p. 275.
- ↑ "Lugalbanda in the mountain cave". Etcsl.orinst.ox.ac.uk. 4 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2018.
- ↑ Dilməqani, 2005. səh. 51
- ↑ ARAB, I, 414
- ↑ И. Алиев. История Мидии, стр. 172
- ↑ Э. А. Грантовский. Ранняя история иранских племен Передней Азии. Səh. 130
- ↑ ARAB, I, 607
- ↑ И. М. Дьяконов. История Мидии, səh. 164
- ↑ Rəhim Rəisniya, آذربایجان در سیر تاریخ ایران (Farsca), c2 s. 926
- ↑ İbn Xordadbeh. Göstərilən əsəri, səh. 119–120.
- ↑ Əbu Abdullah Muhəmməd ibn Ömər əl-VAQİDİ, Fütuhü’ş-Şam, (Nşr. Ə. Əbdürrəhman), C. II, s. 169, Beyrut 1997.
- ↑ Mu’cəmü’l-Büldan, C. V, s. 234.
- ↑ QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 87.
- ↑ "Global Gazetter Version". 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.
- ↑ "Weather Trends 360". Weather Trends International, Inc. August 29, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2017.
- ↑ "Weather Underground". The Weather Company, LLC © Copyright 2017. October 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2017.
- ↑ "World Weather Online". Data provided by WorldWeatherOnline.com. April 11, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 6, 2017.
- ↑ Jamshid Yarahmadi, The integration of Satellite Images, GIS and CROPWAT model to investigateion of water balance in irrigated areas:A case stude of Salmas and Tassoj Plains Iran Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. 2003.
- ↑ wetland hydrology and modelling at water basin level — Data User … Arxivləşdirilib 2015-02-07 at the Wayback Machine.
- ↑ Conducting of Zola Dam's Construction Arxiv surəti 7 fevral 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib fevral 7, 2015, at the Wayback Machine.
- ↑ 1 2 3 4 5 6 7 "Salmasın görməli yerləri". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-19.
- ↑ فرهنگ جغرافیایی ایران — حسینعلی رزم آرا — جلد 4 آذربایجان — انتشارات دائره جغرافیایی ستاد ارتش — شاپور صفحه 292
- ↑ əhalisi:Salmasın etnik tərkibi Arxivləşdirilib 2022-08-29 at the Wayback Machine
- ↑ Etnik:Salmas bölgəsinin etnik tərkibi Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2017-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
Ədəbiyyat
redaktə- Məlikzadə Dilməqani, Tohid. Salmasın on min illik tarixi (fars). Təbriz: Eldar. 2005. 706. ISBN 978-9649-069-91-3.